02/10/2023 02:41
728 x 90

"Antiterror tədbirlərinin məqsədi qanunsuz erməni silahlı birləşmələrini zərərsizləşdirməkdir" - Hikmət Hacıyev

img

Bölgədə aparılan antiterror tədbirləri lokal xarakter daşıyır. Məqsəd qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT Haber"-ə açıqlamasında bildirib.

"Azərbaycan heç bir zaman Qarabağda yaşayan mülki əhaliyə qarşı bir hərəkət etmir. Onları bu qanunsuz xuntandan xilas etmək məqsədini qarşımıza qoymuşuq", - deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Peşə etikası

Son xəbərlər