Blinkendən Laçın və Ağdam yolları ilə bağlı açıqlama...

ABŞ bu gün həm Laçın, həm də Ağdam yolları ilə Qarabağa mühüm humanitar yüklərin daşınmasını alqışlayır.
Bu barədə ABŞ-ın Dövlət katibi Antoni Blinken özünün X sosial şəbəkə hesabında bildirib.
"Biz yardım axınını artırmaq üçün birbaşa danışıqları təşviq edirik", - deyə o bildirib.