Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir. Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
“Həmçinin Azərbaycan ərazisində Ermənistanın hərbi qüvvələri qalmamalıdır. Antiterror tədbirləri onu göstərdi ki, Ermənistanın hərbi qüvvələri Azərbaycan ərazisində qalmaqda idi. Bütün bunların pis nəticəsidir ki, Şuşa şəhəri dünən ağır artilleriya ilə bombalanıb və bir nəfər mülki vətəndaş həlak olub”,- deyə H.Hacıyev bildirib.
PA rəsmisi bildirib ki, Ermənistanda baş verən son proseslər bu ölkənin Suriyaya bənzədiyini deməyə əsas verir.
"Ermənistanın davranışları regionumuz üçün faydalı deyil. Təəssüflər olsun tərəflər də vardır ki, onlar özlərinin malik olduqları problemləri regionumuza ixrac etmək istəyirlər. Cənubi Qafqaz regionunun bu məsələlərə ehtiyacı yoxdur. Azərbaycan 3+3 platformasının tərəfdarı və təşəbbüskarıdır",- deyə H.Hacıyev əlavə edib.