Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirir - MÜSAHİBƏ

Image


Azərbaycan Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin tərkisilah edilməsi istiqamətində lokal xarakterli antiterror tədbirlərinə başladı və uğurla sona yetirdi. Görünən odur ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məsələsində çox ciddidir.

Yaranmış vəziyyətlə bağlı suallarımızı "Olaylar" qəzeti və "Olaylar" informasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz cavablandırıb.

-Yunus bəy, Azərbaycanın Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri keçirməsinə səbəb nə oldu?

-Ermənistanın himayə etdiyi Qarabağdakı terrorçu təşkilatlar Azərbaycan dövlətinə, Azərbaycan ordusuna heç bir şans buraxmadılar. Azərbaycan dövləti Qarabağda yaşayan erməniləri iki dəfə danışıqlara dəvət etsə də bundan imtina etdilər, ermənilərə göndərilən humanitar  yardımı qəbul etmədilər, ən nəhayət terror aktı törətməyi rəva bildirlər. Bu terror aktı nəticəsində 2 mülki vətəndaş və 4 polis əməkdaşı şəhid oldu. Qanunsuz seçki keçirdilər. Bu faktlar bir daha əminlik yaratdı ki, qanunsuz erməni silahlı dəstələrini yalnız antiterror tədbirləri ilə zərərsizləşdirmək olar. Əslində bu lokal xarakterli antiterror tədbirləri 9 noyabrda imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəasının həyata keçirilməsidir. Üç il idi ki, biz buna dözürdük. 30 il BMT, ATƏT-in Minsk qrupu bizi aldadaraq başımızın altına yastıq qoydu, indi də  3 ildir ki, eyni proses davam edir. Erməni tərəfi ən müxtəlif bəhanələrlə sülh müqaviləsi imzalamaqdan yayınır. Gah müəyyən şərt irəli sürürlər, gah statusdan danışırlar, gah da təhlükəsizlik məsələsini ortaya atırlar. Yəni, müxtəlif bəhanələrlə mövcud status kvonu hələ bir 30 il də uzatmaq istəyirdilər. Təbii ki, BMT-nin qərarlarını həyata keçirən bir ordu, Ali Baş Komandan üçtərəfli Bəyanatın da şərtlərini icra etməyə qadirdir.

-Azərbaycanı antiterror tədbirləri keçirməkdə qınayanlar da var.   

- Keçən il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Həmin bəyannamənin şərtlərindən biri də antiterror tədbirlərinin keçirilməsilə bağlıdır. Sənədin 18-ci maddəsində göstərilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Həmçinin 9 noyabr üçtərəfli Bəyanatın 4-cü bəndinə görə, bölgədə Rusiya sülhmərmalılarının yerləşdirilməsilə paralel olaraq erməni silahlı birləşməlri ərazini tərk etməlidirlər. Lakin 3 ildir ki, erməni silahlı birləşmələri ərazidən çıxarılmır. Əksinə, getdikcə xarici ölkələrin dəstəyi ilə həmin silahlı birləşmələr və separatçı rejim daha da həyasızlaşır. Bunun da cavabı antiterror tədbiri olmalı idi. Hazırda Azərbaycan 9 noyabr Bəyanatının şərtlərini yerinə yetirir. Burada söhbət mülki vətəndaşlara qarşı tədbirlərdən getmir. Vaxtilə Nardaranda da antiterror tədbiri keçirilib. Deməli, Azərbaycanın istənilən ərazisində dövlətin təhlükəsizliyi üçün təhdid yarandıqda antiterror tədbiri keçirilə bilər. Hardaki, Azərbaycanın dövlət təhlükəsiziliyi üçün təminat yoxdur, haradaki ölkənin ərazi bütövlüyünün parçalanmasına təhdid var, orada belə tədbirlərin keçirilməsi normal haldır. Azərbaycan Prezidentinin ABŞ dövlət katibi Blinkenlə telefon danışığından da belə başa düşdük ki, erməni silahlı birləşmələri ağ bayraq qaldırırlar, silahları təhvil verirlər, bundan sonra antiterror tədbirləri dayanır. Ali Baş Komandan hətta Blinkenə bunu deyibsə, deməli, antiterror tədbiri axıra kimi gedəcək. Azərbaycan icazə  verə bilməz ki, öz ərazisində "boz zona" yaransın. Dünyada belə zonalar çoxdur ki, onu böyük dövlətlər, imperiyalar yaradırlar. Lazım olan vaxt o "boz zona"ları işə salırlar. Biz o "boz zona"nı istəmirik. Odur ki, uğurlu antiterror tədbirləri aparılır.

-Makron Paşinyanın müraciəti əsasında söz verib ki, BMT-də bu məsələni qaldıracaq. Belə halda Azərbaycanı nə gözləyir?

- Makronun BMT-də məsələ qaldırması ilə Azərbaycanı heç nə gözləmir. BMT-nin iclası 22 sentyabrda bizim vaxtla gecə yarısı olacaq. Biz isə məqsədimizə çataraq o vaxta qədər antiterror tədbirlərini başa çatdıracağıq. 44 günə İkinci Qarabağ müharibəsini qurtardıq, çox güman ki, 44 saata da bunu bitirəcəyik. Azərbaycanı ona görə heç nə gözləmir ki, faktlar ortalıqdadır. Qarabağda silahlı birləşmələr var, Azərbaycan ərazisinə qanunsuz silahlar daşınır, terror aktları törədlilir və sair. Bunlar Azərbaycan dövlətinə, ərazi bütövlüyü və suverenliyinə qəsddir. Makron ermənilərə yaxşı görünmək üçün bu addımları atır. Əvvəl "humanitar fəlakət" məsələsini ortalığa atmışdı, indi də çox güman ki, "etnik təmizləmə" məsələsini qabardacaq. Əslində isə bunlar hamısı məqsədli şəkildə edilir. Lakin bunun Azərbaycana heç bir təsiri ola bilməz. Ən yaxşı halda bir bəyanat veriləcək ki, atəşkəs təmin olunsun, dialoqa başlansın. Biz isə bu dialoqu dəfələrlə erməni tərəfinə təklif etmişik. Hətta Azərbaycan ərazisindəki silahlı birləşmə üzvləri üçün amnistiya da elan olunub. Sözsüz ki, bu amnistiya separatizmi qızışdıranlara, dövlətə qarşı cinayət törədənlərə şamil edilməyəcək. Elə onları qorxudan da budur. Separatçıların içərisində ən hiyləgəri Arayik çıxdı. Pullarını yığdı, istefa verdi, bəlkə də heç Xankəndində də yoxdur. Rusiya sülhməramlılarının xətti ilə oranı tərk edib. Çünki o bildi ki, artıq antiterror tədbirləri labüddür. Vardanyan isə çıxa bilməyib, ilişib orada qalıb. Ona da cinayət işi açılıb ki, sən Qarabağ, Ermənistan vətəndaşı da deyilsən, Rusiya vətəndaşı olaraq bu ərazidə nə edirsən?

-Qarabağın erməni əsilli vətəndaşları ilə reinteqrasiya məsələsində razılığa gəlinməsini mümkün hesab edirsinizmi?

-Əslində, ermənilərin qanında bizə qarşı nifrət hissi var. Elə bu səbəbdən də hansı ərazi boşalırsa, orada evləri yandıraraq tərk edirlər. Şuşaya mina atırlar, tarixi abidələri dağıdırlar, flora və faunanı məhv edirlər. Bunlarla razılığa gəlmək  mümkün deyil. Odur ki, Azərbaycan tərəfi bəyan edir ki, kim bizim qanunları qəbul edib yaşamaq istəyirsə buyursun. Yəqin ki, sadə, kasıb ermənilər, əli qana batmayan, azərbaycanlılara qarşı cinayətdə iştirak etməyən şəxslər qalacaq. Əksəriyyət isə çıxıb gedəcək. Artıq bunun üçün müvafiq dəhliz də açılıb. Burada heç bir halda etnik təmizləmədən söhbət gedə bilməz. Çünki etnik təmizləmə insanları öldürmək deməkdir, onların çıxışı üçün dəhliz açmaq yox. Bakıda 30 min erməni ailəsi yaşayır, etnik təmizləmə siyasəti aparsaydıq, elə bunları Bakıdan çıxarardıq da. Onlar bilmirlər  nə desinlər.

-Antiterror tədbirlərinin nəticəsi olaraq sülh müqaviləsinin bağlanması gözlənilir?    

- Antiterror tədbirləri bitsin, Xankəndində Azərbaycan bayrağı dalğalansın, Paşinyan da etiraz aksiyalarından canını qurtara bilsə, dərhal sülh müqaviləsi imzalanacaq. Paşinyan da gözəl başa düşür ki, Ermənistanın inkişafı Qarabağın buxovundan azad olmasından keçir. Amma radikallar, revanşistlər bunu başa düşmək istəmirlər. Çünki mövcud vəziyyətdən pul qazanırlar. Burada Rusiya, Fransa, Avropa, Amerika marağı var. Məlumdur ki, Rusiya Paşinyanı cəzalandırmaq istəyir. Mən elə belə demədim ki, "Paşinyan bu vəziyyətdən salamat çıxsa". Medvedevin sözünü xatırlayaq. Deyirdi ki, Paşinyanın arvadı gedib Ukraynada peçenye paylayır. Bunlar təsadüfi deyilmiş sözlər deyil. Paşinyanın bu kimi addımları, Amerikanın Ermənistanda hərbi təlim keçirməsi Rusiyaya od vurub. Ermənistanın hər şeyi Rusiyanın əlindədirsə, ondan necə imtina etmək olar? Amma mer seçkilərində Paşinyanın partiyasının 32 faiz səs toplaması deməyə əsas verir ki, hələ də ölkədə onun dayaqları var. Ona görə deyirəm ki, Paşinyan bu vəziyyətdən salamat çıxsa, yaxın müddətdə sülh müqaviləsi imzalayacağıq.

Artıq məğlubiyyətin əsaslarını görən, heç bir yerdən siyasi və hərbi dəstək, o cümlədən silah-sursat ala bilməyən qeyri-qanuni hərbi birləşmələr ağ bayraq qaldırdılar. Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə razı oldular. Sabah da Yevlax rayonunda görüş keçiriləcək. Azərbaycanın bütün şərtləri  həyata keçəcək. Sadəcə silahların təhvil verilməsi, qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisini tərk etməsi üçün vaxt tələb olunur. Çox güman ki, bunun üçün də razılaşdırılmış qrafik müəyyən ediləcək.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ