Söhbət suverenlik, ərazi bütövlüyü və müstəqillikdən gedirsə, biz bununla əlaqəli hər kəs adından bu məsələlərin arxasındayıq.
Trend "Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Ədalətli və davamlı sülhün hər iki ölkəyə böyük fayda verəcəyini bildirən Blinken, belə bir sülhün “üç illik qarşıdurmadan sonra tarixin gedişində yaxşılığa doğru güclü dəyişiklik olacağını” qeyd edib.
Azərbaycan nümayəndələri ilə Qarabağ erməniləri arasında son 24 saat ərzində keçirilən görüşlərə diqqət çəkən Blinken danışıqların və diplomatiyanın vacibliyini vurğulayıb.