02/10/2023 02:36
728 x 90

Bütün Azərbaycan lokal antiterror tədbirlərini alqışladı...

Ramil Hüseynov: “Lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi labüd idi”

img

Məlum olduğu kimi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşıyır.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

  • “Hesab edirəm ki, bununla bağlı konkret addımların atılması doğrudur”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov lokal xarakterli antiterror tədbirlərini dəstəklədiyini bildirdi: “Hesab edirəm ki, bununla bağlı konkret addımların atılması doğrudur. Ötən dövrdə Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə əməl etsə də, Ermənistan əməl etmir. Qanunsuz erməni silahlı birləşmələrin Qarabağdan çıxmasını təmin etmir. Həmin quldurlar Azərbaycana qarşı təxribatlar törədir, ərazilərimizi minalayır. Ona görə də Qarabağda qanunsuz erməni hərbi birləşmələrinə qarşı lokal xaralkterli antiterror tədbirlərinin görülməsi zəruri idi. Çünki təxribatlar artırdı. Mövqelərimiz atəşə tutulurdu, diversiya qrupları ərazilərimizi minalayırdılar. Xocavənddə baş verən hadisə bir daha göstərdi ki, qarşı tərəfə sonsuza qədər güzəştə getmək olmaz. Ermənistan Azərbaycan üçün başqa seçim qoymadı. Azərbaycan qədər heç bir dövlət təxribatlara bu qədər səbr və dözüm nümayiş etdirməzdi. Ona görə də lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi labüd idi”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər