02/10/2023 02:15
728 x 90

"Əsas hərbi hədəflər neytrallaşdırılıb" - Hikmət Hacıyev

img

Antiterror tədbirlərinin əsas hədəfləri başa çatmaq üzərədir. Qarşımıza qoyduğumuz əsas hərbi hədəflər neytrallaşdırılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT Haber"-ə açıqlamasında bildirib.

"Hər hansı bir təmas üçün Qarabağdakı qanunsuz rejim özünü buraxmalı və tərkisilah olmalıdır", - deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Peşə etikası

Son xəbərlər