20 sentyabr 2023-cü il. Son 3 illik tariximizin önəmli və yaddaqalan günlərindən biri...
27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda 2-ci Qarabağ müharibəsi - Vətən müharibəsi başladı. 8 noyabr 2020-ci ildə Şuşanın azadlığı tariximizə Zəfər günü kimi düşdü.
23 aprel 2023-cü il - Laçın yolunda bütün sonrakı Qarabağ proseslərinin taleyini həll edəcək nəzarət-buraxılış məntəqəsinin qurulduğu gün kimi simvollaşdı.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- Bütün bu faktlardan sonra yekunlaşdıraq.
1. 9 noyabr 2020-ci il - Üçtərəfli bəyannamənin və ya Ermənistanın 1-ci KAPİTULYASİYA AKTININ imzalandığı gün...
2. 20 sentyabr 2023-cü il - Ermənistanın 2-ci KAPİTULYASİYA AKTININ imzalandığı gün...
Tariximizi dəqiq bilək və hörmət edək...
Tahir TAĞIYEV