Bazar ertəsi günü, 09 noyabr 2026
     

Vətəndaşların hüquqi, siyasi fəallığı Azərbaycanın demokratik nailiyyətlərinə böyük töhfələr verir

Image


Müasir Azərbaycanda ictimai həyatın bütün sahələrində baş verən əsaslı dəyişikliklər vətəndaşların sosial və hüquqi fəaliyyətinin dinamikliyinin yüksəlməsi ilə müşayiət olunur.

Şəxsin hüquq və azadlıqlarının lazımi səviyyədə həyata keçirilməsi təkcə cəmiyyətdən və dövlətdən deyil, həm də böyük ölçüdə insanın özündən, onun hüquqi savadı və fəaliyyətindən asılıdır.

  • Davranış azadlığını təmin edən hüquqi mühit

Məlumdur ki, iqtisadi fəaliyyət azadlığının genişləndirilməsi, siyasi və ideoloji rəngarəngliyin inkişafı, vətəndaşların təşəbbüskarlığının və fəallığının artırılması ölkədə aparılan islahatlara hər kəsin şəxsən cəlb olunmasını tələb edir. Bu islahatların gedişi hər bir vətəndaşın hüquqi cəhətdən savadlı olması, aktivliyi ilə də şərtlənir. Onların siyasi hüquq və azadlıqları, seçki kampaniyaları və referendumlar zamanı şüurlu mövqe seçimi vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsindən bilavasitə asılıdır.

Müasir şəraitdə dövlətin əsas məqsədi cəmiyyət qarşısında məsuliyyəti ilə vəhdətdə insanın real davranış azadlığını təmin edə biləcək hüquqi mühit yaratmaqdır. Azərbaycan Konstitusiyası, digər qanunvericilik aktlarında insan, onun hüquq və azadlıqları ən yüksək dəyərdir. İnsan hüquq və azadlıqlarının tanınması, riayət edilməsi və qorunması dövlətin vəzifəsidir. Bu Konstitusiya tələbinin siyasi sahədə həyata keçirilməsi vətəndaşlar arasında hüquqi təminatın formalaşdırılması ilə həyata keçirilir. Konstitusiyanın siyasi hüquq və azadlıqlarla bağlı müddəalarını inkişaf etdirən, mövcud qanunların praktiki tətbiqini başa düşməyə kömək edən, siyasi hüquq və azadlıqların həyata keçirilməsində vətəndaşların hüquqi fəallığını artıran, subyektivizm təzahürünü məhdudlaşdıran tələblərin uğurla reallaşması məhz hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksək olmasından keçir. Siyasi hüquq və azadlıqların reallığı təkcə ali hakimiyyətin mövqeyindən deyil, həm də xalqın özündən, siyasi və hüquqi mədəniyyətindən asılıdır. İstənilən siyasət insanları idarə etmək və onlara təsir etmək üçün məqsədyönlü fəaliyyətdir. Bu təsir, əgər dövlət vasitəsilə həyata keçirilirsə, siyasi hakimiyyətdir, onun həyata keçirilməsi siyasətdir. Bu, bilavasitə vətəndaşların və dövlət xadimlərinin hüquqi, siyasi və mənəvi mədəniyyət səviyyəsindən asılıdır. Siyasi, hüquqi və əxlaqi mədəniyyət milli mədəniyyətin məzmunu ilə müəyyən edilir. Vətəndaşların siyasi hüquq və azadlıqlarının həyata keçirilməsi, siyasi sahədə qanunçuluğun və qayda-qanunun möhkəmləndirilməsi problemləri vətəndaşlarda qanuna hörmətə əsaslanan yüksək hüquq mədəniyyətinin formalaşdırılmasından ayrılmazdır. Siyasi hüquq və azadlıqların həyata keçirilməsi prosesində vətəndaşlar passiv fəaliyyət göstərmirlər. Onlardan hüquq və azadlıqların həyata keçirilməsinin bütün mərhələlərində lazımi səviyyədə fəallıq tələb olunur.

Hüquq mədəniyyətinin səviyyəsindən asılı olaraq vətəndaşların davranışı həm qanuni, yəni hüquq normalarının tələblərinə uyğun, həm də qeyri-qanuni, yəni hüquq normalarının tələblərindən yayınan ola bilər. Vətəndaşların siyasi sahədə davranışının xarakteri ilə onların hüquqi mədəniyyətinin səviyyəsini, siyasi hüquq və azadlıqların həyata keçirilməsinin effektivliyini qiymətləndirmək olar.  Bunlar fonunda təqdirəlayiq haldır  ki, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə ölkəmizdə bu gün də islahatlar həyata keçirilir. Burada onu da qeyd edək ki, Azərbaycan Konstitusiyasmın 24-cü maddəsində (ümumilik, ayrılmazlıq, pozulmazlıq və toxunulmazlıq prinsipləri), 25-ci maddəsində (bərabərlik prinsipi), 71-ci maddəsinin 1-ci hissəsində (dövlət müdafiəsi prinsipi), 71-ci maddəsinin 6-cı hissəsində (birbaşa qüvvədə olma prinsipi) insan və vətəndaşın hüquqi statusunun əsas prinsipləri təsbit olunub. İnsan və vətəndaşın hüquqi statusunun bütün bu konstitusion prinsipləri Azərbaycan dövlətinin insan və vətəndaşın hüquq və azadlıqları sferasında siyasətinin əsas istiqamətlərini müəyyən edir və onların hüquqi statusunun əsasını təşkil edir.

  • Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir

Dünya təcrübəsi göstərir ki, siyasi sferada ictimai aktiv qanuni davranış şəxsiyyətin yüksək hüquq mədəniyyətindən qaynaqlanır. Dövlət işlərinin idarə edilməsində iştiraka münasibətdə qanunda təsbit olunmuş demokratik ideya və prinsiplərin dərindən dərk edilməsinə, onların ardıcıl surətdə həyata keçirilməsinə əsaslanan ictimai-siyasi və yaradıcılıq fəaliyyəti vətəndaşların özünün taleyi baxımından da çox önəmlidir. Burada xüsusi vurğulamaq lazım gəlir ki, yüksək hüquq mədəniyyəti həm də qanuni davranışın yüksək formasını - siyasi və hüquqi fəaliyyəti müəyyən edir.

Ümumiyyətlə, hüquqi fəaliyyət bu fenomen üçün xarakterik olan bütün xüsusiyyətlərə malik olan sosial fəaliyyət formasıdır. Bu, sosial-hüquqi hadisədir, öz məzmununda fərdi fəaliyyətin istənilən növünə xas olan həm sosial-hüquqi, həm də ümumi xüsusiyyətlərin məcmusunu əhatə edir. Məhz bu fonda ictimai fəal şəxsiyyət anlayışı fərdin yaradıcı, təşəbbüskar, aktiv münasibətini əhatə edir. Hüquqi fəaliyyət müxtəlif mənalarda nəzərdən keçirilə bilər:  hüquqi davranışın uyğunluğunu təmin edən hüquqi şüurun tərkib hissəsi kimi;  qanunçuluğun və qanunun aliliyinin möhkəmləndirilməsinə, dövlətçiliyin təkmilləşdirilməsinə yönəldilmiş hüquq sahəsində könüllü, ictimai əhəmiyyətli, şüurlu, yaradıcı fəaliyyət kimi;  siyasi münasibətlərin hüquqi tənzimlənməsi sahəsində fəaliyyətə subyektiv münasibət və psixoloji hazırlıq kimi; fərdin həyata keçirmə qabiliyyəti və hüquq fəaliyyətinin intensivliyi dərəcəsi kimi; şəxsiyyətin hüquqi xüsusiyyətlərinin formalaşması və təzahürü kimi. Hüquqi fəaliyyətin mahiyyətini başa düşməkdə müəyyən fərqlərə baxmayaraq, onların ortaq cəhəti onun fərdin qanuni davranışının ali forması kimi başa düşülməsi və vətəndaşların onun daşıyıcısı kimi qəbul olunmasıdır. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan demokratik dəyərlərin mənimsənilməsi, Avroatlantik məkana inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlara nail olub. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəliklər insan hüquqlarına, azadlıqlarına hörmət etmək, onları müdafiə etmək və dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir. Bu şəraitdə hüquqi, siyasi müstəidə vətəndaş fəallığı daha da artır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ