
“Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı deyib.
"Azərbaycan və Ermənistan arasında görüşməni əvvəldən dəstəklədik. Ancaq Ermənistanın bu fürsəti yetəri qədər dəyərləndirə bilmədiyini görürük. Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaq üzrə verdiyi sözlərə riayət etməsini gözləyirik.
Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa statusun verilməsi heç vaxt qəbul edilməyəcək.
Bir millət iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması istiqamətində atdığı addımları dəstəkləyirik", - deyə Ərdoğan əlavə edib.
Tahir TAĞIYEV