Rusiya prezidenti Vladimir Putin yaxın zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla danışa bilər.
Trend xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
"Putinlə baş nazir Paşinyanın telefon danışığının vaxtının razılaşdırılmasını gözləyirik. Danışıq baş tutan kimi məlumat verəcəyik. İşgüzar səviyyədə təmaslar davam edir", - deyə Kremldən bildiriblər.
Onların Qarabağdakı mövcud vəziyyəti müzakirə edəcəyi gözlənilir.