Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bakı İrəvanı bir addım da sıxdı, Vaşinqtondan dəstək mesajı gəldi...

Image


Cənubi Qafqazda son dövrlər daha da fəallaşan ABŞ-ın diqqət yetirdiyi başlıca məqamlardan biri də regionda mövcud olan münaqişələrdir. Belə görünür ki, bu istiqamətdə Vaşinqton üçün prioritet məqamlardan biri də Dağlıq Qarabağ konflikti ilə bağlıdır. Hər halda? son aylarda bu münaqişə ilə bağlı okeanın o tayından gələn rəsmi açıqlamalar, nümayiş etdirilən mövqe nikbin bir əhval-ruhiyyə yaradır.

Qarabağ məsələsi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona ötən ilin oktyabrında baş tutan səfəri zamanı da xüsusi diqqət mərkəzində olmuşdu. Elə həmin vaxtdan fikirlər gəzirdi ki, ABŞ cari il ərzində Qarabağ məsələsində daha aktiv rol sərgiləyəcək. Con Boltonun Azərbaycan və Ermənistan rəhbərlərinin son Davos görüşündən sonra hər iki tərəflə yenidən əlaqə saxlaması bu ehtimalı bir qədər də gücləndirir. Qeyd edək ki, yanvarın 29-da Con Bolton Prezident İlham Əliyevə zəng edib. Qeyd olunur ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib. Con Bolton özü də İlham Əliyevə etdiyi telefon zəngi ilə bağlı açıqlama verib. Özünün “Tvitter“ səhifəsində o yazıb: “Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdım. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini, təhlükəsizlik sahəsində işbirliyini və ABŞ-la qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etdik”.

Qeyd edək ki, bundan əvvəl Con Bolton Ermənistan baş naziri Nikol Paşinyanla danışıb. Paşinyan bununla bağlı bildirib: “Regional situasiya və ikitərəfli əlaqələrə dair məsələlər müzakirə edildi. Cənab Bolton və mən Ermənistan-ABŞ münasibətlərinin vacibliyini qeyd etdik. Razılaşdıq ki, münasibətlərimizin bundan sonrakı inkişafı ilə bağlı müzakirələri davam etdirək”.

Paşinyan müzakirə zamanı Qarabağ məsələsinə toxunulmadığını xüsusi vurğulasa da, ekspertlər Davosda Azərbaycan və Ermənistan liderlərinin görüşünün ardınca baş tutan bu danışığın təsadüfü olmadığını bildirir. Erməni mediası isə məlumatlı mənbələrə istinadən yazır ki, əslində, Con Bolton və Nikol Paşinyan arasında danışıqlar zamanı əsas müzakirə mövzusu məhz Qarabağ məsələsi olub. Qeyd edək ki, Bolton ötən il Cənubi Qafqaza səfəri çərçivəsində İrəvanda olarkən Qarabağ problemi ilə bağlı ciddi açıqlamalar vermiş, İrəvanın Azərbaycanla razılaşmalı və Qarabağ siyasətini dəyişməli olduğunu bildirmi., həmçinin Ermənistanın inkişafı üçün Rusiyanın təsirindən qurtulmasını məsləhət görmüşdü. Bütün bunlar fonunda Ermənistan mediası və ekspertləri Boltonun Azərbaycan dövlət başçısına və Paşinyana zənginə indi xüsusi diqqət ayırır. ABŞ prezidentinin müşavirinin Nikol Paşinyana zəngini xatırladan ”İravnuk” qəzeti qeyd edir ki, Bolton, İlham Əliyevdən fərqli olaraq, erməni baş nazirlə Dağlıq Qarabağ məsələsini müzakirə etmədi: “Bolton bir neçə gün əvvəl Paşinyana da zəng etmişdi. Lakin onunla Qarabağ məsələsini müzakirə etmədi. Görüş ümumi məsələlərin – Ermənistan-ABŞ münasibətlərinin vəziyyətinin müzakirəsi ilə yekunlaşdı. Tərəflər bölgədəki son vəziyyətlə bağlı müzakirələr aparsalar da, Əliyevdən fərqli olaraq, Bolton Qarabağ məsələsini Paşinyanla danışmaq istəməyib. Amma bu qətiyyən inandırıcı deyil. Çünki ABŞ Qarabağ məsələsinin həllini istəyir və bu xüsusda Paşinyan ABŞ-dan gələn göstərişləri icra etməyə məcburdur”.

Erməni politoloq Stepan Danielyan da iddia edir ki, Paşinyan Boltonla Qarabağ haqda danışıb, lakin bunu cəmiyyətdən gizlədir: “Məlum zəng İlham Əliyev və Nikol Paşinyan arasında Davosda 1.5 saat davam etmiş görüşdən sonraya təsadüf etdi. Paşinyan isə iddia edir ki, amerikalı diplomatla Qarabağ məsələsini müzakirə etməyib. Bu doğru deyil. Müzakirələrdə Qarabağ ifadəsi işlənməsə belə, bu o demək deyil ki, bu məsələ ətrafında müzakirə olmayıb. Hər halda, Boltonun Davos görüşündən dərhal sonra İrəvana zəng etməsinin bir məntiqli izahı olmalıdır. Amerika mediasının “ABŞ prezidenti” adlandırdığı Con Boltonun gözlənilməz zəngi Paşinyanı sevindirə bilər. Ən azı, İran məsələsi müzakirə edilməmiş olmaz. Hesab etmək olar ki, İran və Qarabağ məsələlərinin biri-birinə aidiyyəti var”. Danielyan Paşinyanın ABŞ və Azərbaycanla gizli Qarabağ anlaşmasına getməsindən şübhələndiyini qeyd edib.

Digər tərəfdən xatırladaq ki, yenə erməni mediası Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında “Bolton planı”nın olmasını iddia edir. Ermənistanın “Yerkramas” nəşri yazır ki, “Bolton planı” Rusiyanın “Lavrov planı”ndan əhəmiyyətli dərəcədə fərqlənir. Bildirilir ki, “Lavrov planı” adlanan həll variantı ərazilərin qayıdışını, daha doğrusu, ilkin mərhələdə Qarabağ ətrafındakı 5, daha sonra 2 rayonun qaytarılmasını, tərəflərin status üzərində müzakirələr aparması və sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsini nəzərdə tutur. Lakin nəşrə görə, indi danışıqlar prosesi “Bolton planı” ilə nəzərdə tutulmuş ssenari üzrə gedir və bu plan “sülhə əvəz olaraq ərazilər” düsturu üzrə həyata keçirilir: “Bolton planı”nda Dağlıq Qarabağın müstəqil statusu nəzərdə tutulmur, çünki plan onun Azərbaycanın tərkibində olmasına hesablanıb, sülhməramlılar yoxdur və yalnız sülhlə pul vədi var”. Nəşr hesab edir ki, yanvarın 16-da həmsədrlərin vasitəçiliyi vaxtı Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 4 saatdan çox sürən danışıqlarından sonra verilən “xalqların sülhə hazırlanması” bəyanatı, Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Federiki Moqereninin yanvarın 19-da Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanın reallaşacağına ümid ifadə etməsi, elə həmin gün ABŞ prezidenti Donald Trampın Paşinyanı Dağlıq Qarabağ problemini həll etməyə yenidən çağırması, yanvarın 22-də Davosda Azərbaycan və Ermənistan liderlərinin görüşü və nəhayət, yanvarın 23-də ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton və Paşinyan arasında telefon söhbətinin olması “Bolton planı”nın olduğuna dair “faktlar”dır. Qeyd edilir ki, Birləşmiş Ştatlar “böyük oyun”un moderatorudur və oyunun vektoru Rusiyaya qarşı yönəldilib, İran hədəf, Türkiyə və Azərbaycan ABŞ-ın partnyorları, alət isə Ermənistandır: “Bu oyunda Ermənistan xırda pul oldu. Faktdır ki, “Bolton planı” Paşinyanın rəsmən baş nazir olmasından sonra reallaşmanın praktik mərhələsinə daxil oldu. Təbii ki, Paşinyan bu rolu öz üzərinə götürmək istəmir, amma göründüyü kimi, ya “yox” deyə bilmir, ya da oyunun mənasını anlamır. Faktdır ki, indiki halda Paşinyan Dağlıq Qarabağla bağlı intensiv danışır və bu mübahisəsizdir. Artıq xalqların sülhə hazırlanmasından danışılırsa, demək tərəflər detalların uyğunlaşdırılması mərhələsinə keçib. Və məhz bu, həyəcana səbəb olur”.

Ekspertlər bildirir ki, Qarabağ məsələsində təşəbbüsü ələ almaqla ABŞ Qafqazda ciddi maraqlar güddüyünü bir daha ortaya qoyur. Tarixi rəqiblər sayılan Rusiya və İranın sıxışdırılması üçün ABŞ bölgədə təhlükəsiz bir durumun olmasının vaciblyini də yaxşı başa düşür. Cənubi Qafqazda ABŞ Gürcüstanı, demək olar ki, tam şəkildə Rusiyadan qoparıb. Gürcüstanda ABŞ hərbi bazasının qurulması məsələsi gündəmdədir və Tiflis NATO-ya üzv olmağa can atır. Ermənistanda inqilab zamanı ABŞ fəal iştirak etdi və bunun nəticəsi kimi rusiyayönümlü iqtidar devrildi. İndi Ermənistanda ABŞ-a daha yaxın siyasi qüvvələr hakimiyyətdədir. ABŞ-ın Azərbaycanla da yaxın siyasi-strateji münasibətləri var və Bakı ilə münasibətləri daha yüksək səviyyəyə çatdırmaq üçün Qarabağ məsələsinin həlli əsas şərtlərdən sayılır.

Sabiq dövlət müşaviri Qabil Hüseynli məsələnin bu tərəfinə nəzər salaraq qeyd edir ki, artıq Qərblə Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəqabət mühiti yaranıb. Politoloqun sözlərinə görə, ABŞ bölgədə sülhün yaranmasını istəyir: “Vaşinqton, bölgədə təsiri olan digər dövlətlərdən fərqli olaraq, 7 rayonun qeyd-şərtsiz azad olunmasını tələb edir. ABŞ bunun müqabilində Azərbaycandan yeganə Ermənistan ətrafında blokadanın götürülməsini xahiş edir. Bu, qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün yetərli olmasa da, bəzi region dövlətlərinin təklif etdiyi həll variantlarından nisbətən pozitiv səslənir. Bunu birbaşa Azərbaycan diplomatiyasının uğurlu xarici siyasət xətti ilə əlaqələndirmək lazımdır. Azərbaycanın səylərini bu istiqamətdə davam etdirəcəyinə şübhə yoxdur. Azərbaycan öz istəkləri daxilində problemin həllinə mərhələ-mərhələ yaxınlaşıb və ətrafında qurulan informasiya blokadasını yararaq dünya ictimai rəyinə bölgədəki hərbi qarşıdurmanın siyasi anatomiyasını açan bir mövqe təqdim edib. Məhz bunun nəticəsində əksər beynəlxalq təchizatların və dünya dövlətlərinin mövqeyində problemin ədalətli həllinə dönüş yaranıb”.

Politoloq vurğulayıb ki, ekspertlərin bir çoxu “startı”, ABŞ başda olmaqla, Qərb ölkələrinin verdiyini düşünür: “Bunun nəticəsində də Rusiya bir növ siyasi həyəcana düşərək proseslərə adekvat cavab verməyə və təşəbbüsü öz nəzarəti altında saxlamağa cəhd etdi. Zənnimcə, bunun Azərbaycan üçün heç bir ziyanı yoxdur. Sadəcə olaraq, tərəflər arasında problemin həlli ilə bağlı rəqabət mühitinin yaranması status-kvonun dəyişəcəyinə olan ümidləri artırır. Hazırda proseslərdə öndə Qərb dünyası görünsə də, Rusiyanın da təşəbbüsü ələ almaq üçün işlər gördüyünü söyləmək lazımdır. Amma ciddi düşünən adamların əksəriyyəti diqqətini Qərbə doğru yönəltməyə çalışır. Çünki Qərb doğrudan da bölgədə problemin aradan qalxmasını istəyir. Bu onun strateji maraqlarına cavab verir. Məsələnin həllində o qədər də kafi rol oynamasalar, onların həm təklifləri, həm də prosesə yanaşmaları Bakının arzularına tam cavab verməsə də, özünün pozitivliyi ilə seçilir. Hələ ki, Rusiya bu məsələdə rəsmi Bakını qane edə biləcək, eyni zamanda beynəlxalq hüquq normalarına söykənən mövqe ortaya qoya bilməyib. Amma Qərbin mövqeyi beynəlxalq hüququn tələblərinə getdikcə yaxınlaşmaqdadır”.

Bütün bunlar bir daha Qarabağ məsələsinin həllində böyük güclərin iştirakı ilə yeniliklərin olmasını istsna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ