Çərşənbə axşamı günü, 22 iyul 2025
     

"Dağlıq" Qarabağ

Image

Son illərdə erməni mətbuatında bədnam Dağlıq Qarabağ problemi haqqında o qədər yazılıb, o qədər kitab buraxılıb ki, bütün bunları təhlil etmək üçün bir elmi tədqiqat institutunun uzun illər gərgin çalışması lazım gələrdi. Bu yazıların müəllifləri Dağlıq Qarabağın Ermənistana birləşdirməyin vacibliyini əsaslandırmaq üçün belə bir zəhlətökən fikri dönə-dönə təkrar edirlər ki, guya bu vilayətdə erməni millətindən olan sakinlərin vəziyyəti ağırdır, onların sosial-mədəni tələbatı ödənilmir.
Əslində bu iddiaların tamamilə əsassız, uydurma olduğunu sübut etmək çətin deyil. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın bütün regionlarında, o cümlədən bu vilayətin özündə ermənilərin vəziyyəti hər zaman azərbaycanlıların vəziyyətindən daha yaxşı olub. Təəssüflər olsun ki, ölkənin rəhbərliyində bütün bunları araşdıran, bu şovinist millətçilərin yalanlarını üzə çıxaran olmayıb. Əksinə, mərkəz onların böhtanlarına haqq qazandıraraq Dağlıq Qarabağda sosial-iqtisadi və mədəni inkişafı sürətləndirmək tədbirlərinə ölkə xəzinəsindən yüzmilyonlarla vəsait ayırır, bu da "məsum" ermənilərin iştahasını daha da artırırdı. Bundan əlavə, erməni diasporu və lobbisinin maddi və mənəvi yardımına arxalanan, daşnak komitəsinin "Böyük Ermənistan" ideyasından qidalanan Balayanlar, Kaputikyanlar, Xanzadyanlar layiqli cavab almadıqlarına görə meydan suladılar, erməni əhalisi arasında millətçilik ruhunu daha da qızışdırdılar. Ermənistanın partiya və sovet orqanları, ayağı yer tutan erməni şovinistləri heç nədən çəkinmədən öz məqsədlərini açıq-aşkar bəyan etməyə başladılar. Ermənistan SSR Nazirlər Sovetinin sədri Markaryantsın bir erməni müxbiri ilə müsahibəsi səciyyəvidir. Markaryants sözarası qeyd edirdi ki, "Nazirlər Soveti Ermənistan SSR Ali Sovetinin deputatı İ.Muradyanın rəhbərlik etdiyi qrupun hazırladığı təklifləri incələyir... Muradyanın konsepsiyası diqqətləri cəlb etməyə bilməz. Muradyana görə, "Erməni xalqı öz dövlətini yaratmalıdır. Dövlət o vaxt dövlət olur ki, müstəqilliyə can atır. Digər tərəfdən, özünü müdafiə edə bilməyən dövləti dövlət hesab etmək olmaz. Bir şey də aydındır ki, müstəqillik və suverenlik yalnız Ermənistan SSR-in sərhədləri çərçivəsində həyata keçirilməməlidir..." Yəni, Ermənistan müstəqil və suveren olmaq üçün ermənilərin qonşu dövlətlərdə yaşadıqları torpaqlara da göz dikməlidir.
Daha sonra müəllif müstəqil Ermənistan dövlətinin müdafiəsi məsələsinə toxunaraq belə yazır: "Yalnız güclü, yaxşı təmin olunan ordunun mövcudluğu Ermənistanın müstəqilliyini təcavüzkarlara qarşı qələbəni təmin edə bilər. Belə bir ordunu daima döyüşə hazır vəziyyətdə saxlamaq üçün kifayət qədər maddi imkanlar və təbii sərvətlər olmalıdır. Axı, Ermənistanda bunlar yoxdur. Bəs, nə etməli? Bu problemi həll etməyin yolu Dağlıq Qarabağı Ermənistana birləşdirməkdir..."
Ermənistanın liderlərindən biri olan R.Nazaryanın rəhbərliyi altında hazırlanan və Dağlıq Qarabağ ilə Naxçıvanın Ermənistana birləşməsini tələb edən 75 min imzalı bir ərizə M.Qorbaçova göndərildi. Ermənilər bu ərizədə Dağlıq Qarabağ və Naxçıvanın erməni torpaqları olduğu və bu bölgələrin Türkiyəni məmnun etmək üçün Azərbaycana bağlandığı iddiası irəli sürülürdü. Bu təhriklərdən sonra gərginləşən Azərbaycan - Ermənistan əlaqələri, ermənilərin Şuşa şəhərinin yaxınlığındakı meşənin ağaclarını buldozerlərlə çıxarıb atmaları və onların burada "Kanaker" alüminium zavoduna bağlı bir şöbə qurmaq istəmələri vəziyyəti daha da gərginləşdirib. Ermənilərin Azərbaycan rəhbərliyindən izin almadan irəli sürdükləri bu təşəbbüs hadisələrin gərginləşməsinə səbəb olub. Əslində ermənilərin istədikləri də bu idi. Bundan əlavə, Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin I katibi A.Poqosyan və onun tərəfdarları Azərbaycan hökumətini tanımaq istəməmələri, çörəyini yeyib, suyunu içdikləri millətə xəyanət etdiklərinə görə Dağlıq Qarabağ Muxtar Vilayətinin Partiya komitəsi bürosu, daha doğrusu I katib A.Poqosyanın "Muxtar vilayət" statusu ləğv edilməlidir" ifadəsi Azərbaycan türkünün səbrini daşırdığını söyləmək o qədər də çətin deyil. Bu o Poqosyandır ki, hələ 1988-ci il fevral ayının 23-də Dağlıq Qarabağda keçirilən fövqəladə Partiya iclasında Muxtar Vilayətin rəhbərliyinə təyin edildikdə verdiyi ilk bəyanatda gərilən vəziyyəti daha da gücləndirəcək açıqlamalar verib, "Bəlkə bir kommunist kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə bağlı görünə bilərəm, ancaq bir erməni olaraq bölgənin sizin Respublikadan ayrılması üçün mübarizə aparacağam" - deyib.
Bu açıqlamadan iki gün sonra erməni milli televiziyasında danışan ermənilərin dini lideri Vazgen açıq-aydın ifadələrlə belə deyirdi: "Dağlıq Qarabağın Ermənistana birləşməsini mən təbii və qanuni görürəm. Mən Sovet rəhbərlərinin bu demokratik quruluşda yaradılan bu problemə çox ciddi yanaşacaqlarına inanıram. Mən, xaricdə yaşayan 2 milyondan artıq ermənidən çox sayda məktub və teleqramlar alıram. Onlar mənə Sovet rəhbərliyinin Dağlıq Qarabağ problemində doğru qərar verməsini istəyirlər. Bu məqsədlə mən M.Qorbaçova Dağlıq Qarabağda yaşayan ermənilərin istəyinə uyğun hərəkət etməsini bildirdim..."
Bu çıxışdan bir gün sonra Sovet İttifaqı Kommunist Partiyası Baş katibinin Azərbaycan və Ermənistan cəmiyyətlərinə xitabən açıqlaması yayımlandı. Ümumi mənada M.Qorbaçov: "Sovet xalqlarının arasındakı dostluq və qardaşlıq münasibətləri Sovet İttifaqının əsas gücünü təşkil etdiyini..." bildirirdi. Baş katib öz açıqlamasında ermənilərin Ermənistandan "Sovet dostluq və qardaşlığına yaraşmayacaq şəkildə" minlərlə azərbaycanlının qovulmasına, bir çoxunun da öldürülməsinə dair bir cümlə belə ifadə etməyib. Heç şübhəsiz, M.Qorbaçovun açıqlamaları uyğun görülən bir iş idi və Sovet İttifaqının lideri öz rolunu oynayırdı. Halbuki ermənilər 1988-ci il fevral ayının 27-də Əsgəran şəhərində azərbaycanlıların yaşadıqları yerlərə hücum edərək iki azərbaycanlını öldürmüşdülər. Bir çox siyasətçi və yazıçılar bu hadisəni Dağlıq Qarabağ müharibəsinin başlanma tarixi kimi qəbul ediblər. Əslində Dağlıq Qarabağ müharibəsinin baş-lanğıcı olaraq 13 fevral 1988-ci il tarixini qəbul etmək daha doğru olardı. Çünki bu tarixdə Dağlıq Qarabağın mərkəzi Xankəndində on minlərlə erməninin qatılması ilə təşkil edilən nümayişdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana qatılması gündəmə gətirilib və Dağlıq Qarabağın tarixən erməni yurdu olduğu bildirilib.
1988-ci il fevral ayının 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Ali Şurası Azərbaycan millət vəkillərinin qatılmaları olmadan keçirdiyi iclasda Dağlıq Qarabağın Azərbaycandan ayrıldığını və Ermənistanla birləşdiyini qəbul etdi. Beləcə, Dağlıq Qarabağ problemi Sovet İttifaqı və dünya ictimaiyyətinin gündəminə gətirildi.
Bu da bir həqiqətdir ki, ermənilərin Dağlıq Qarabağın qədimdən bəri onların tarixi yurdu olduğuna dair bütün dünyaya uydurma fikir yaymalarının heç bir əsası yoxdur. Rəsmi sənədlər və təkzib olunmaz tarixi faktlar bunun tamamilə əksini isbat edir. Rusiya və İran arasında imzalanan Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri açıq-aydın göstərir ki, Çar Rusiyası Azərbaycan torpaqlarını işğal edib. İbrahimxəlil xan ilə Rusiya imperatorunun imzaladıqları sənədlərin heç birində ermənilər haqqında işarə belə yoxdur. Bax, bu illərdə istər Anadoludan, istərsə də İrandan azəri türklərinin ata-baba yurdu olan Qarabağ bölgəsinə çox sayda erməni köçürülüb. Bu tarixi hadisəni uydurulan Dağlıq Qarabağ problemini yaradana qədər ermənilər özləri də qəbul edirdilər. Hətta onlar 1978-ci ildə Qarabağın Mardakert rayonunda bir abidə tikib və bu abidənin üzərinə "Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülmələrinin 150-ci ili xatirəsinə" yazmışdılar. Lakin 1988-ci ildə baş verən hadisələr nəticəsində ermənilər tikilən bu abidənin üzərindəki yazıdan "150-ci ili" rəqəmini qaşıyıb siliblər. Yəni 1988-ci ilə qədər Mardakertdəki ermənilər özlərinin Qarabağa 1828-ci ildə köçüb gəldiklərini qəbul edib və bunu abidələşdirmişdilər.
Yer adlarının siyasi bir məna ifadə etdiyi hər kəsə məlumdur. Bu da bir həqiqətdir ki, yer adları xüsusilə tarixşünas üçün böyük əhəmiyyət daşıyır. Şübhəsiz, hər hansı bir yerin adı oranın üzərində haqq iddiasını da bərabərində gətirir. Buna görə, yerlərin tədqiqatı hər şeydən əvvəl bu mövzu üzərində aparılmalıdır. Bu mövzunun nə qədər ciddi olduğunu bilən ermənilər hər zaman Azərbaycanın yer adlarını dəyişdirməyə çalışıb və bunu bacarıblar.
Çar Rusiyasının sistematik olaraq erməni köçünü təşviq etməsinə baxmayaraq I Dünya müharibəsinin sonunda, Qarabağın dağlıq bölgəsində yaşayan əhalinin 74 faizini azəri türkləri təşkil ediblər. Buna görə də Azərbaycanın ayrılmaz bir parçası olan Qarabağ, İrəvan xanlığında qeyri-qanuni yaradılan uydurma Ermənistanın sərhədləri içərisinə qatıla bilməyib, Azərbaycan Respublikasının sərhədləri içərisində saxlanılıb. Azərbaycanda Sovet iqtidarının qurulmasından sonra N.Nərimanov, ermənilərin istədikləri Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu elan edib.
Erməni tarixşünas Koçaryan 1921-ci ildə "Dağlıq Qarabağda" yaşayan əhalinin 94,4 faizini erməni, 5,6 faizini də azəri türkü olaraq göstərib. Halbuki 1921-ci ildə "Dağlıq Qarabağ" deyə bir yer olmayıb. "Dağlıq Qarabağ" ifadəsi 1923-cü ildə İ.Stalin və A.Mikoyan tərəfindən bilə-bilə meydana gətirilib. Yəni buralar dağlıq bölgəsidir, sizin yaşayış yeriniz çoxdur, qoyun bu dağlıq bölgəsində ermənilər yaşasınlar. Bundan əlavə, 1921-ci ildə Qarabağda əhali sayımı deyə bir şey olmayıb.
Bilindiyi kimi, bir bölgənin kimə aid olması, hər şeydən əvvəl bu bölgə tarixi, milli, etnik və iqtisadi baxımdan ələ alınaraq təyin edilir. Belə ki, Sovet iqtidarı da Qarabağın dağlıq bölgəsinin vəziyyətini bu baxımdan dəyərləndirərək Azərbaycan Respublikasının tərkibində qalmasını uyğun görüb. Əgər ermənilər bu bölgədə çoxluq təşkil etsəydilər və ya tarixi və iqtisadi baxımdan bu bölgənin ermənilərlə güclü bağları olsaydı, Sovet iqtidarı Qarabağın dağlıq bölgəsini, hətta Qarabağın tamamını belə Ermənistana bağlayardı. Çünki o zamanlar Moskvada Türkiyə ilə Sovet iqtidarı arasında keçirilən görüşlərdə Xarici İşlər Komissarı Çiçerinin vasitəsilə Türkiyədən ermənilər üçün Van, Bitlis və Muş vilayətlərini istəyən Sovet iqtidarı Qarabağın dağlıq bölgəsinin, hətta Naxçıvan bölgəsinin Azərbaycanın tərkibində qalmasını təsdiq etməzdi.
Mondros müqaviləsindən sonra 1920-ci ildə bu bölgəyə gələn ingilislər Qarabağın Azərbaycana aid olduğunu qəbul və elan ediblər. Daha sonra Sovet İttifaqı da Qarabağın Azərbaycana aid olduğunu elan edib.
1920-ci il aprel ayının 27-də Azərbaycan Cümhuriyyəti rus-bolşevik orduları tərəfindən işğal edildikdən sonra da Azərbaycanın ürəyi olan Qarabağda qarışıqlıqlar davam edib. Azərbaycan torpaqlarında qurulan Ermənistan erməni şovinistlərini təmin etməyib. Onlar Qarabağ bölgəsinin tam ortasında, yəni Qarabağın dağlıq bölgəsində xüsusi bir bölgənin qurulmasına səy göstəriblər. Ermənilərin bu fəaliyyəti 04.07.1923-cü ilə qədər davam edib. Bu tarixdə Dağlıq Qarabağ, "Dağlıq Qarabağ Muxtar Vilayəti" adı altında qəbul edilib və 07.07. 1923-cü ildə "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Azərbaycanın tərkibində qurulduğuna dair bir qərar elan edilib. Bu qərar elan edildiyi zaman bu bölgədə yaşayanların 67,5 faizini azəri türkü, təxminən 30 faizini isə ermənilər təşkil ediblər. Bu da "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin elan edilməsinin qeyri-qanuni olduğunu sübut edir.
Qarabağın dağlıq bölgəsi meşəlik və yaylaqlardan ibarətdir. Buralara "Dağlıq Qarabağ" deyilməsi yenə siyasi bir məqsəd daşıyıb deyə bilərik. Çünki dağlıq kəlməsi belə yerlər üçün alçaltma və bölgə xalqının gözündən düşürmə vasitəsi olaraq istifadə edilib. Məqsəd bir bəhanə uydurmaq, sonra da göz dikilən yeri ələ keçirmək olub. Yəni, bura "dağlıq, daşlıq, verimsiz bir bölgədir, buradan bir gəlir əldə edə bilməzsiniz. Buraları bizə verin, sizi daha verimli yerlərə köçürək..." Yuxarıda bildirdiyimiz kimi, Qarabağ üçün "dağlıq" sifətinin istifadəsi Sovet hakimiyyətilə birlikdə başlanıb. Lakin bir az daha ciddiyətlə diqqət etsək bu yaraşdırmadakı ziddiyət və təzad ortaya çıxar. Yəni həm "dağlıq," həm də "bağ." Dağ ilə bağın bir arada olması mümkündürmü? Uzun əsrlərdən bəri bu bölgənin əsl adı Qarabağdır. Bölgəyə bu adın verilməsinə səbəb də, bu ərazinin çox hissəsinin, üzüm başda olmaqla müxtəlif meyvə bağları və çayırlıqlarla örtülü olmasından irəli gəlib. Bu da bir həqiqətdir ki, Qarabağ dünyanın ən gözəl nöqtələrindən biridir! Yəni bu bölgəyə "dağlıq" sifətini əlavə etmək doğru deyildir!
Rusların Qarabağ bölgəsinə gəlmələri və buralarda hakimiyyət qurmalarından sonra daşnaklar tərəfindən uydurulan Ermənistanda yaşayan ermənilərin hədəfi Qarabağı Ermənistana birləşdirmək olub. Bu hədəfi əldə etmək üçün də erməni şovinistlər hər zaman qeyri-qanuni yollara müraciət ediblər. Onlar Sovet hakimiyyətinin xaçpərəst siyasəti ilə uydurma bir Ermənistan əldə etmələrinə baxmayaraq, ruslara qarşı apardıqları gizli fəaliyyətlərinə də son qoymayıblar. Zahirdə rus tərəfdarı kimi görünüb istər Ermənistanda, istərsə də müxtəlif ölkələrdəki lobbilər vasitəsilə Qarabağı Ermənistana birləşdirməyə səy göstərirdilər. Türkiyənin Sovet İttifaqına ehtiyatla yaxınlaşmasından istifadə edən ermənilər gizli təşkilatlar qurub öz fəaliyyətlərini daha da gücləndiriblər. Əslində ermənilər Türkiyə ilə Rusiyanın yaxşı əlaqələrdə olmalarını istəmirdilər. Onlar bu gizli fəaliyyətləri ilə yanaşı, açıqdan-açığa nümayişlər də təşkil edir, Dağlıq Qarabağı və Anadolunun böyük bir hissəsini uydurulan Ermənistana qatmaq istəyirdilər. Nəticədə, bəzi uydurulan problemləri və şişirdilən əhali sayını ortaya ataraq Dağlıq Qarabağ hadisəsini yaratdılar. Çünki Qarabağ məsələsi Türkiyəni yaxından maraqlandırırdı. Ermənilərin məqsədi Rusiya ilə Türkiyənin arasını qarışdırmaq, özlərinə fürsət yaradıb Anadolunun altı bölgəsini və Qara dənizə çıxışı olan Trabzonu tələb etmək, "Dənizdən-dənizə Böyük Ermənistan" xülyasını həyata keçirmək olub. Heç şübhəsiz, bu problemin yaranmasında baş rolu dini məsələ oynayırdı. Əgər yaradılan problem əhali sayı ilə əlaqəli idisə, onda ermənilər niyə gürcülərdən torpaq sahəsi tələb etmirdilər? Axı Gürcüstanda toplu halda yaşayan ermənilərin sayı 500 minə yaxın idi. Üstəlik, ermənilərin Gürcüstanda yaşadıqları yerlər Ermənistanın sərhəddinə olduqca yaxın yerlər idi. Bunların canlarında İ.Stalin qorxusu vardı!..
Yuxarıda qeyd etdiyimiz kimi, tarix boyu nəinki Qarabağın, hətta İrəvan xanlığının, Zəngəzurun, Göyçə mahalının ermənilərlə heç bir əlaqəsi olmayıb. Yəni, ermənilər bugünkü qondarma Ermənistanı belə tərk etməlidirlər. Əslində bu millətin nəinki "Böyük Ermənistana" kiçicik bir Ermənistana belə haqqı yoxdur. Çünki bu insanlar bir-birlərini belə sevmirlər. Ona görə də bunların birlikdə dinc yaşamaları mümkün deyildir. 1989-cu ilin əhali sayımına görə ölkə nüfusu təxminən 3,5 milyon ikən bu gün bu rəqəm 1,6 milyondur. Təxminən 1,9 milyon erməni ölkəni tərk edərək, başda Rusiya olmaqla digər ölkələrə köçüb. Əhali sayını artıq göstərmək üçün Ermənistanı tərk edən insanları Ermənistanda qeydiyatda saxlayıblar. Dağlıq Qarabağda isə referendum keçirmək məqsədilə qeydiyatda olan ermənilərin sayını dəfələrlə artırıblar. Bunlar tarix boyu orada-burada yaşayıblar və harada yaşayıblarsa, hər zaman azlıqda olublar...
Bu da bir həqiqətdir ki, Qarabağ problemi ruslar tərəfindən şişirdilib, ermənilərin torpaq tələbi ilə həlli mümkün olmayan bir hala gətirilib, türklərə qarşı istifadə edilib. Beləcə, Rusiya Qarabağ problemini bir bəhanə kimi istifadə edərək hər iki ölkədəki mənfəətlərini asanlıqla təmin edir.
Fazil QARAOĞLU,
professor



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 09:21
Prezidentin pişiyinə cangüdən ayrıdılar...

22.07.2025 / 09:14
"Mançester Siti" bu futbolçuya 40 milyon avro qiymət qoydu!

22.07.2025 / 09:06
Batan gəmi 109 il sonra tapıldı...

22.07.2025 / 09:00
Bu gün Milli Mətbuat günüdür

22.07.2025 / 09:00
14 yaşlı yeniyetmə Novxanı çimərliyində həyatını itirib

22.07.2025 / 08:44
Trans-Əfqan dəmiryolu layihəsinin taleyi sual altına düşdü...

22.07.2025 / 00:10
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür...

21.07.2025 / 23:36
Rusiya-Ukrayna sülh masası yenə İstanbulda qurulacaq - Zelenski tarixi açıqladı

21.07.2025 / 22:10
Ermənistanın təxribatları nəticəsində doğmaları qətlə yetirilmiş, əsir və girovluqda olmuş şəxslər ifadə veriblər - FOTO

21.07.2025 / 21:39
Avropa Birliyinin sanksiyasına düşmüş Azərbaycan şirkəti kimindir...

21.07.2025 / 21:24
Paşinyan xalqı çağırdı - "Meydana gəlin, Qareginlə kilsəni boşadacağam"...

21.07.2025 / 21:11
Ermənistanda AB-nin "şpion missiyası" Azərbaycanla sazişə mane olur

21.07.2025 / 20:57
Paşinyanın Qarabağı sülh danışıqlarına daxil etmək cəhdləri necə iflasa uğradıldı... Tarix açılır...

21.07.2025 / 20:43
Əliyev ECO təşkilatını gücləndirən yol təklif etdi...

21.07.2025 / 20:30
Rusiya təbliğatçıları Bakını raket zərbələri ilə hədələdilər...

21.07.2025 / 20:17
Bir neçə prinsip Azərbaycanın xarici siyasətinin taleyini həll etdi...

21.07.2025 / 20:03
Azərbaycanın beynəlxalq vasitəçilik missiyasının yeni prinsipləri bəyan olundu...

21.07.2025 / 19:50
Azərbaycan işğalla barışsaydı, münaqişə ədalətlə həll olunmazdı...

21.07.2025 / 19:36
Trampın Azərbaycana yönəlik etdikləri cavabsız qalmadı...

21.07.2025 / 19:22
Putinin "vizit kartı" sayılan layihələrin də pulu kəsilir - parlament sədrindən "SOS"...

21.07.2025 / 19:09
Həmin ölkələrdən Azərbaycanın mühüm fərqi - Prezidentdən yeni mesaj...

21.07.2025 / 18:55
Ermənistanın Zəngəzurdan keçən dəmiryoluna sahiblik hüququ ciddi şübhə altına alındı...

21.07.2025 / 18:41
Azərbaycan mediası tək müdafiədə yox, hücumda da əla "oynayır" - dünyaya "Şuşa mesajı"...

21.07.2025 / 18:27
Mətbuat tariximiz Azərbaycançılıq ideyasının tərkib hissəsidir...

21.07.2025 / 18:14
Əbu-Dabidə Paşinyanın qarşısında 2 şərt konkret qoyulub - təsdiqlənir...

21.07.2025 / 18:00
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verir...

21.07.2025 / 17:55
Baş nazirin birinci müavininin adından saxta məlumatlar yayıldı - MEDİA açıqlama yaydı

21.07.2025 / 17:46
ATƏT-in keçmiş MQ-nin həmsədrlərinə növbəti əsaslı ittiham - onların hər 3-ü...

21.07.2025 / 17:44
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - FOTO

21.07.2025 / 17:33
Qarabağın əvvəlcə dairəvi elektrik təchizatı, ardınca intensiv mənzillərin tikintisi - iş bu planla gedir...

21.07.2025 / 17:32
Prezident böyük bir qrup jurnalisti təltif etdi - SƏRƏNCAM

21.07.2025 / 17:21
DİN əməliyyat keçirdi - 39 kq narkotik vasitə aşkar olunub

21.07.2025 / 17:16
VAQİF SULTANLININ “SƏHRA SAVAŞI” ROMANI SERBİYADA YAYINLANDI

21.07.2025 / 16:56
“ChatGpt”nin təqdim etdiyi faktlar Qərb tərəfindən dominant şəkildə hazırlanmış mətnlərdir" - Klaus Strunz

21.07.2025 / 16:45
Azərbaycan Milli Mətbuatı - 150 ilin şərəfli yolu

21.07.2025 / 16:41
Millət vəkili Asif Əsgərov media nümayəndələrini təbrik edib

21.07.2025 / 16:39
Dünya mətbuatı III Qlobal Media Forumunda Prezident İlham Əliyevini çıxışından əsas məqamları işıqlandırmaqda davam edir

21.07.2025 / 16:11
Cəlilabadda doğuldu, Qubadlıda hünər dastanı yazdı, Mehdiabadda torpağa qovuşdu...

21.07.2025 / 15:55
"Azərbaycanla bağlı saysız-hesabsız feyk xəbər var" - Cənubi koreyalı professor

21.07.2025 / 15:31
Xaricdə vətəndaşlarımızı tutduran “Abu Malik” özü DTX-nın tələsinə düşdü...

21.07.2025 / 15:07
PUA ilə İrandan Azərbaycana 13 kq narkotik keçirməyə cəhd edildi - saxlananlar var...

21.07.2025 / 14:49
"Zəngəzur dəhlizi bütövlükdə region üçün faydalı olacaq" - Ərdoğan

21.07.2025 / 14:37
Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası təsdiqləndi

21.07.2025 / 14:36
Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirildi

21.07.2025 / 14:31
Baqdasaryan: "Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasına çox yaxındır"

21.07.2025 / 14:23
"İki gün meşədə qalandan sonra Ağdama gedə bildik" - Soyqırımı zamanı Xocalıdan məcburi köçkün düşmüş qadın

21.07.2025 / 13:50
"Azərbaycan və Ermənistan arasındakı reallıqlar beynəlxalq mediada obyektiv şəkildə əks olunmayıb" - “TRT World”un müxbiri

21.07.2025 / 13:34
ARDNF daşınmaz əmlak investisiyalarından nə qədər gəlir əldə edib...

21.07.2025 / 13:23
İran ABŞ-la danışıqları rədd etdi – Trampın açıqlaması sənəd kimi istifadə olunacaq...

21.07.2025 / 13:10
Жёсткий ответ азербайджанца российским мракобесам - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.07.2025 / 12:53
Şuşadan mühüm MESAJ: peşəkar və operativ medianın qurulması bir nömrəli məsələdir

21.07.2025 / 12:38
Yol polisi tədbir keçirdi - motokuryerlərlə söhbət aparıldı...

21.07.2025 / 12:20
Quba və Füzulidə yeni Peşə təhsili müsəssisələri tikilir

21.07.2025 / 12:10
Xarici dövlətlərin yük avtomobilləri ilə bağlı Baş nazirdən QƏRAR

21.07.2025 / 12:03
Xarici vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər edə biləcəklər

21.07.2025 / 11:50
"Media savadlılığı rəqəmsal dönəmdə dezinformasiyaya qarşı mübarizənin açarıdır" - Afrika İttifaqının nümayəndəsi

21.07.2025 / 11:38
İsrailin Moskvadakı səfiri vaxtından əvvəl geri qayıdır

21.07.2025 / 11:33
Sürücülük hüququ olmayan şəxs piyadanı vurub öldürüb

21.07.2025 / 11:26
Sabahdan peşə məktəblərinə qəbul başlayır

21.07.2025 / 11:24
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib

21.07.2025 / 11:17
Bu həftə İstanbulda kritik danışıqlar keçiriləcək

21.07.2025 / 11:13
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

21.07.2025 / 11:06
"Bu gün bir çox xəbər platforması dəqiqlik və etibarlılıq prinsipinə riayət etmir" - Jaffar Hasnain

21.07.2025 / 11:03
Rusiyadan Azərbaycana qarşı ən alçaq təxribatlar başladı - CANLI

21.07.2025 / 11:00
Altı gündə 1600 hektardan çox ərazi minalardan təmizlənib

21.07.2025 / 10:30
Xəzər dənizinin səviyyəsində rekord enmə - Rusiya məlumat yaydı

21.07.2025 / 10:25
Çin Avropa İttifaqına qarşı cavab zərbəsi hazırlayır

21.07.2025 / 10:19
Masallıda balıq tutmağa gedən 20 yaşlı gənc kanalda boğulub

21.07.2025 / 10:12
Beyləqanda narkotikanın təsiri altında olan sürücü həbs edilib

21.07.2025 / 10:06
Beşinci Respublika tarixində ANTİREKORD - Makronun reytini yerlərdə sürünür... -

21.07.2025 / 10:00
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - DTX

21.07.2025 / 09:40
Sumqayıtda binada yanğın olub, 7 uşaq təxliyə edilib

21.07.2025 / 09:29
“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində ilk tədbir keçirildi

21.07.2025 / 09:21
"Prezident İlham Əliyev Rusiyadan təyyarə qəzasını rəsmi olaraq etiraf etməyi tələb edir" - Xarici KİV

21.07.2025 / 09:13
Naxçıvanda TIR yanıb

21.07.2025 / 09:12
"Real" Messinin həmyerlisi üçün 150 milyon avro təklif edir!

21.07.2025 / 09:06
Almaniyadan Ukrayna QIRARI - 5 milyard avro ayrıldı...

21.07.2025 / 09:01
Bu iki rayonda işıq olmayacaq - Xəbərdarlıq

20.07.2025 / 15:52
Dünya mediası İlham Əliyevin çıxışında bu məqamlara xüsusi diqqət çəkdi... - FOTO

20.07.2025 / 15:16
Ukrayna konstitusiyasında rus dilinə verilən xüsusi statusun ləğvi təklif edildi...

20.07.2025 / 14:56
Rusiya alimi Kərim Şükürova və Yaqub Mahmudova qarşı çağırış etdi - "məhrum edilsinlər"...

Mətbuat tariximiz Azərbaycançılıq ideyasının tərkib hissəsidir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910