Son vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə gərginləşir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün deyib ki, Rusiya ilə mübahisə Ermənistan üçün fəlakətdir. Putin isə dünən Paşinyanla münasibətlər barədə danışıb və təmasların davam etdiyini söyləyib.
Ermənistan-Rusiya münasibətləri getdikcə kəskinləşməkdədir. Ermənilərin xəyanətkar, satqın xisləti üzə çıxır və havadarlarını qəzəbləndirməklə bərabər düşünməyə, nəticələr çıxarmağa vadar edir. Rusiyanın dəstəyi ilə bir millət kimi formalaşan, dövlət kimi yaradılan və tanınan Ermənistan bu gün öz ağasına arxa çevirir, onu satır. Bu, təbiidir. Ona çörək verəni satmaq, torpağına göz dikmək, arxadan vurmaq ermənilərin qanındadır və bunu Rusiya bilməli idi. Ancaq təəssüflər olsun ki, Rusiya rəhbərləri çox vaxt ermənilərin yağlı dilinə, yalan və böhtanlarına aldanıb, onlara dəstək verib, vəhşi, xəyanətkar bir milləti mədəniləşdiriblər, adam sayıb ortaya çıxarıblar. Adam saydıqları, tarixən bəslədikləri, qoruduqları isə indi rus xalqına nifrət nümayiş etdirir, Rusiyanın çətinliyini görüb onun düşmənlərinə qoşulur və mənfur niyyətlərini həyata keçirir.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiya edilməsi üçün parlamentə göndərilməsi, ABŞ ilə hərbi təlimlərin keçirilməsi, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfəri və yardım aparması, Ermənistanın baş nazirinin, Parlament sədrinin son günlərdə kəskin anti-Rusiya bəyanatları bu ölkənin əsl simasını göstərən xüsusiyyətlərdir. Həmçinin ölkədəki mitinqlərdə Rusiya əleyhinə səsləndirilən təhqiramiz çağırışlar, çıxışlar, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasından imtina etməsi və Qərbə üz çevirməsi xəyanətin, erməni riyakarlığının nümunələridir.
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan-Rusiya diplomatik çəkişməsi davam edir: “Yeni Dehlidə keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında Sergey Lavrov İrəvanın Birləşmiş Ştatlarla birgə hərbi təlimlər keçirmək niyyətindən təəssüfləndiyini bildirib.
Ermənistan iddia edir ki, "Azərbaycan 9 noyabr 2020-ci il tarixindən sonra ən azı 150 kvadrat kilometr ərazini işğal edərək Ermənistana onlarla hərbi hücumlar həyata keçirdi. Lakin Ermənistandakı rus qoşunları, Gümrüdəki 102-ci hərbi baza və birləşmiş erməni-rus kontingenti təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib".
Birincisi, Azərbaycan heç kimin suveren ərazisini işğal etməyib. İkincisi də bu bəhanə Rusiyanın Azərbaycana müdaxiləsi üçün hüquqi səbəb ola bilməz. Çünki Rusiya başqa bir suveren dövlətin açıq formada cəzalandırılması üçün addım atarkən nəzərə almalı olduğu reallıqlar var, üstəgəl, bu ölkə Moskva müqaviləsi ilə münasibət qurduğu müttəfiqi Azərbaycan olarsa, üstəgəl, mövcud münaqişənin əsasını qoyub inşa edən ölkədirsə, tarixi sənədləri də arxivdən çıxara bilərsə. Bir sözlə, Ermənistanın gözlədiyi o idi ki, 44 günlük müharibədə Rusiya gəlib onun əvəzindən Azərbaycanla vuruşsun. Bunu edə bilmədiyi üçün Rusiya ilə düşmən kəsilib. Ancaq anlamırlar ki, vəziyyət birinci Qarabağ savaşındakı kimi deyil. Dünyadakı reallıqlar tam dıyişib. Həm də Azərbaycan əvvəlki kimi zəif yox, daha qüdrətlidir”.
Məhəmmədəli QƏRİBLİ