Türkiyə Xarici İşlər Nazirliyi Bakının işğaldan azad olunmasının 105 illiyi münasibətilə paylaşım edib.
Bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
“Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan qurtarılmasının 105-ci ildönümündə azərbaycanlı qardaşlarımızı təbrik edir, müstəqillik uğrunda can verən bütün şəhidlərimizi ehtiramla anırıq”, - paylaşımda bildirilib.