"Paşinyan hökumət iclasında bildirb ki, Qarabağın erməni sakinləri üçün birbaşa təhlükə yoxdur və həyata keçirilmiş tədbirlər nəticəsində mülkü insan tələfatları barədə deyilənlərin isə heç bir əsası yoxdur." Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra Ermənistan hakimiyyətinin daxilində yaranan mövqe parçalanması barədə yazır: Oradakı vəziyyətlə bağlı eynən bizim bildiyimiz həqiqətlər... Lakin Ermənistanın XİN başçısı A.Mirzoyan Paçinyanın tam əksinə mövqe tutub.BMT- nin 78- ci sessiyasında " gözlərini yumub ağzını necə açıbsa" ,nə dediklərinin fərqinə varmadan dilinə gələni danışıb, hətta guya azərbaycanlıların Xankəndi küçələrində erməni oğlanlarını tikə- tikə doğradığı, erməni qızlarını zorladıqları və sair barədə dəlinin də ağılına sığmayan nağıllar uydurub... Nə deməkdir bu? Bir hakimiyyətin eyni məsələ barədə neçə mövqeyi olar?!... Mətləb