BQXK 9 yaralı erməni hərbçini Xocavənddən Xankəndiyə apardı - VİDEO/YENİLƏNDİ

Xocavənddə olan Ermənistan silahlı qüvvələrinin doqquz yaralanmış hərbçisi Xankəndiyə aparılıb.
Onları Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları aparıblar.
XXX
Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 ədəd avtomobili Xankəndidən Xocavənd istiqamətinə hərəkət edir.
Trend xəbər verir ki, erməni yaralıları Xocavənd xəstəxanasından götürüb geri qayıdacaq.
Azərbaycan yenə öz humanistliyini nümayiş etdirərək humanitar məsələlər üçün lazimi şərait yaradır.