Baş nazir Nikol Paşinyan daha bir kadr təyinatı ilə Ermənistan mediasının “dilinə düşüb”. Belə ki, N.Paşinyanın sərəncamı ilə Yerevanın keçmiş meri və N. Paşinyanın keçmiş müşaviri Qraçya Sarkisyan müdafiə nazirinin müavini təyin edilib. Aysor.am saytının xəbərində deyilir ki, Paşinyan bu barədə qərarı bu gün imzalayıb. Erməni mediası isə ölkənin acınacaqlı məğlubiyyətə uğradığı və ölkədə ictimai-siyasi gərginliyin hökm sürdüyü vaxtda keçmiş mer müavininin müdafiə nazirinin müavini təyin olunmasını biabırçlıq adlandırıb. Hazırkı hakimiyyətə sərt mövqedə dayanan erməni mediası N.Paşinyanın bu təyinatını rüsvayçılığın daha bir əlaməti və hakimiyyətin şəxsi sədaqət prinsipi ilə idarə olunduğunu yazırlar. Xatırladaq ki, Q.Sarkisyan 2021-ci ilin dekabrından 2023-cü ilin martına qədər Yerevanın meri olub.
Mətləb Salahov