İlk dəfə Paşinyanın varisinin kimliyi açıqlandı - Zatulin yenə "mutilşikliyə" başladı...

Rusiya Dövlət Dumasının üzvü, qatı ermənipərəst və Ermənistandan qovulmuş Konstantin Zatulin özünün Teleqram kanalında məqalə ilə çıxış edib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- Əvvəla, Zatulin "Qarabağ münaqişəsi hələ bununla bitmədi" deyə eyforik bir inamla heç bir əsası olmayan hökm verir. Başa düşmək istəmir ki, təzədən Qarabağda separatçılar nə edə bilər ?!..
2. Zatulin deyir ki, indi Azərbaycan vaxtilə maksimalist mövqe tutmuş İrəvanın eyni səhvini təkrarlayır. Zatulin deyir ki, o həmişə münaqişənin paket həll variantına tərəfdar olub. Belə ki, Laçını dəhliz kimi saxlamaqla bütün rayonları Azərbaycana qaytarmaq və Dağlıq Qarabağın öz müqəddəratının təyin hüququnu tanımaqla münaqişəni həll etmək planı var idi. Ermənistan maksimalistlik etdi və bunu qəbul etmədi. Sonda hər şeyi itirdi. Zatulinə görə, guya indi həmin səhvə maksimalistlik etməklə Azərbaycan yol verir. Zatulinə görə, guya Azərbaycan ermənilərə heç bir status tanımadan onlarla dialoqa getməklə maksimalistliyə yol verir ki, bu da səhvdir.
Burada Zatulinin kobud səhvi odur ki, özgənin torpağını işğal etmiş Ermənistanı öz tarixi və hüquqi torpaqlarını azad etmiş Azərbaycanla eyniləşdirir. O başa düşmək istəmir ki, Azərbaycan maksimalistlik etmir, əksinə hüquqla haqqı çatana misilsiz qətiyyətlə sahib çıxır.
Nəhayət, Zatulin deyir ki, qatı antirus Armen Qriqoryan Ermənistan Təhlükəsizlik Şurasına sədr təyin olunanda onun Paşinyana varis olacağını başa düşməli idik...
Zatulin Qarabağ uğrunda münaqişənin yenidən başlanacağını məqalədə dönə-dönə iddia edir...
Tahir TAĞIYEV