Bazar günü günü, 08 noyabr 2026
     

Ermənipərəst senator qızıl külçə rüşvətində ilişdi...

Image


Erməni lobbisinin ABŞ-da əsas təmsilçilərindən biri olan senator Bob Menendez yenə rüşvət qalmaqalına görə gündəmdədir. Belə ki, ABŞ Konqresindəki bu ermənipərəst senatorun qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən aparılan istintaq altındadır.

400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələrinin ona Fred Daibes adlı şəxs tərəfindən verildiyi iddia edilir. Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün Menendezə rüşvət verdiyi bildirilir.

Xatırladaq ki, Bob Menendez 14 sentyabr 2023-cü ildə ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat verib. Ümumiyyətlə, Bob Menendez və onun erməni əsilli arvadı Nadin Arslanyan haqqında Federal Prokurorluq uzun müddətdir araşdırmalara başlayıb. Bir müddət əvvəl ABŞ-ın məşhur “The Wall Street Journal” nəşri məlumat yaymışdı ki, Nadin Arslanyan Nyu Cersi ştatından seçilmiş senator ərindən yardım istəyən şəxslərdən müxtəlif bahalı hədiyyələr və rüşvət alıb:
“Bob Menendez 2006-cı ildən ABŞ senatorudur və Senatın Xarici Əlaqələr Komitəsinin sədridir. ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokurorluğu Menendezin 2020-ci ildə evləndiyi həyat yoldaşı Nadin Arslanyanın həmkarlarını da məhkəməyə çağırıb. Bu təhqiqat 2015-ci ildə prokurorların Bob Menendezə qarşı qaldırdığı korrupsiya işindən ayrıdır. Məhkəmə sənədləri göstərir ki, “Edgewater” və “N.J. şirkətinin IS EG Halal” şirkətinin təsisçisi Vael Hananın evində və ofisində axtarışlar aparılıb. Sənədlərdən məlum olub ki, Misirə ixrac edilən ətin halal sertifikatı saxta yolla əldə edilib. Bu saxta sənədin əldə edilməsində isə şirkət rəhbərinə xanım Arslanyan vasitəçilik edib. Çünki o özü də bu şirkətin ortaqlarındandır. Dövlət biznes reyestrində göstərilir ki, xanım Arslanyan 2019-cu ildə Nyu Cersidə yaradılmış “Strategic International Business Consultants LLC holdinq” şirkətinin prezidentidir. Menendezin son federal maliyyə açıqlamaları da Arslanyanın bu şirkətdən gəlir əldə etdiyini göstərir”.  Bundan başqa, Menendesə qarşı 2015-ci ildə ictimai korrupsiya işinə görə cinayət işi açılıb. Cinayət işində qeyd edilir ki, senator Nadin Arslanyan üçün viza işində yardımçı olub. Eləcə də Floridaya gələn əcnəbi oftalmoloqa xüsusi imkanlar yaradıb. Əvəzində isə 1 milyon dollar hədiyyə alıb. Belə ki, 2015-ci ildə Ədliyyə Departamentinin İctimai Dürüstlük Şöbəsinin prokurorları Menendezi “Palm Beach” oftalmoloqu və siyasi mesenat, doktor Salomon Melgendən külli miqdarda rüşvət almaqda ittiham ediblər. Menendez Senatdakı ofisində altı nəfərə keçmiş xeyriyyəçi Salomon Melgenin sevgililərinə viza almaq üçün göstəriş verib. Onların arasında ukraynalı aktrisa və model Svetlana Buçik də var.

Bundan başqa, “New York Post” nəşri də Menendezin həyat yoldaşı Nadin Arslanyanın qaranlıq maliyyə fəaliyyətini ifşa edən araşdırma yayıb. Burada da qeyd edilir ki, Arslanyan cəmi üç il əvvəl girovla üzləşməsinə baxmayaraq, 400 min dollar dəyərində qızıl külçələri nağdlaşdırıb. Nəşrin məlumatına görə, satış keçən yaz, yəni senatorun yeni federal araşdırma ilə üzləşdiyini açıq şəkildə etiraf etməsindən aylar əvvəl baş verib. Senatorun illik hesabatına görə, 56 yaşlı Arslanyan qızılı 7 aprel 2022-ci il və 16 iyun 2022-ci il tarixləri arasında satıb. Bu, təxminən 5.9 koli xalis qızıl olub. Nəşr bildirib ki, satış 2020-ci ildə Menendezlə evlənməzdən əvvəl maliyyə cəhətdən çətinlik çəkən, hətta evinin girovu ilə üzləşdiyi bildirilən Arslanyan üçün əlamətdar maliyyə dönüşü olub. Məlumatlara görə, Manhetten federal prokurorları senatorun və ya onun həyat yoldaşının siyasi lütflər müqabilində avtomobil və Vaşinqtonda mənzil də daxil olmaqla haqqında məlumat verilməyən lüks hədiyyələr alıb-almadığını bilmək istəyirlər. Qeyd edilir ki, Arslanyan 2014-cü ildə Menendezlə yaşadığı Bergen qraflığındaki evində aylıq 1897 dollarlıq ipotekanı ödəməkdə çətinlik çəkdikdən sonra xərclərini idarə etmək üçün federal proqrama daxil olub. Lakin 2019-cu ilin ortalarına qədər aşağı ödənişləri edə bilməyib və ipoteka şirkəti onun evini girov qoyub.  Girov başlayan kimi Arslanyan öz konsaltinq biznesini - “Strategic İnternational Business Consultants” MMC-ni qurub. Şirkətin müştərilərinin kim olduğu bəlli deyil. Onun qeydiyyatı ilə Menendezin dostu Donald Skarinci məşğul olub.  Qeyd edək ki, cütlük 2020-ci ilin oktyabrında Baysayd şəhərindəki erməni kilsəsində kiçik bir mərasimlə evlənib. Arslanyan 2020-ci ildə etiraf edib ki, Menendezi 1915-ci il “erməni soyqırımı”nın tanınması üçün təbliğat aparmağa təşviq edib. Hazırda Menendez anti-Azərbaycan, anti-Türkiyə mövqeyinə görə daha çox diqqət cəlb edir. Lakin çoxsaylı rüşvət qalmaqalı onun üçün indi getdikcə daha böyük problemə çevrilir. Erməni lobbisinin təsirində olan bu şəxsin fəaliyyətləri heç bir halda legitim hesab edilmir. Ümumiyyətlə, ABŞ Konqresində erməni lobbisinin təmsilçiləri olan şəxslərin  adı zaman-zaman maliyyə fırıldaqlarında, korrupsiya əməllərində, erməni diasporunun müxtəlif fondlarında topalanmış maliyyə vəsaitlərinin mənimsənilməsində hallanır. Bu da onların ermənilər üçün canfəşanlığının səbəblərini izah edir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ