02/10/2023 03:04
728 x 90

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

img

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Cənab Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib", - deyə məlumatda qeyd olunub.

Peşə etikası

Son xəbərlər