Bazar günü günü, 08 noyabr 2026
     

Ararat Mirzoyanın BMT yalanlarını elə öz lideri Paşinyan ifşa etdi...

Image


BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclas, gözlənildiyi kimi, Ermənistan və havadarlarının iflası ilə yekunlaşdı. İclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər. Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb.

Məsələnin maraq doğuran tərəfi isə Ermənistanın baş naziri Nikol Paşinyanla bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Qarabağdakı ermənilərin durumu ilə bağlı açıqlamalarının kəskin şkildə fərqlənməsi, hətta daban-dabana ziddiyyət təşkil etməsidir. Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd edir: “Qarabağda 10 aylıq blokadaya görə insanlar ac qalmaqda davam edir. Səhiyyə sistemi iflic vəziyyətindədir. Qarabağdan olan görüntülər həqiqətən də şoka salır. Analar itkin düşən övladlarını tapmağa çalışırlar... Dağlıq Qarabağın yaşayış məntəqələrindən birində 8 yaşlı uşaq partlayış zamanı itkin düşüb. Onun 10 yaşlı qardaşı öldürülüb, cəsədini hətta kənddən çıxarmaq mümkün olmayıb. Daha bir qardaş yaralanıb... Azərbaycanın gözündə bu uşaqlar terrorçudur və Azərbaycanın hərəkətləri bu uşaqlara, onların analarına, nənələrinə, babalarına qarşı olub... Azərbaycanın sosial şəbəkələri itkin düşən uşaq və qadınların tapılması, zorlanması çağırışları ilə doludur, onları parçalayıb itlərə yedizdirirlər... Azərbaycanlı sosial şəbəkə istifadəçiləri sosial şəbəkələrdə Dağlıq Qarabağ qadınlarının profillərini paylaşır və Azərbaycanın nəzarətinə keçəndə bu qadınlardan hansının zorlanacağına mərc edirlər”. Onun bu və digər sərsəmləmələrinə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tutarlı cavab verib. Amma maraq doğuran odur ki, Ararat Mirzoyanın dedikləri Paşinyanın fikirləri ilə tam ziddiyyət təşkil edib. Çünki elə sentyabrın 21-də  Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda bildirib ki, Qarabağın mülki əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı yayılan məlumatlar reallığa uyğun deyil. O, Qarabağda atəşkəs rejiminə ümumilikdə əməl olunduğunu qeyd edib.  Paşinyan açıq mətnlə bildirib ki, sosial şəbəkələrdə Qarabağ əhalisi arasında kütləvi insan tələfatı ilə bağlı məlumatlar reallığa uyğun gəlmir: “Qarabağda ermənilər üçün heç bir təhlükə yoxdur. Zərurət yaranarsa, ermənilərin Qarabağdan çıxarılması məsələsinə baxacağıq, hazırda təhlükə yoxdur”.

Sentyabrın 22-də etdiyi çıxışda da Nikol Paşinyan bir daha təkrar edib ki, Qarabağda gərginlik qalsa da, buradakı ermənilərin həyatına hər hansı təhlükə yoxdur: “Dünən bu barədə səsləndirdiyim fikrim dəyişməyib. Əgər hər hansı dəyişiklik olsa, bunu bir daha vurğulamazdım. Mənə verilən məlumata görə, hər yarım saatdan bir vəziyyət dəyişir, proseslərə hakim olmaq üçün onu diqqətlə izləmək lazımdır. Ərazidə humanitar vəziyyətin yaxşılaşacağına dair ümidlər var, müsbət dinamika müşahidə olunur. Qarabağa böyük həcmdə humanitar yardımlar daxil olur. Məndəki məlumata əsasən, müəyyən razılaşmalar var, lakin ətraflı məlumat verə bilməyəcəm. Düşünürəm ki, bu razılaşmaların icrasına indidən başlanılmalıdır”. Beləliklə, Ararat Mirzoyanın BMT yalanlarını onun lideri olan Paşinyan özü ifşa edir. Lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan çox böyük və tarixi uğura imza atdı. Elə prezidentin də xalqa müraciətində vurğuladığı kimi, bundan sonra dinc birgəyaşayış üçün fundamental hüquqların təmini, humanitar məsələlərin həlli və sosial layihələrin icrası mərhələsi başlayır. Xankəndi və ətrafında dövlətimizin konstitusion quruluşu təmin olunduqdan, hərbsizləşdirmə bitdikdən sonra reinteqrasiya prosesi daha sürətlə gedəcək, beləliklə bölgənin siması dəyişəcək. Erməni bloger Natali Aleksanyan da bunu etiraf edir. O, Ermənistanın keçmiş və indiki hakimiyyətlərinə, Qarabağ separatçılarının keçmiş liderlərinə müraciət edərək bildirir:  “Əvvəlkilər, indikilər, ortalar, aşağılar, yuxarılar - hər şeyi diqqətlə dinləyin. Gedin birlikdə dua edin ki, Azərbaycan birdən-birə ermənilərin inteqrasiyasına başlamasın. Çünki birdən başlasa və Qarabağda ermənilərin rahat yaşaması üçün bütün şəraitin qorunub saxlanacağı üzə çıxsa, o zaman siz də bir dəstə olaraq “arxanızı” yuyub gözləməyə hazır olun. Bu halda aydın olacaq ki, ermənilərin Azərbaycanın tərkibində Qarabağda həmişə problemsiz yaşamaq imkanı olub. Bu o deməkdir ki, soyqırım, etnik təmizləmə və düşmənçiliklə bağlı bütün söhbətlər süni olub, sizin öz məqsədlərinizə xidmət etmək üçün yaradılıb. Yəni bu o demək olacaq ki, Qarabağın və Ermənistanın bu uzun işgəncələri, ölümləri ancaq sizin problemlərinizi həll etmək üçün olub. Biz hələ də əlaqə saxlayacağıq, uzağa getməyin”. Yevlaxda isə Qarabağın erməni icması ilə görüş barədə razılıq nəinki Azərbaycanın, bütövlükdə regionun inkişafı üçün yeni səhifə açacaq. Artıq Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükü göndərib. Bu da Qarabağ ermənilərinə Azərbaycanın münasibətinin daha bir real göstəricisidir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ