Şok- Ermənistan hökuməti Qarabağdan ermənilərin köçürülməsini müzakirə etdi...

Artıq Ermənistanda Xankəndidən irəvana təşrif buyuranlar üçün hazırlıq gedir. Belə ki, Ermənistan hökuməti və Xankəndidəki separatçılar Qarabağdan Ermənistana getməyi arzu edənlərin təxliyəsi məsələsini müzakirə ediblər. Bu barədə “Armenpress”in sorğusuna cavab olaraq Ermənistan baş nazirinin rəsmi ofisindən məlumat verilib. Məlumatda deyilir ki, qərarlar Xankəndidəki erməni əhalisinin, Azərbaycan və Rusiya sülhməramlılarının nümayəndələri arasında aparılan müzakirələrin nəticələrindən asılı olaraq qəbul ediləcək.
“Armenpress” yazır ki, Ermənistan hökuməti Dağlıq Qarabağ ermənilərinin təxliyəsi məsələsini qaldırmayıb. Amma ermənilərin bəzilərinin hazırkı evlərində yaşamasının qeyri-mümkün olduğu qəbul edilərsə, lazımi qərarlar veriləcək.
Mətləb