Ermənilərin Birinci Qarabağ müharibəsində “özlərinin qələbə rəmzi” kimi Xankəndi-Şuşa yolunda yerləşdirdikləri tank demontaj olunaraq ərazidən götürülüb və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
Trend xəbər verir ki, texnika nümayiş olunması üçün parkda yerləşdirilib.
Qeyd edək ki, həmin tank ötən gün sökülərək Bakıya yola salınıb.
Xatırladaq ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə “abidə” kimi quraşdırılmışdı.