Türkiyə Prezidentinin dəftərxanası Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvana səfərinin bəzi detallarını açıqlayıb.
Xəbər verildiyi kimi, birgünlük səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
“Əliyev və Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəklər”, - deyə Türkiyə Prezidentinin dəftərxanasından bildirilib.