Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və sursatları təhvil verməyə başlayıb, onlar Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində mövqelərini tərk edirlər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 22-dək Qarabağdakı qanunsuz erməni silahlıları tərəfindən 6 ədəd zirehli texnika, 800 ədəddən çox atıcı və tank əleyhinə silah, 5 minə yaxın döyüş sursatı təhvil verilib.
Tahir TAĞIYEV