Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiya Paşinyanı devirə bilmir, ABŞ isə onu qorumaq planlarını açıq ortaya qoydu…

Image


Ermənistanın Qərb və Rusiya arasında yeni geosiyasi çəkişmə məkanına çevriləcəyi artıq qaçılmaz görünür. Çünki artıq həm Rusiya, həm də ABŞ Ermənistan kartından biri-birinə qarşı istifadə etməkdə israrlı olduqlarını açıq mətnlə bəyan edirlər. ABŞ Senatında Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı səsləndirilən fikirlərdən belə bəlli olur ki, Vaşinqton Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqda israrlıdır.

Dinləmələr zamanı senator Pat Rikettsmaraqlı açıqlamalr verərək bildirib: “SSRİ-nin dağılmasından sonra Ermənistan Rusiyanın təhlükəsizlik sahəsində mühüm tərəfdaşına çevrildi, burada Rusiyanın hərbi bazası yerləşir. Ermənistan KTMT-nin də üzvüdür və əsasən Rusiyanın Qarabağın təhlükəsizliyində oynadığı rola görə Rusiya ilə münasibətlərinə böyük önəm verir. Lakin Rusiyanın 2020-ci il münaqişəsinə qarışmaq istəmədiyini nəzərə alsaq, Ermənistanın Rusiya ilə uzunmüddətli tərəfdaşlığına şübhə etməyə başladığı və Qərbə meyil etdiyi görünür. Bu ayın əvvəlində Ermənistanın baş naziri bildirib ki, Rusiyaya olan ümidlər tam olaraq özünü doğrultmur. Məsələ ondadır ki, Rusiyanın öz ordusunu silahlandırmaq problemi var. Ermənistanın baş nazirinin sözlərinə görə, təhlükəsizlik məsələlərində bir tərəfdaşa güvənmək strateji səhvdir. Bundan sonra Ermənistan ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərdi. Bu həftə Ermənistanda erməni-amerikan hərbi təlimləri başlayıb. Bu, Kreml üçün açıq-aşkar və həyəcanverici dəyişiklikdir”. Bu fonda Pat Riketts ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimə maraqlı sual ünvanlayıb: “Ermənistanın son hərəkətləri Rusiyadan daimi dönüşüdürmü? Yoxsa Moskvanı Dağlıq Qarabağa daha çox qarışmağa sövq etməyə çalışır?”. Yuri Kim qeyd edib: “Biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olmaqla bağlı real qərar qəbul etsin. Biz vəziyyəti istədiyimiz nöqtəyə çatdırmağa çalışırıq. Və bu baxış bizim tərəfdaşımız olmaq üçün real qərardır. Ancaq buna nail olmaq üçün biz orada olmalıyıq. Ona görə də bizim Ermənistana dəstəyimiz və Ermənistanla tərəfdaşlığımız vacibdir. Amma Putin və Rusiya sübut etdi ki, onların iradəsinə tabe olmayan hər kəsə qarşı çox qisascıldırlar. Bəli, biz bu məsələdə çox ayıq-sayığıq. Biz hadisələri diqqətlə izləməli, Ermənistana həm onun inkişafı, həm də müdafiə və təhlükəsizlik sahəsində məqbul olan dəstəyi artırmalıyıq ki, Ermənistan istədiyi dönüşü etsin”. Dinləmələr zamanı  senator Ceyms Riç isə qeyd edib ki, Ermənistanın Rusiyadan ayrılmasının tezlşdirilməsi üçün Azərbaycanla sülh vacibdir: “ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin dinc şəkildə başa çatması üçün səylərini davam etdirir. Bizim üçün vacib olan bu bölgəyə sülh gətirməliyik və bölgəni Rusiyanın təsirindən çıxarmalıyıq. Bu, bizim üçün vacibdir. Əgər biz effektiv siyasət aparmasaq, Rusiyanın təsirinin bərpasının şahidi ola bilərik və hətta Çinin də öz rolunu artırması mümkündür. ABŞ və onun avropalı müttəfiqləri Qafqazın gələcəyində mühüm rol oynamalıdırlar”. Yuri Kim də qeyd edib ki, ABŞ administrasiyası Cənubi Qafqazda sülhün yaranacağına əmindir: “Hesab edirk ki, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunması regionla yanaşı, ABŞ-ın milli təhlülkəsizlik maraqlarına uyğundur. Dayanıqlı və ləyaqətli sülh enerji təhlükəsizliyinə və regional nəqliyyat əlaqələrinin inkişafına təkan verəcək. Bu regionda sülh üçün ciddi problemlərdən biri etibarın və etimadın olmamasıdır. Bu da on illiklərdir davam etmiş münaqişənin və qeyri-stabilliyin nəticəsidir. Biz bütün tərəfləri konstruktiv işləməyə təşviq etməli və həvəsləndirməliyik”. Yuri Kim bildirb ki, dayanıqlı sülhə nail olmaq üçün Rusiya, Çin və İran kimi aktorların regionda pisniyyətli təsirinə qarşı mübarizə aparmaq lazımdır. O xatırladıb ki, ABŞ dövlət katibi Blinkenin də iştirakı ilə Ermənistan və Azərbaycan XİN başçıları sülh danışıqları çərçivəsində bir neçə dəfə görüşüb.
ABŞ dipolmatı əlavə edib ki, bu görüşlər delimitasiya məsləsinin müzakirəsinə başlanılması kimi müəyyən nəticələr verib. Yuri Kim Ermənistanın Rusiyaya qarşı ABŞ-ın partnyoru olmaqla bağlı real qərar qəbul etməli olduğunu bildirib. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski isə qeyd edir ki, Yuri Kimin ABŞ Senatında Ermənistana təhlükəsizlik və ABŞ-la əməkdaşlıq sahəsində dəstək verməsi ilə bağlı bəyanatları Cənubi Qafqazda antirusiya tramplininin yaradılmasına yönəlib: “Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib ki, söhbət Ermənistanın Rusiya ilə deyil, ABŞ ilə tərəfdaşlığından getməlidir. İndi Vaşinqton İrəvana kömək etməyə hazırdır, açıq-aydın Rusiya əleyhinə tramplin olacaq yeni bir dövlət yaratmaq arzusundadır". O qeyd edib ki, Kiyevə də analoji yardım təklif olunub: "İndi Ukrayna öz suverenliyini, bir çox vətəndaşını itirərək ABŞ-ın marionetinə çevrilib". Rusiyalı politoloq Sergey Markov isə Ermənistan və Rusiya arasında yaranan son gərginliklə bağlı qeyd edir: “Təbii, Rusiya istərdi ki, Paşinyan başqası ilə əvəzlənsin. Amma yəqin ki, indi bunu etmək çox çətindir, çünki Ermənistanda alternativ, həqiqətən də populyar siyasi qüvvə yoxdur. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana bağlı qruplar isə göstərdilər ki, onların nəinki hansısa reytinqi yoxdu, həttə yüksək antireytinqi var. Bundan başqa, NATO ölkələrinin xüsusi xidmət orqanlarının Paşinyanı mühafizəsi, Qərb ölkələrindən aldığı kəşfiyyat məlumatları və digər mümkün yardımlar Ermənistanın daxili siyasi qüvvələrinin indiki baş naziri hakimiyyətdən uzaqlaşdırmasını mümkünsüz edir... Uzun müddət Rusiyada belə bir fikir var idi ki, Ermənistan qardaş xristian ölkəsidir və Rusiya onu qorumalıdır. İndi biz Ermənistan hakimiyyətinin sadəcə olaraq antirusiya bəyanatları və hərəkətləri dalğasını görəndə Rusiya ictimai rəyinin əksəriyyəti belə qənaətə gəlir ki, Ermənistan heç də qardaş ölkə deyil və Rusiyanın onun qarşısında heç bir öhdəliyi yoxdur. Bunlar, sadəcə, bir növ satqınlardır. Rusiya isə Ermənistana qarşı daha sərt davranmalıdır. İctimai rəydə belə dəyişikliklər Rusiyada mövcuddur. Amma onu da qeyd etmək lazımdır ki, Rusiyada çox güclü ermənipərəst lobbi var ki, onlar KİV-ə Ermənistanın antirusiya hərəkətləri barədə yazmağı qadağan etməyə çalışırlar. Görək, Ermənistandakı ABŞ hərbi təlimləri necə işıqlandırılacaq. Əlbəttə, Rusiya rəhbərliyi tərəddüd edir. Lakin KTMT-nin üzvü olan rəsmi İrəvanın Rusiyanın aşkar düşmənləri olan Amerika hərbçilərini Ermənistana dəvət etməsi yəqin ki, Rusiyanın Ermənistana münasibətində köklü dəyişikliyə səbəb ola biləcək qırmızı xətti keçmək deməkdir”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ