çərşənbə günü, 21 oktyabr 2026
     

Rusiya tolerantlıq məsələsində Azərbaycandan nümunə götürə bilər

Image


Rusiya Azərbaycana qarşı qeyri-dost addımlar atmaqda davam edir. Bu fonda Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovu quruma çağırıb, Moskva xətti ilə baş tutacaq bütün mədəniyyət tədbirləri ləğv edilib.

Bütün bunlara səbəb Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanması, onlara qarşı zorakılıq olub.

Yekaterinburqda baş verənlər dünyanı şoka salıb

Bakı ilə Moskva arasında münaqişə kəskinləşdikdən sonra Rusiyada Azərbaycana qarşı informasiya kampaniyası başlayıb. Bundan əvvəl Sverdlovsk vilayətində polisin hərəkətləri nəticəsində iki nəfərin ölməsi barədə məlumat yayılıb. İndi də Rusiyada soydaşlarımıa qarşı repressiyalar davam edir. Lakin bu fonda ölkəmizdə yaşayan ruslara tolerant mövqe sərgilənir. Bu siyasət qarşıdakı dövrdə də davam edəcək.

Ümumiyyətlə, Azərbaycan qədim dövrlərdən etibarən fərqli sivilizasiyaların, mədəniyyətlərin, dillərin və dinlərin qovuşduğu bir məkan olub. Coğrafi və tarixi şərait ölkəmizin tolerantlıq ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Bu gün Azərbaycan dünya miqyasında dini və milli tolerantlığın nümunəsi kimi tanınır. Ölkəmizdə müxtəlif xalqların və dini konfessiyaların dinc birgəyaşayışı təmin olunub. Bu siyasət həm dövlətin hüquqi-siyasi çərçivəsində, həm də cəmiyyətin gündəlik həyatında öz əksini tapır. Bütün bunları ruslar özləri də etiraf edirlər. Xatırladaq ki, Azərbaycan Konstitusiyasında insanların din, dil, irq və milliyyətindən asılı olmayaraq hüquq və azadlıqlarının qorunması açıq şəkildə qeyd olunub. Ölkədə yaşayan bütün xalqların nümayəndələri qanun qarşısında bərabər hüquqlara malikdirlər. Dövlətin həyata keçirdiyi siyasət milli və dini azlıqların hüquqlarının qorunmasına, onların mədəni irsinin yaşadılmasına və inkişafına yönəlib. Məsələn, Azərbaycanda yaşayan ruslar, eləcə dəə ləzgilər, talışlar, tatlar, avarlar, gürcülər, udinlər və digər etnik qruplar öz dillərində təhsil ala, mədəni tədbirlər təşkil edə və dini ayinlərini sərbəst şəkildə icra edə bilirlər. Dini tolerantlıq sahəsində Azərbaycan modeli xüsusilə diqqətəlayiqdir. Ölkədə islamla yanaşı, pravoslav, katolik, yəhudi, lüteran, baptist və digər dini icmalar fəaliyyət göstərir. Bakının mərkəzində yerləşən sinaqoqlar, kilsələr və məscidlər insanların dini inanclarına hörmətin və dözümlülüyün real nümunələridir. Azərbaycanın Rus İcması sədrinin birinci müavini, politoloq Anastasiya Lavrina bildirir ki, ölkəmizdə onlara qarşı daim tiolerant münasibət sərgilənib: “Yekaterinburqda baş verənlər əsl şokdur. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri nəticəsində Azərbaycan əsilli vətəndaşlar – həm Rusiya, həm də Azərbaycan vətəndaşları yaralanıblar və həlak olublar. Buna reaksiya verməmək mümkün deyil. Mən hüquqşünas deyiləm, amma bir insan kimi dövlət orqanı nümayəndələrinin güc tətbiq etməsinin insan tələfatına səbəb olması ilə barışa bilmirəm. Qanun və asayiş dövlətçiliyin tərkib hissəsidir. Amma cinayətə qarşı mübarizə hüquqi müstəvidən kənara çıxan üsullarla aparıldıqda bu, yolverilməzdir. Mən əslən Azərbaycandanam. Burada rus mədəniyyəti, dili və adət-ənənələri həmişə ictimai həyatın bir hissəsi olub. Burada müxtəlifliyə dəyər verilir, hörmət edilir və bu hörmət də göstəriş xatirinə deyil – o, təfərrüatda özünü göstərir: təhsil sistemində, mədəniyyət siyasətində, insanlar arasında gündəlik münasibətlərdə. Ona görə də hazırda Rusiyada Azərbaycan əsilli vətəndaşlara münasibətdə baş verənləri qavramaq xüsusilə çətindir”.

AZAL təyyarəsinin vurulmasından sonrakı ssenari işə salınıb

O da faktdır ki, Azərbaycan hökuməti dini dözümlülüyün və multikultural dəyərlərin təbliğinə böyük önəm verir. 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardandır. Həmçinin, BMT, İƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində tolerantlıq mövzusunda beynəlxalq tədbirlər, konfranslar və forumlar keçirilir.Bütün bunlardan ölkəmizdə yaşayan ruslar da yararlanır.

Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrilməsi heç də təsadüfi deyil. Bu siyasət milli həmrəyliyin və cəmiyyətin dayanıqlı inkişafının əsas sütunlarından biri kimi qəbul edilir. Tolerantlıq və müxtəlifliyə hörmət prinsipləri həm ictimai sabitliyin təmin olunmasına, həm də Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Çünki müasir dünyada multikultural və tolerant cəmiyyətlər daha davamlı və rəqabətqabiliyyətli olur.Təəssüf ki, dünyanın bir çox ölkəsində dini və milli ayrı-seçkilik halları, radikalizm və ekstremizm baş qaldırır. Elə Rusiyada soydaşlarımıza qarşı baş verənlər bunun təsdiqidir. Bir daha xatırlatmaq lazım gəlir ki, Yekaterinburqda təhlükəsizlik qüvvələri 50-dən çox azərbaycanlını saxlayıb. Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi həbsləri təsdiqləyib. Ancaq problem onda oldu ki, əməliyyat etnik zəmində aparılan repressiyaya çevrildi. Saxlanılanlardan ikisi döyülərək öldürülüb, digərləri ağır xəsarət alıb, çoxsaylı işgəncələrə məruz qalıb. Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko iki nəfərin öldüyünü təsdiqləyib. Bundan sonra Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin əmri ilə iş İstintaq Komitəsinin mərkəzi aparatına verilib. Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova azərbaycanlıların həbsinin qanuniliyini və əsaslılığını yoxlamaq üçün Rusiya Baş Prokurorluğuna vəsatətlə müraciət edib. Müraciət Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ilə əlaqə saxlandıqdan sonra göndərilib. Amma saxlanma zamanı vəzifə səlahiyyətlərini aşan şəxslərə qarşı hələ də heç bir tədbir görülməyib. Bu, eynilə AZAL təyyarəsinin Rusiya ordusu tərəfindən vurulmasından sonra baş verənləri xatırladır. Elə o vaxtdan indiyə kimi bu cinayəti törədənlərə qarşı Rusiya rəhbərliyi heç bir addım atmayıb, həmin şəxsləri məsuliyyətə cəlb etməyib. Azərbaycan bütün bunlara haqlı olaraq narazılıq edir və soydaşlarının hüquqlarının müdafiəsi istiqamətində əməli addımlar atır. Bunlar fonunda o da qeyd edilməlidir ki, Azərbaycanda dini və milli tolerantlıq təkcə hüquqi və siyasi deyil, həm də mənəvi bir dəyərdir. Bu dəyərin qorunması və gələcək nəsillərə ötürülməsi ölkəmizin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Tolerantlıq və multikulturalizm prinsipləri üzərində qurulmuş Azərbaycan modeli regionda və dünyada sülh və təhlükəsizliyin təşviqinə töhfə verən mühüm bir nümunədir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ