Ermənistan silahlı qüvvələrinin 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb. Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov brifinqdə deyib.
O qeyd edib ki, qarşı tərəfin 7 ədəd hərbi nəqliyyat vasitəsi, 1 ədəd tankı, 4 ədəd minaatanı, 2 ədəd piyada döyüş maşını qənimət olaraq götürülüb.