
Güney Azərbaycanın siyasi təşkilarları , Azərbaycan Ordusunun Qarabağda lokal xarakterli antiterror tədbirlərinə dəstək bəyanatı yayıb.
Bəyanatda deyilir:
"Artıq üç ildir ki vətənimizin cənnət məkanı və ayrılmaz hissəsi olan Qarabağımız, erməni terrorçuları və onları himayə edən düşmənlərimizin işğalı və sömürgəsindən, Dövlətimizin uğurlu siyasəti və ordumuzun rəşadəti nəticəsində azad edilmişdir. Ancaq buna baxmayaraq işğalçı ermənilər və onların dəstəkçiləri öz terrorçu xislətlərindən əl çəkmədilər, terror və təxribatlarına davam etdilər.
Azərbaycan dövlətinin beynəlxalq normalara və insan haqlarına uyğun olaraq bu üç il ərzində Xankəndi ərazisində yaşayan ermənilərə humanist və humanitar davranışlarına baxmayaraq təssüf ki terrorçular çirkin əməllərindən əl çəkmədilər.
Bu gün Azərbaycan öz torpaqlarında və ərazisində barınan terrorçuları təmizləmək üçün antiterror əməliyyatına başlamışdır.
Biz, Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan 4 təşkilat olaraq bəyan edirik ki hər an dövlətimiz və vətənimiz bu haqlı davasında, ordumuzun yanındayıq və dövlət başçımız sayın İlham Əliyevin uğurlu siyasətini tam dəstəkləyirik.
Son olaraq Tehrandaki anti-Azərbaycan qüvvələrə xəbərdarlıq edirik ki Quzey Azərbaycan əleyhinə hansısa əməllə girişmək 35 milyon Güney Azərbaycan və İran Türkünün qırmızı xəttidir və mütləq qarşılığını alacaqdır".
Bəyanatı Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş", Azərbaycan Öyrənci Hərəkatı (AZOH) və Güney Azərbaycan Demokrat Partiyası (GADP) imzalayıb.
TAHİR