Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir.
Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov brifinqdə deyib.
"Eyni zamanda,Qarabağ bölgəsindəki mülki şəxsləri məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə və mövqelər qurmağa cəhd göstərirlər", - deyə A.Eyvazov əlavə edib.