Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanova məktub göndərib.
Ş.Ayrım deputat həmkarlarına 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin hərbi təxribatları və terror hücumları nəticəsində həlak olan mülki şəxslər və hərbi qulluqçularla bağlı başsağlığı verib, yaralananlara şəfa diləyib. O eyni zamanda lokal xarakterli antiterror tədbirlərinin uğurlu nəticələrinə görə həmkarlarını, Azərbaycan xalqını və bütün türk dünyasını təbrik edib. "Qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq mübarizəsində öz vətənini qorumaq üçün həyatını verən şəhidlərimizə Allahdan rəhmət diləyir, bütün qazilərimizə tezliklə sağalmasını arzulayırıq. Eyni zamanda, Azərbaycan dövlətinin antiterror tədbirlərinin uğurlu nəticələrinə görə Azərbaycan xalqını və bütün Türk dünyasını təbrik edirik. Biz hər zaman Azərbaycanın yanındayıq!" - məktubda qeyd edilib.
ZÜMRÜD