şənbə günü, 05 sentyabr 2026
     

Qarabağda lokal antiterror tədbirləri başladı - separatçı "liderlər" xəstəxanalarda gizləndilər...

Image


Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər aparılan müşahidələrlə təsbit edilib.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

Müdafiə Nazirliyindən bildirilib ki, tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.

Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alınaraq, ərazidə olan mülki əhali hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırılıb. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.

Antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir.

“Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır", - deyə məlumatda qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaydığı açıqlamada isə deyilir:

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır.

Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək".

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə xəsarətindən ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.

Hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri davam edirilir.

Baş verənlərlə bağlı Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Bəyanatda bildirilir ki, erməni silahlı qüvvələrinin təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan ordusunun bölmələri tərəfindən təsbit edilib.

Görülən antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur.

“Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır", - məlumatda deyilir.

Sentyabrın 19-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün də brifinq keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb.

Bu arada, sosial şəbəkədəki erməni mənbələr məlumat yayıblar ki, separatçıların "başçıları" Xankəndidə yerləşən xəstəxanalardan birində gizləniblər. Onlar bununla Azərbaycan ordusunun zərbələrindən gizlənməyə çalışırlar, çünki yaxşı bilirlər ki, Azərbaycan ordusu mülki obyektləri hədəf almır.

Separatçıların dırnaqarası "qərargah"ının fəaliyyəti gizli saxlanılır, çünki taleyin ümidinə buraxdıqları yerli əhalinin bunu başa düşməsindən qorxurlar.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov media nümayəndələri üçün keçirilən brifinqdə çıxış edərək bildirib: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.

Tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.

Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır. Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir.

Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.

Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb.

Bir daha bildiririk ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.

Qeyd etdiyim faktlarla bağlı ictimaiyyətə mütəmadi olaraq videomateriallar təqdim edilib və bundan sonra da təqdim ediləcəkdir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq. Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır".

Brifinq zamanı media nümayəndələrinə videomaterial da təqdim edilib.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

05.09.2026 / 18:50
Serbiyanın hakim partiyası Vuçiçi rəsmən baş nazir vəzifəsinə namizəd göstərdi....

05.09.2026 / 18:12
ABŞ İranın üç neft tankerini vurdu və Tehrana xəbərdarlıq etdi – birini vursanız üçünü vuracağıq…

05.09.2026 / 16:38
Putin Trampın elçilərini Kremldə qəbul edəcək…

05.09.2026 / 16:21
Putin Zelenskinin təklifini qəbul etdi - Kiyevə hücumlar üç gün təxirə salındı…

05.09.2026 / 15:45
50 yüksək rütbəli hərbçi yalan detektorundan keçirildi, nazirin istefası tələb olundu - İrana hücumla bağlı məxfi məlumatların sızdırılması ABŞ-ı qarışdırdı…

05.09.2026 / 15:07
Rusiya Ukraynanın atəşkəs təklifinə cavab vermir - təklif Putinə çatdırılıb, ancaq…

05.09.2026 / 14:24
Rusiyada vəzifəlilərin şübhəli ölümlərinə daha biri əlavə olundu – istefa verdi, qısa müddət sonra 9-cu mərtəbədən yıxıldı…

05.09.2026 / 13:55
Avrokomissar hərbi caninin qəhrəmanlaşdırılmasına görə Serbiyaya səfərini ləğv etdi…

05.09.2026 / 13:26
Rusiya səfiri Kiyevdə SBU binasına hücuma görə Slovakiya XİN-ə çağırıldı…

05.09.2026 / 13:09
Trampın sülh elçilərini daşıyan təyyarə Moskvaya endi…

05.09.2026 / 12:53
AB Xark adası sahillərində İran tankerini vurdu…

05.09.2026 / 12:37
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

05.09.2026 / 12:19
Armen Qriqoryan 2018-ci ilin "məxməri inqilabı"ndan kitab yazdı - Suallardan isə yayındı...

05.09.2026 / 12:14
Azərbaycan LLDCs-nin vitse-sədri seçildi...

05.09.2026 / 11:50
Bir gündə axtarışda olan 149 nəfər saxlandı...

05.09.2026 / 11:40
Bakıda daha bir BMT tədbiri keçiriləcək - Dördüncü İqlim Həftəsi

05.09.2026 / 11:22
ABŞ Ermənistana Azərbaycanla razılaşmaya görə 5 milyardlıq layihə verib...Hikmət Hacıyevdən maraqlı sitat...

05.09.2026 / 11:08
Erməni hüquq müdafiəçisi Azərbaycana böhtan atdı - Ombudsmandan da tutarlı cavab aldı...

05.09.2026 / 10:32
"Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir" - DYP vətəndaşlara çağırış etdi...

05.09.2026 / 09:30
Nigerdə avqust üsyanının arxasından Makron çıxdı - "şəbəkəyə o rəhbərlik edib"...

05.09.2026 / 00:49
Davudoğluna bu çıxışına görə cinayət işi açıldığı deyilir...

04.09.2026 / 22:43
ABŞ öz günahını Ukraynanın üzərinə yükləməyə çalışır - qlobal enerji qiymətlərinin artmasında Kiyev günahkardır…

04.09.2026 / 22:26
Ukrayna Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qalacaq - "Patriot" böhranı dərinləşir…

04.09.2026 / 22:16
Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası

04.09.2026 / 22:09
Deputat nazir parlamentdə çıxış edərkən it kimi hürməyə başladı...

04.09.2026 / 21:51
Almaniya-Rusiya münasibətləri 1-2-ci dünya savaşları ərəfəsindəki həddə qayıdır...

04.09.2026 / 21:33
Paşinyan özü üçün “ən real variantı” seçdi - Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...

04.09.2026 / 21:15
Lavrovun “uzaqgörənliyi” - Ermənistanın Avropaya həvəsi çox tez sönəcək...

04.09.2026 / 20:57
Azərbaycana Ermənistandan ilk mal ixracı başladı - Ticarət hansı valyuta ilə aparılacaq...

04.09.2026 / 20:42
Əliyevdən ATƏT-ə “30 illik səhvinizdən heç olmasa bundan sonra nəticə çıxarın” mesajı...

04.09.2026 / 20:29
Tibbdə maaş islahatının hədəflərindən biri - Təcili yardım sürətlə dəyişəcək...

04.09.2026 / 20:15
İran 56 gəminin Hörmüz boğazından keçidinə qadağa qoydu...

04.09.2026 / 20:02
Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

04.09.2026 / 19:59
Zaxarova Paşinyana - "Sən kişisən, yoxsa qadın?"...

04.09.2026 / 19:50
Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...

04.09.2026 / 19:21
Məhkum ermənilərlə bağlı Paşinyanın “Əliyevlə müzakirə etdik” bəyanatında ciddi qüsur var...

04.09.2026 / 19:07
Prezident və Birinci xanımın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü - FOTO

04.09.2026 / 19:03
Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahını vurdu –birbaşa SBU rəhbərinin otağı hədəf alındı...

04.09.2026 / 18:51
ABŞ Ermənistanla İran sərhədində qoşun yerləşdirmək niyyətindədir – iddia

04.09.2026 / 18:38
Trampın xüsusi nümayəndəsi Kiyevə getməkdən qorxur...

04.09.2026 / 18:27
Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir... ABŞ 2022-də "qara siyahı”ya salıb...

04.09.2026 / 18:25
Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdlrılmasına” başlanılır... Bu nədir?

04.09.2026 / 18:20
Çin Yaxın Şərqdə ABŞ-a meydan oxuyur - Pekin mühüm gedişlərə başladı...

04.09.2026 / 18:03
Gümrüdəki 102-ci bazanın məsələsini Paşinyandan qabaq Putin özü qaldırdı - şübhəlidir...

04.09.2026 / 17:51
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

04.09.2026 / 17:45
Tramp Rusiyanı səssiz şəkildə beynəlxalq təcriddən qurtarır - G20 dəvəti təsadüf deyil...

04.09.2026 / 17:44
Meloni hökuməti rekord qırdı - ən uzunömürlü hakimiyyət

04.09.2026 / 16:39
Seuta anklavına miqrant axınında İsrail barmağı - İspaniya hökuməti ifşaedici hesabat açıqlayacaq...

04.09.2026 / 15:52
Rusiya TRİPP-lə bağlı əndişəsini gizlətmir - bu dəfə Şevtsov dilləndi

04.09.2026 / 15:35
Ceyhun Bayramov İsveç səfiri ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə etdi

04.09.2026 / 15:12
ABŞ-İran savaşının qızışması neft qiymətlərini yenidən kəllə-çarxa çıxarır

04.09.2026 / 15:10
Prezident İsveçrə və Niderlanda yeni səfirlər təyin etdi

04.09.2026 / 14:57
Minatənizləmə üzrə beynəlxalq Bakı konfransının yekun sənədində mühüm maddə...

04.09.2026 / 14:33
Azərbaycanlı professor “The Guardian”ı fakt qarşısında qoydu - Qarabağla bağlı təhriflərə etiraz olundu

04.09.2026 / 14:23
Külli miqdarda qızılı Türkiyəyə keçirmək istəyən qrup üzvlərinə hökm oxundu - Naxçıvanda

04.09.2026 / 14:16
"Brutto müqavilə" modeli AYNA-nı saysız ictimai qınaqlardan necə qurtara bilər...

04.09.2026 / 13:50
Almaniya Ukrayna üçün hücum dronlarının kütləvi istehsalına başladı - beş min…

04.09.2026 / 13:36
Azərbaycan-ŞƏT əməkdaşlığının geosiyasi əsasları

04.09.2026 / 13:21
Ukrayna Soçidə "Rosneft"ə məxsus neft anbarını və HHM batalyonunu bombaladı...

04.09.2026 / 13:08
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana benzin idxal edib

04.09.2026 / 12:57
Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesini üçüncü dəfə blokladı

04.09.2026 / 12:45
Axtarışda olan 2 nəfər Rusiyada saxlanaraq Azərbaycana gətirildi

04.09.2026 / 12:33
Polşa minə yaxın rus diplomatın Avropadan qovulmasını təklif etdi...

04.09.2026 / 12:17
Oman İranla Hörmüz razılaşmasından imtina etdi…

04.09.2026 / 12:05
İngiltərənin 1918-ci il Azərbaycan siyasəti və Bakı uğrunda döyüşlər

04.09.2026 / 11:42
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşdı

04.09.2026 / 11:25
Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin üstü açıldı...

04.09.2026 / 11:08
Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlandı

04.09.2026 / 10:41
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yaydı

04.09.2026 / 10:12
S&P: "Comstock"un SOCAR-la sövdələşməsi şirkətin kredit göstəricilərini yaxşılaşdıracaq"

04.09.2026 / 09:53
İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda yaxalandı

04.09.2026 / 09:16
Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik etdi

04.09.2026 / 08:41
Mer ağcaqanadların məsuliyyətə cəlb olunması üçün əmr imzaladı...

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ