çərşənbə günü, 09 sentyabr 2026
     

Ermənistan ərəb dünyasında çox vurnuxur, onların əl-ayaqlarını yığışdırmaq yolunun anonsunu Hikmət Hacıyev verdi...

Image


Azərbaycan Prezidentinin körfəz ərəb ölkələri ilə bağlı siyasətdə yeni istiqamət açmaq niyyətinin əlamətləri görünməkdədir. Buna müəyyən mənada xarici siyasətimizdə yeni layihə də demək olar. Ərəb dünyası ilə əlaqələrimiz indiyə qədər də zatən pis deyildi. İqtisadi, ticarət, investisiya, turizm sahələrində nəzərəçarpan məzmunda yol keçmişik. Qarşıda hələ yenə yol var. Ərəb dövlətlərinin bəziləri məhz Azərbaycanın xatirinə və həqiqi islami dəyərlərə bağlılıq çərçivəsində Ermənistanla münasibətlər qurmurlar. Təbii ki, ermənilərə və Ermənistana qucaq açanlar da var...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

Politoloq bildirir ki, ilin əvvəllərində Prezident İlham Əliyevin Əlcəzairdə Ərəb Ölkələri Liqasının zirvəsinə xüsusi qonaq kimi dəvət olunması, Prezidentin zirvədə Fransa müstəmləkəçiliyinin murdar sifət cizgiləri ilə bağlı bir çox ərəb ölkələrinin ürəyindən "tikan çıxaran" bəyanatlar verməsi ölkəmizin ərəb dünyasında manevr imkanlarının gücündən və daha da güclənmə perspektivindən xəbər verdi.

“Azərbaycanın işğaldan azad rayonlarının bərpasına, eləcə də bərpa olunan enerji mənbələrinə ərəb kapitalının cəlb olunması da yaxşı faktlardır və daha faydalı gələcəkdən xəbər verir. Ancaq ermənilər də sakit dayanmır. Onlar bir tərəfdən hətta İsrailə yaxınlaşmaq istəyir, yollar axtarır, digər tərəfdən də ərəb ölkələrinin yan-yörələrində yalmanırlar. Keçmiş prezident Serj Sarkisyanın addımlarını indikilər də davam etdirməyə çalışırlar. Məsələn, bir yandan İrəvanda Hitlerin keçmiş əlaltıları olmuş njdelərə, drolara heykəl qoyaraq faşistlərin qətl etdikləri 6 milyon yəhudinin ruhuna sayğısızlıq edirlər, o biri yandan isə yüz cür oyunbazlıqla İsraildə Xolokost konfransında Ermənistan prezidentinin məruzə etməsinə nail olurlar. İsrailin bunu necə rəva görüb-görməməsini özləri bilər. Biz heç bir halda düzgün saymırıq. Ancaq prezident Serj Sarkisyana İsraildə bu imkan tanınmışdı. Bundan başqa, Sarkisyan prezident olanda bəzi körfəz ərəb ölkələrinin ətrafında çox vurnuxurdu, səfər də etdi. Məlumdur, pul iyi gələn yerlərdə erməni burnu tülkünün burnundan da həssas işləyir... İndi də Paşinyan ərəb dünyasına yönəlik siyasəti daim gücləndirməyə çalışır, bəzi ölkələrdəki hərbi sərgilərə böyük maraq göstərir. Ermənistanın ərəb dünyası ilə bağlı uzağa hesablanmış planları hələ də var, bu planlara Suriya və İordaniyada müəyyən dairələrin dəstəyini də qazana bilir. Üstəlik, Birləşmiş Ərəb Əmirliklərinə, İranın fəal dəstəyi ilə Bəhreyn və Yəmənə də lağımlar atırlar. Bunlar özbaşına buraxılsa, əks-addımlar atılmasa ziyanımıza olan yeni reallıqlarla rastlaşa bilərik” – deyə politoloq bildirir.

A.Quliyevin fikrincə, Azərbaycan da hərəkətsiz qalmır, erməni strategiyasını diqqətlə izləyir, ərəb ölkələri ilə əməkdaşlığın daha geniş miqyaslarına çıxmaq yolları axtarmaqla bərabər, Ermənistanın çabalarını neytrallaşdırmaq üsullarını da arayır...

“Bu günlərdə Hikmət Hacıyevin ərəb mediasına müsahibəsində diqqətimi daha çox cəlb etmiş bu fikrini əslində Prezidentimizin ərəb dünyasına yönəlik yeni geosiyasi layihələrinin anonsu kimi qəbul etdim. Hikmət Hacıyev körfəz ərəb ölkələri ilə qlobal və regional təhlükəsizlik məsələlərində Təhlükəsizlik dialoquna başlamağın zəruriliyini qeyd edib. Maraqlı məsələdir...

Bu dialoqun Prezidentin ərəb dünyasına yönəlik geniş strategiyasının davamı və tərkib hissəsi kimi düşünüldüyünə heç bir şübhə yoxdur. İlham Əliyevin ərəb körfəz ölkələri ilə Təhlükəsizlik Dialoqu bu ölkələrlə əməkdaşlığı keyfiyyətcə yeni üfüqlərə daşımaqla bərabər, eyni zamanda, Ermənistanın ərəb dünyasındakı manevrlərini məhdudlaşdırmağı da hədəfləyir. Həqiqətən də Körfəz ölkələrini Azərbaycanla uzun müddətli hərtərəfli Təhlükəsizlik Dialoqunun içinə ala bilsək, Ermənistanın Əmirliklərdə, digər ölkələrdə silah-sursat dalınca sülənməsinin perspektivi getdikcə sönəcək. Onun bu istiqamətdə pul-para qazanmaq imkanlarının da sıradan çıxacağına söz yoxdur. Zatən məqsədlərimizdən biri elə bu deyilmi?!

Körfəz ərəb ölkələri ilə Azərbaycanın Təhlükəsizlik Dialoqu mərhələsi açılır... – deyə A.Quliyev bildirir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

09.09.2026 / 10:01
Azərbaycan neftinin qiyməti 108 dolları ötdü

09.09.2026 / 09:47
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı başsağlığı verib - FOTO

09.09.2026 / 09:40
Zərdabda minik avtomobili traktorla toqquşdu, 5 nəfər öldü - DYP hərəkət iştirakçılarına müraciət etdi...

09.09.2026 / 09:36
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimlərinin Xankəndiyə səfəri başlayıb

09.09.2026 / 09:12
Hörmüz boğazında gərginlik artdı - Onlarla gəmi hücuma məruz qaldı, iki ABŞ gəmisi vuruldu…

09.09.2026 / 08:50
ABŞ beş İran neft tankerini vurdu…

08.09.2026 / 22:58
Kremldən Kiyevə xəbərdarlıq - sülh prosesi uzandıqca tələblər də sərtləşdiriləcək…

08.09.2026 / 22:40
Putin və Tramp bir saat telefon danışığı aparıblar - Kreml təfərrüatları açıqladı...

08.09.2026 / 22:27
London və Təl-Əviv arasında gərginlik artır - İsrail Qüdsdəki Britaniya konsulluğunu bağladı…

08.09.2026 / 22:04
ABŞ İran iqtisadiyyatını çökdürür – Tehran son 40 ilin ən ağır iqtisadi böhranı ilə üzləşir...

08.09.2026 / 21:15
Ermənistanın 2029-a kimi vizasız gediş-gəliş planına AB- dən rədd gəldi...

08.09.2026 / 20:56
Zəngəzur dəhlizinə qarşı Moskva və Tehrandan yeni təklif gəldi... ABŞ-ın reaksiyası...

08.09.2026 / 20:28
Mərkəzi Bank istəsə, kommersiya bankları soyğunçu kredit faizlərini aşağı salar...

08.09.2026 / 20:11
Avropa ilə Amerikanın Qrenlandiya və Arktikada “savaşı” başlanır

08.09.2026 / 19:50
Bişkekdən sonra Putinin İlham Əliyevə telefon açmasının şifrəsi var...

08.09.2026 / 19:23
Sosial şəbəkələrdə şəhidlər mövzusu xüsusi xarici mərkəzlər tərəfindən qızışdırılır...

08.09.2026 / 19:22
BMT-dən qorxunc xəbərdarlıq: süni intellekt bəşəriyyəti çıxılmaz məhvə aparır...

08.09.2026 / 19:07
44 günlük müharibədə 78 dinc erməninin ölməsi yeni oyun “faktıdır”...

08.09.2026 / 18:52
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olundu

08.09.2026 / 18:40
“Qərb sülhə mane olsa, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq” - Lavrov

08.09.2026 / 18:26
İrəvan Rusiyadan Avrasiya İqtisadi Birliyinə şikayət etdi - idxal məhdudiyyətləri qanunsuzdur…

08.09.2026 / 18:10
Azərbaycan daha bir beynəlxalq ölkələr qrupunun rəhbərliyinə seçildi...

08.09.2026 / 17:56
Ali Məhkəmədən vətəndaşdan xəbərsiz rəsmiləşdirilən onlayn kreditlərlə bağlı açıqlama...

08.09.2026 / 17:42
Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə etdi

08.09.2026 / 17:30
MMC rəhbərinin cinayət əməlləri üzə çıxdı - insanları belə aldadırmış...

08.09.2026 / 17:23
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşdü

08.09.2026 / 17:18
"Ermənistan olduqca təhlükəli oyun oynayır" - Rusiya-Ermənistan münasibətlərinin gələcəyi qaranlıqdır...

08.09.2026 / 17:10
Ceyhun Bayramov İƏT-in yeni Baş katibini Bakıya dəvət etdi

08.09.2026 / 16:58
Sputnik Armeniya Azərbaycanın Söyüdlü qızıl yatağına qarşı informasiya təxribatı törədir...

08.09.2026 / 16:54
ABŞ istehlakçıları Trampın müharibəsinə görə yanacağa əlavə 100 milyard dollar xərcləyiblər...

08.09.2026 / 16:51
Azərbaycanda dedollarlaşma davam edir, amma...

08.09.2026 / 16:42
Putin-Paşinyan görüşü referenduma görə olduqca gərgin keçəcək - baş tutsa...

08.09.2026 / 16:25
Avtoşluq edən sürücü 25 sutka həbs aldı, sürücülük hüququ da məhdudlaşdırıldı

08.09.2026 / 16:12
Modelyer Leyla Əhmədova həbs edildi

08.09.2026 / 15:58
4 manat subsidiya bahalı ət problemini həll edə bilər?

08.09.2026 / 15:30
TƏBİB-in İcraçı direktoruna müşavir təyin edildi

08.09.2026 / 15:17
Erməni mediası 8 min müsəlmanı genosid etmiş caninin dəfninə böyük diqqət ayırdı... Rus akademikin iştirakı...

08.09.2026 / 14:35
Moskvadan on rus diplomatın Budapeştdən qovulmasına reaksiya - cavabımız "sərt və ağrılı" olacaq…

08.09.2026 / 14:22
Zelensky ABŞ-la danışıqların bəzi təfərrüatlarını açıqladı - Tramp bir yol tapa bilər…

08.09.2026 / 14:10
Əhməd İsmayılov Media və Yayım Şurasına sədr təyin edildi - SƏRƏNCAM

08.09.2026 / 14:03
Macarıstan 10 rus diplomatı ölkədən qovdu…

08.09.2026 / 13:51
Rusiya Ukrayna üzrə üçtərəfli danışıqların bərpa olunacağını gözləyir...

08.09.2026 / 13:43
Ələmdar Quluzadının yaradıcılğında şedevr...

08.09.2026 / 13:35
Bakıda oyuncaq avtomobillə yola çıxan şəxs məsuliyyətə cəlb olundu

08.09.2026 / 13:25
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

08.09.2026 / 13:12
ABŞ İran ətrafında 300-dən çox qırıcı yerləşdirib…

08.09.2026 / 12:51
İnvestisiya Holdinqin Baş icraçı direktoru vəzifəsindən azad edildi

08.09.2026 / 12:37
Daşqınlar zamanı bəzi təmiz ərazilər yenidən minalarla çirklənir...

08.09.2026 / 12:24
Ruslar Xarkov bölgəsində iki kəndi ələ keçirdi…

08.09.2026 / 12:07
İran ABŞ-ı Hörmüz boğazını tam blokadaya almaqla hədələdi...

08.09.2026 / 12:03
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik etdi

08.09.2026 / 11:51
Səudiyyədə gərginlik artır - Husilər enerji obyektlərini bombaladı…

08.09.2026 / 11:02
"Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq" - Muxtar Babayev

08.09.2026 / 10:43
BMT nümayəndəsi xəbərdarlıq etdi - Xəzərdə dramatik dəyişikliklər baş verə bilər...

08.09.2026 / 10:33
Mərkəzi Bank valyuta bazarına müdaxilə edib

08.09.2026 / 09:37
Balakəndə saxlanan şəxsdən külli miqdarda narkotik aşkarlandı

08.09.2026 / 09:18
Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs yaxalandı

08.09.2026 / 08:03
Tramp Kanada, Meksika, Kuba və Qrenlandiyanı Amerika bayrağının rənglərinə boyadı

08.09.2026 / 07:45
ABŞ COVİD-19-un yaranmasında mərkəzi rol oynayıb - İlon Mask

07.09.2026 / 22:28
Trampın elçisi Uitkoff 8-ci dəfə Putinin ayağına gəldi - sülh perspektivi hələ görünmür...

07.09.2026 / 22:10
Paşinyan demişdi sentyabrda başlayacağıq, daha 4 ay uzatdı...

07.09.2026 / 22:01
İran yenə “Tramp yolu”na ilişdi - ya erməni silahlı qüvvələri qorusun, ya da…

07.09.2026 / 21:54
Putin və Paşinyan Moskvada Ermənistanda referendum keçirilməsini müzakirə edəcəklər...

07.09.2026 / 21:46
İran qadınları ABŞ-ın toyda öldürdüyü şəxsləri qəribə geyimdə dəfn edir...

07.09.2026 / 21:40
Medvedyev Fon der Leyeni “başdanxarab ginekoloq” adlandırdı - almanlar onun yumor hissini bəyəndi…

07.09.2026 / 21:30
Zelenski Rusiyanın hava limanları ilə bağlı yeni strategiyanı işə saldı...

07.09.2026 / 21:17
Trampın sülh missiyası alınmır - ABŞ elçilərinin Moskvaya və Kiyevə səfəri yenə nəticə vermədi

07.09.2026 / 20:55
Kremlə bağlı “Sputnik Armenia” Azərbaycanla aranı yenə qarışdırmağa çalışır...

07.09.2026 / 20:40
Yaxın Şərq Pekin və Vaşinqton arasında - Çin regionu pulla ələ keçirir

07.09.2026 / 20:38
Xətai və Yasamalda motosiklet qaçıran və oğurluq edənlər saxlandı

07.09.2026 / 20:21
Ermənistanın düşmənçilik bitdi, qlobal media şirkərlərinin Azərbaycala düşmənçiliyi bitmir... Niyə?...

07.09.2026 / 20:06
Prokuror katolikosun məhkəməsindən qaçdı, Paşinyan baş keşişi mühakimə etməyə hakim tapa bilmir

07.09.2026 / 19:52
100 il əvvəl Bakını işğal etməyə gəlmiş ingilis əsgərlərinə niyə xatirə kompleksi olsun?!...

07.09.2026 / 19:29
Rusiya DİN-də “yanacaq əməliyyatı” – aralarında generalın da olduğu bir neçə yüksək vəzifəli şəxs həbs edildi…

07.09.2026 / 19:15
Rusiya Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun fəaliyyətini dayandırdı…

07.09.2026 / 18:48
Paşinyan yeni inqilaba hazırlaşır... Azərbaycana münasibət nəzərdə tutulur (?)

07.09.2026 / 18:43
İrəvandan Moskvaya növbəti zərbə - Ermənistan və Rusiya arasında viza rejimi tətbiq olunur

07.09.2026 / 18:42
Hindistan da Ermənistanda Rusiyanı sıxışdırır

07.09.2026 / 18:37
Kvotadan artıq benzin işlədənlər üçün qiymətlər qaldırılır

07.09.2026 / 18:12
Sabirabad seçiciləri deputat Əhliman Əmiraslanova təşəkkür etdilər - FOTO

07.09.2026 / 17:54
Vergiyə görə büdcə gəliri 10 faiz artdı, ancaq iqtisadiyyatımız böyümür... Qəribəlik...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ