Qarabağdakı antiterror tədbirləri çox qısa zamanda bitəcək. Xankəndi nəzarətə götürüləcək və 9 noyabr bəyanatından daha mükəmməl yeni sənəd imzalanacaq...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ermənistanda daxili vəziyyət kəskinləşəcək... Rusiya və Qərbin arasında kəskin ritorika başlayacaq... Ermənistanda sonu hələ bəlli olmayan siyasi hakimiyyət dəyişikliyi uğrunda mübarizə başlayacaq... Ermənistanda hakimiyyətin dəyişməsi hələlik zaman məsələsi olacaq...
Tahir TAĞIYEV