Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Rusiya sülhməramlılarının olduğu avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Məlumata görə, Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rusiyalı hərbçilərinin olduğu avtomobil kiçik atıcı silahlardan atəşə tutulub.
"Atışma nəticəsində avtomobildə olan rusiyali hərbçilər həlak olub. Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün yerində işləyirlər”, - məlumatda qeyd edilib.
Rəsmi Moskva sülhməramlıların öldürülməsində erməniləri və Ermənistan hakimiyyətini günahlandırıb. Trend xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ölən sülhməramlılarla bağlı paylaşımında baş verənlərdə əsas günahkar kimi Ermənistan hakimiyyətini gördüyünü qeyd edib.
Tahir TAĞIYEV