Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.
Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər. Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər. Məlumat üçün qeyd edək ki, bu ilin martın 1-də Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan nümayəndə heyəti Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Prezident Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin, Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib. Lakin qarşı tərəf bu təkliflərdən imtina edib. tmişdi. Ancaq sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. O baxımdan Yevlax görüşündən ekspertlərin gösləntiləri nədir? Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, Yevlax görüşündə Qarabağdakı erməni icmasının rəsmi Bakının əksər təkliflrini qəbul edəcəyini güman edir: “Ona görə ki, bunu bir sıra faktorlar şərtləndirir. Əvvəl elə idi ki, separatçılar sülhməramlıların arxasında gizlənərək qanunsuz fəaliyyətlə məşğul olurdular. Səngər qazırdılar, postlara silah daşıyırdılar və s. Hesab edirdilər ki, sülhməramlılara görə Azərbaycan onları vurmağa cəsarət etməz. Ancaq sentyabrın 19-da başlayan və qısa müddət ərzində başa çatan lokal xarakterli antiterror tədbirləri bütün bu steriotipləri darmadağın etdi. Qarabağdakı qanunsuz hərbi infrastruktur dəqiq zərbələrlə darmadağan edildi. Üstəlik, separatçıların Rusiyadan başqa Qərbdən gözləntiləri də özünü doğrultmadı. Ümumi bəzi çağrışlar olsa da, Qarabağın Azərbaycanın suveren ərazisi olduğu reallığını və orada baş verənlərin ölkəmizin daxili işi oldduğunu qəbul etdilər. Hesab edirəm ki, bu, çox önəmli faktordur. Ona görə də, reinteqrasiya qaçılmazdır. Ola bilsin ki, erməni tərəfi bundan sonra prosesi, öhdəliklərin yerinə yetirilməsini yubatmağa cəhd etsinlər, amma bunun elə bir perspektivi olmayacaq”. Vidadi ORDAHALLI