02/10/2023 02:24
728 x 90

Erməni prezidenti sərhədlərdə hərbi eskalasiyanın əsl mənbəyini belə saxtalaşdırdı...

Elşad Musayev: “Ermənistan prezidenti diqqəti başqa istiqamətə yönəltməklə çaşqınlıq yaratmağa çalışır”

img

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bəyan edib ki, guya Azərbaycan sərhəddə qoşun toplayıb onlara nəyisə sübut etmək istəyir:

“Hazırda çox mürəkkəb danışıqlar prosesi gedir və vəziyyət çox çətindir. Bizim istəyimiz Azərbaycanla mümkün qədər tez bir zamanda sülh sazişinin imzalanmasıdır. Saziş sərhədlərdə Azərbaycanın qoşunlarının toplanması ilə bağlı bir daha qeyri-müəyyən vəziyyətə düşməmək üçün lazımdır. Sazişin imzalanması bizə sərhədlərin toxunulmazlığı və suverenliklə bağlı heç bir problem yaşamayacağımız atmosferə malik olmağa imkan verəcək. Azərbaycan sərhəddə qoşun cəmləşdirməklə və hücumlar həyata keçirməklə bizə nəyisə sırımağa çalışır”.

Görünən odur ki, erməni prezidenti sərhədlərdə hərbi eskalasiyanın əsl mənbəyini saxtalaşdırmaqla diqqəti yayındırmaq istəyir. Maraqlıdır, bunda onların məqsədi nədir?

  • “Ermənilərin 10 minlik qanunsuz hərbi birləşməsinin Qarabağda nə işi var?”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, erməni tərəfi hər zaman olduğu kimi fitnəkarlıqla məşğuldur: “Ermənilər uzun illərdir Azərbaycan ərazilərini işğal ediblər və bu niyyətlərindən hələ də əl çəkmirlər. Ancaq bnunla yanaşı təxribatlardan, yalançı informasiyalardan da əl çəkmirlər. Eyni zamanda, böyük güclər, beynəlxalq aləm, xriatian dünyası ikili standartlardan yanaşır hadisələrə. Yeri gəldi-gəlmədi Ermənistan rəhbərliyinin fikirlərini dəstəkləyirlər. Buna ciddi bir mənbə kimi yanaşırlar. Bir dəfə olsun açıq şəkildə erməni tərəfini qınamırlar, öhdəliklərinə əməl etmələrini tələb etmirlər. O cümlədən, erməni tərəfinə yönəlik ciddi bir sanksiyanın tətbiq olunması tələbi ilə çıxış etmirlər. Ona görə də Ermənistan prezidenti Vaaqn Xaçaturyanın dediyi saxta məlumatları xarici KİV-lər tirajlamaqla məşğuldur. Halbuki, vəziyyəti qızışdıran Ermənistandır. Digər tərəfdən, Azərbaycan öz sərhədləri daxilində istənilən istiqamətdə yerdəyişmələr edə bilər. Ermənistan prezidenti diqqəti başqa istiqamətə yönəltməklə çaşqınlıq yaratmağa çalışır. Guya Azərbaycan Ermənistana hücum etməyə çalışır və bu məqsədlə sərhəddə ordu cəmləyir. Halbuki, bütün bu deyilənlər böhtandır. Azərbaycanın məqsədi öz suveren ərazisinə nəzarəti bərpa etməkdir. Ermənilərin 10 minlik qanunsuz hərbi birləşmənin Qarabağda nə işi var? Qoy Ermənistan prezidenti buna cavab versin və onlara züy tutanlar da bunu açıqlasınlar. Azərbaycan indiki halda bütün beynəlxalq hüquq normalarına, öz qanunlarına uyğun hərəkət edir. Qanunsuz hərbi birləşmələr və Azərbaycanın daxili işinə müdaxilə edənlər hamısı sərt şəkildə cəzalandırılacaq. Kimsə yaxasını kənara çəkə bilməyəcək”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər