
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Xankəndidəki ermənilərə humanitar yardımla bağlı şərhində olduqca təzadlı fikirlər səsləndirib. Əsasən də bir məsələdə. Biz görmüşdük ki, daima mənfur erməni cəmiyyəti Azərbaycana aid olan tarix və mədəniyyətdən tutmuş dolma və kababa qədər hər şeyimizi oğurlayıb öz adlarına çıxırlar. Heç zaman dövlət ola bilməyən bu gəlmə toplum Azərbaycana aid olan hər şeyi oğurlamaqla saxta xalq olaraq ortaya çıxıblar.
Bunlarınkı belədir, bizim olan hər şeyi oğurlamaq, yalançı "tarix" düzəldib öz adlarına çıxmaq. Amma bu dəfə Rusiya XİN rəsmisi M.Zaxarova ermənilərdən də bir qədər irəli gedib bizə aid olan ideyanı öz müdiri Sergey lavrovun adına çıxıb. Görün xanım Zaxarova nə deyir: “Rusiya tərəfi humanitar yüklərin daşınması üçün Laçın və Ağdam marşrutlarının paralel olaraq açılması ilə bağlı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü əsasında Dağlıq Qarabağda çətin humanitar vəziyyətin həllinə yardım etməkdə davam edir.” Bu xanım sonra da deyir ki, “biz Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq”. Hansı sülh və sabitliyi qorumaqda maraqlısınız? Azərbaycanın ideyasını S.Lavrovun adına çıxıb özünü ermənilərə “şirin göstərməkləmi”????
Mətləb Salahov