Bazar ertəsi günü, 09 noyabr 2026
     

Dünya Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadəni dəstəklədi - ermənilər yenə tupikdə...

Image


Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə olunması dünya miqyasında alqışlanır. Buna qədər əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.

Amma bu günlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə müraciət edərək, qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə məlumat verib. Beləliklə, Azərbaycan tərəfinin təklif etdiyi kimi, ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə təşkil olunub.

Qeyd edildiyi kimi, dünya miqyasında buna reaksiya müsbətdir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu xüsusda bildirib ki, Moskva Qarabağa humanitar yüklərin çatdırılmasının davam etdirilməsinə ümid edir. Onun sözlərinə görə, Qarabağda humanitar vəziyyətin tədricən yaxşılaşdırılması Bakı ilə Xankəndi arasında dialoqun başlanmasına və üçtərəfli sazişlərin həyata keçirilməsi üzrə işlərin bərpasına şərait yaradacaq. Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıdır: “Moskva hesab edir ki, Qarabağa humanitar yardımların daşınması üçün Laçın və Ağdam marşrutlarının paralel olaraq açılması Bakı və Qarabağın erməniəsilli sakinləri ilə dialoqun başlanmasına, habelə üçtərəfli razılaşmaların bütün kompleksinin həyata keçirilməsi üzrə ritmik işin bərpasına şərait yaradacaq. Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və Rusiya Xarici İşlər Nazirliyinin  iştirakı ilə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin səyləri sayəsində Laçın və Ağdam marşrutları üzrə regiona ərzaq və dərman preparatları çatdırılıb. Dinc əhalinin maraqlarına uyğun olaraq, humanitar yüklərin maneəsiz və müntəzəm tədarükünün davam etməsini gözləyirik”. Onun sözlərinə görə, Moskva hesab edir ki, Qarabağda humanitar vəziyyətin yaxşılaşması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair 2020-2022-ci illərdə liderlər tərəfindən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmaların bütün kompleksinin həyata keçirilməsi üzrə işlərin yenidən başlanmasına şərait yaradacaq. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də məsələ ilə bağlı “X” platformasında paylaşım edib: “Laçın və Ağdam yollarından Xankəndiyə yüklərin eyni vaxtda keçməsini alqışlayırıq. Artıq bu proses qaydaya salınmalıdır. Həmçinin, Bakı və Qarabağın erməni sakinləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq da vacibdir. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır”. ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, Amerika Birləşmiş Ştatları həm Laçın, həm də Ağdam yolu ilə Qarabağa yüklərin daşınmasını alqışlayır: "Biz yardım axınını artırmaq üçün birbaşa danışıqları təşviq edirik".

Dünya miqyasında belə reaksiyalara baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim yenidən prosesə əngəl olmağa çalışır. Qarabağ separatçılarından biri olan Artak Beqlaryan Ağdam-Xankəndi yolundan istifadənin təhlükəli olduğunu iddia edir. Onun sözlərinə görə, Bakı tədricən Laçın yolu məsələsini gündəmdən çıxarmağa çalışacaq, dünyaya Azərbaycandan humanitar yardımın çatdırılmasının mümkün olduğunu nümayiş etdirəcək: “O zaman desək ki, buradan təkcə humanitar yardım deyil, həm də kommersiya ləvazimatları gələ bilər, onda deyə biləcəklər ki, ticarət manatla aparılmalıdır və sair.  Belə dolayı və birbaşa nəticələr var ki, biz buna qarşıyıq”. Ermənistanın “Qraparak” nəşri yazır ki, “Qarabağ hakimiyyəti” Ağdam və Laçın vasitəsilə eyni vaxtda yüklərin qəbuluna razılıq versə də,  bu qərar asanlıqla qəbul edilməyib: “Ruslar “Qarabağ hakimiyyəti”ni ümidləndiriblər ki, 10 noyabr sənədinin işləməsi və Laçın yolunun açılması üçün hər şey edəcəklər. Lakin onlar həftə sonu gücsüz olduqlarını deyərək geri çəkiliblər və bildiriblər ki, ya yükləri qəbul etmək lazımdır, ya da böhran dərinləşəcək. Lakin Laçın yolunun bağlanması təkcə “çörək problemi” deyil, həm də “təhlükəsizlik problemi” yaratdığından, Ağdam yolunu açmaqla reinteqrasiyaya yol açdıqlarını anlayaraq, təklifi qəbul etmək qərarına gəliblər. Ağdam vasitəsilə Qarabağa yalnız gigiyena vasitələri, yaxın günlərdə isə Laçından ancaq un daxil olacaq. Xankəndiyə artıq bir yük maşını daxil olub. Ağdam vasitəsilə Qarabağa daxil olan Rusiya Qırmızı Xaç Cəmiyyətinin maşınlarında sırf Rusiya istehsalı məhsulların olması ilə bağlı ilkin razılaşmaya baxmayaraq, məlum olur ki, Türkiyə istehsalı olan uşaq bezləri də olub. Qarabağ sakinləri bu barədə həyəcan təbili çalıblar, türk məhsullarının açıq şəkildə yandırılmasını tələb ediblər. “Hökumət” Ağdamdan gələn malların yalnız ekspertizadan sonra paylanacağını açıqlayıb”. Belə hallar Qarabağda heç bir humanitar problem olmadığını nümayiş etdirir. Eyni zamanda Azərbaycanın artıq belə siyasi oyunlara qarşı daha sərt addımlar atmasını labüdləşdirir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ