Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiyanın ardınca İran da Ermənistandan ciddi narazılıq etməyə başladı

Image


Məlum olduğu kimi sentyabrın 11-dən 20-dək Ermənistanda ABŞ-la “Eagle Partner 2023” birgə hərbi təlimləri keçirilir. Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığından bildirilib ki, təlimlər hər iki ölkəyə taktiki səviyyədə əlaqələr qurmağa və sülhməramlı əməliyyatlar üçün bölmələrin qarşılıqlı işləmə qabiliyyətini artırmağa imkan verəcək.

Təlimlərə Rusiya və İran tərəfindən sərt reaksiya verilib.

Ermənistanın “Qraparak” nəşri yazır ki, Rusiya və İranın İrəvanla  münasibətlərində müəyyən gərginlik müşahidə olunur: “Moskvanın şilləsindən sonra indi də İran Ermənistan hakimiyyətini danlayır və xəbərdarlıq edir. Paşinyanın hakimiyyətə gəlməsinə qədər İran və Rusiyanın Ermənistan hakimiyyəti ilə bu cür danışmasını xatırlamaq çətindir. Görünür, Qərb öz oyununu Ermənistana diktə edib. Dövlətimizi bütün mümkün sui-qəsd cəhdləri ilə parçalayıb”. Bu günlərdə isə İranın vitse-prezidenti Məhəmməd Cəmşidi İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri arasındakı telefon danışınığının detallarını açıqlayıb. O qeyd edib ki, Cənubi Qafqazda “3+3” formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir. M.Cəmşidinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir. Qeyd edək ki, İran Ermənistan tərəfinin son vaxtlar bölgədə müxtəlif narahatedici addımlarının fərqində olduğunu göstərir. İran isə region məsələlərinin məhz region ölkələri tərəfindən həll edilməsini istəyir. “3+3” formatı Azərbaycan tərəfindən irəli sürülən və Türkiyənin də dəstək verdiyi təşəbbüsdür. Ermənistan regionda açıq şəkildə Qərbin kəşfiyyat mərkəzinə çevrilir. İrəvan Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına çalışır, Qərb hərbi qüvvələrini bölgəyə gətirmək istəyir. İran və Rusiyanın da bundan narazılığı artır. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov də qeyd edir ki, İran hazırda narahatdır və bunu fərqli formalarda nümayiş etdirir. Siyasi şərhçi İranın Ermənistanın Rusiyasız yeni təhlükəsizlik konsepti qurmaq istədiyini gördüyünü bildirib: “Narahatlığın səbəbi Tehranın İrəvanla bağlı atdığı addımların qarşılığını tam mənası ilə ala bilməməsidir. Qeyri-rəsmi formada Ermənistanda İran hərbçilərinin olması ilə bağlı məlumatlar var, ancaq sözügedən istiqamətdə xüsusi müqavilə yoxdur. Yəni İran müraciət ediləcəyi təqdirdə Ermənistana qoşun yeridə bilməsi üçün qarşı tərəflə xüsusi bir sənədlə bəhs etdiyimiz məsələnin reqlamentləşdirilməsinə ehtiyac duyur. Digər bir məqam odur ki, rəsmi Tehran da Paşinyanın proqnozlaşdırıla bilməyən siyasət yürütdüyünü, ölkəsinin təhlükəsizliyi arxitekturasında dəyişiklik apararaq Rusiyanı Qərblə əvəz etmək niyyətində olduğunu görür. Belə bir vəziyyət İran üçün də təhlükə kəsb edir. Ona görə də İran Ermənistana qarşı nisbətən sərt mövqe sərgiləyərək bəhs etdiyimiz müqavilənin imzalanması məsələsini qaldırır”. Fərhad Məmmədov “axar.az” portalına açıqlamasında rəsmi İrəvanın öz məntiqsiz siyasəti ilə ölkəni müxtəlif güclər arasında rəqabət meydanına çevirdiyini vurğulayıb: “Paşinyan hökuməti bütün dəstək aldığı tərəfləri onların arasındakı ziddiyətləri nəzərə almadan eyni anda Azərbaycana qarşı qaldırmaq istəyir. Ancaq siyasətdə heç nə qarşılıqsız deyil və dəstək göstərənlərin də Ermənistandan almaq istədikləri şeylər var, lakin qarşılıq görmürlər. Aparılan məntiqsiz siyasətin son nəticəsində isə ölkə tədricən həmin qüvvələr arasında rəqabət, toqquşma meydanına çevrilir”.

Ermənistanın siyasi-hərbi rəhbərliyi artan təxribatları fonunda həm də Bakı-Tehran münasibətlərində gərginliyin yaranmasında və inkişafında maraqlı olduğunu gizlətmir. Bu istiqamətdə konkret addımlar atır.  Amma bu günlərdə İran Silahlı Qüvvələrinin nümayəndə heyətinin Bakıya səfəri, onların Hərbi Qənimətlər Parkında olması, oradan fotoşəkillər və videolar çəkməsi, həmin materialların mətbuatda yayımlanması göstərir ki, Ermənistanın ölkələrimiz arasındakı münasibətlərdə gərginlik yaratmaq, bu əlaqələrin mahiyyətini dəyişmək niyyəti baş tutmayıb. Bakıda səfərdə olan İran Silahlı Qüvvələri Baş Qərargahının İdarə rəisi Məhəmməd Əhədi İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması haqda ermənilər tərəfindən yayılan məlumatların yalan olduğunu bəyan edib: “Bunlar sadəcə əsassız və yalan xəbərlərdir ki, bir sıra bəlli qüvvələr tərəfindən İran-Azərbaycan münasibətlərini korlamağa hədəflənib və məhz onlar tərəfindən yayımlanıb. Bundan başqa, SEPAH-la bağlı yayılan xəbərlərə aydınlıq gətirmək istəyirəm. SEPAH-ın da sərhəddə dəstələri yoxdur və birgə təlim keçirmək üçün heç bir səbəb yoxdur. Tək hədəfimiz və istəyimiz odur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansın. Cənubi Qafqaza sülh və əmin-amanlıq gəlsin. Ölkələr arasında barışıq olsun. Ümid edirik ki, iki ölkənin siyasi rəhbərliyi bu xətti davam etdirərək sülhə daha tez nail olacaqlar”. İranın siyasi rəhbərliyi çox dəqiq bilir və açıq şəkildə ifadə edir ki, Nikol Paşinyanın Qərb yönümlü addımları, Amerika Birləşmiş Ştatları ilə sıx əməkdaşlığı, həm də regionda onların maraqlarının ziddinə fəaliyyət deməkdir. Bundan savayı, Ermənistan Avropa İttifaqı və NATO-nun nümayəndələrini sülhpərvər missiya adı altında ölkəsinə gətirib. Onların hansı fəaliyyətlə məşğul olduğu İran üçün də sirr deyil. Eyni yanaşma Rusiya tərəfindən də sərgilənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ermənistan və ABŞ arasında hərbi təlimlər regionda vəziyyətin sabitləşməsinə kömək etmir. Beynəlxalq məsələlər üzrə rus ekspert Qriqori Trofimçuk isə hesab edir ki, ABŞ-Ermənistan hərbi təlimləri baş nazir Nikol Paşinyanın çarəsizliyindən xəbər verir. Ekspert qeyd edib ki, Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi Vaşinqtonun Cənubi Qafqaza daxil olmağa başlamasından xəbər verir: “Bu, ABŞ-ın Cənubi Qafqazda olması üçün ilk fürsət deyil, Gürcüstanı da unutmaq olmaz. Amma indiki mərhələdə Ermənistan daha aktual istiqamət kimi görünür. ABŞ regionda müharibəyə başlamayacaq, ancaq təhlükəsizlik boşluqlarından mütləq istifadə edəcək. Əgər Ermənistan özünü “pis apararsa”, onu asanlıqla Gürcüstanla toqquşdura bilərlər. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməkdən ümidini artıq kəsib. Ona elə gəlir ki, bu tərəfdən onun itirəcəyi heç nə yoxdur və ABŞ-la tərəfdaşlıqda ancaq qazana bilər”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ