BMT TŞ-dəki uğursuzluqdan sonra bütün Ermənistanı düşündürən tək sual belədir...

44 günlük müharibədən sonrakı aylarda bütün Ermənistanı düşündürən sual belə idi: "Bu necə baş verdi, Şuşa niyə asanlıqla əldən getdi?".. Sualın ətrafında diskussiyalar hələ də gedir...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev bildirir ki, 19 sentyabr antiterrorundan sonra isə Ermənistanı "qəmə qərq etmiş" sualların sırası genişləndi: “Bu günün ən populyar suallarından biri budur: "BMT TŞ-də Qarabağdakı vəziyyətin müzakirəsindən bir gün əvvəl, yəni sentyabrın 21-də Paşinyan nə üçün "Qarabağ ermənilərinə birbaşa təhlükə yoxdur" bəyanatını verdi və bununla da TŞ-nin Azərbaycana qarşı konkret qərar qəbul etməsinin qarşısını aldı?"...
Ermənistan cəmiyyətinin gözü qızmış revanşistlərə və gələcəyə nisbətən ayıq baxmaq istəyənlərə bölündüyünü nəzərə alsaq, bu diskussiyalar da uzun zaman bitməyənə oxşayır...”
Tahir TAĞIYEV