Antiterror tədbirləri başlayandan Azərbaycan bir sıra dövlət qurumlarına kiberhücumlara məruz qalıb.
Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında deyib.
O qeyd edib ki, bu hücumların qarşısı uğurla alınır.
"Təkcə Prezidentin rəsmi saytında saniyədə 4 milyondan çox DDoS hücumu qeydə alınıb. Xidmət mütəxəssislərimiz bu istiqamətdə fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir", - deyə o əlavə edib.