Erməni siyasətçi Naira Zohrabyan hesab edir ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin hallarının araşdırılması üzrə Parlament Komissiyasının iclasında verdiyi bəyanatlarla “intihar” edib. N. Zohrabyan hesab edir ki, parlamentdəki dinləmələr Nikol Paşinyanın siyasi şousudur: "David Tonoyan erməni, keçmiş nazir, kişi kimi İstintaq Komissiyasının iclasında monoloqu ilə intihar edib. David Tonoyan adlı kişi, David Tonoyan adlı erməni, David Tonoyan adlı siyasi xadim, keçmiş nazir yoxdur", – deyə Zohrabyan bildirib. O müxalifətin parlament komissiyasının açıq və qapalı iclaslarında iştirak etməmək qərarını alqışlayıb. Onun sözlərinə görə, bu iclaslar "Nikolun ev sahibliyi etdiyi" şoudur, məqsədi 44 günlük müharibəsinin nəticələrinə görə erməni xalqına xəyanəti aradan qaldırmaq üçün keçmiş və ya hazırkı ordu rəsmilərindən istifadə etməkdir.
Mətləb Salahov