10/06/2023 07:21
728 x 90

Sülh sazişi mətnini razılaşmışıq, heç nəyi razılaşmamışıq - Mirzoyan yenə qatıb-qarışdırdı....

Elşən Manafov: “Erməni tərəfi ziddiyyətli açıqlamalar verməklə vaxt uzadır”

img

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yenə ziddiyyətli açıqlama ilə çıxış edib. O, yenə məsələləri bir-birinə qataraq, sülh sazişinin mahiyyətini kontekstdən çıxarmağa çalışıb.

Mirzoyan bəyan edib ki, prinsipial məsələlərlə bağlı Bakıda razılaşma yoxdur: “4 Azərbaycan və 3 Ermənistan sənədi. İrəvan və Bakının sülh müqaviləsi ilə əlaqədar mübadilə etdiyi sənədlərin sayı bu qədərdir. İdeal olmasa da, qarşılıqlı məqbul ifadələr tapmaq mümkün olub, müzakirələr aparılıb, kompromisli mətnlər hazırlanıb. Amma bu, təəssüf ki, əsas məsələlərə aid deyil, onlar müzakirə mərhələsindədir, tərəflərin mövqeləri hələlik bir-birindən uzaqdır. Qərbin variantı yoxdur, dövriyyədə Rusiyanın variantı var idi, biz onunla razılaşdıq, Azərbaycan tərəfi isə yox. Qalanları Ermənistan-Azərbaycan variantıdır. Qərb bizə heç bir sənəd, heç bir variant təklif etməyib”.

Məlumat üçün qeyd edək ki, 2022-ci ilin martında Bakı sülh müqaviləsinin beş bəndini təklif edib. Onlar ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması, sərhədlərin demarkasiyası, gələcəkdə ərazi iddialarından imtina, kommunikasiyaların açılması və hər iki ölkənin bir-birinin təhlükəsizliyinə təhdidlərdən imtinanı nəzərdə tutur. Ermənistan tərəfi bildirib ki, bu şərtləri qəbul edir, amma Dağlıq Qarabağ məsələsinin müqaviləyə daxil edilməsini tələb edir. Rəsmi Bakı da haqlı olaraq bu tələbləri qəbul etmir.

Göründüyü kimi, Mirzoyan bir tərəfdən deyir qarşılıqlı məqbul ifadələr tapmaq mümkün olub, o biri tərəfdən deyir prinsipial məsələlərlə bağlı razılaşma yoxdur.

  • “Hazırda Paşinyan Qərb və Rusiya arasında Ukraynada yaşanan qarşıdurmanın Cənubi Qafqaz...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov hesab edir ki, erməni tərəfi ziddiyətli açıqlamalar verməklə vaxt uzadır: “Paşinyan iqtidarının rəsmi Bakı ilə danışıqlarda qeyri-konstruktivliyi onun daxili və xarici siyasətinə getdikcə daha artıq dərəcədə təsir edən faktorlarla bağlıdır. Əvvəla, Azərbaycanla Ermənistan arasında 44 günlük bəlli savaş Rusiyanın moderatorluğu sayəsində dayandırılıb. Tərəflər 10 noyabr uç tərəfli bəyənata imza ataraq münaqişənin yaratdığı hüquqi, sosial, hərbi, humanitar və s. problemləri ardıcıllıqla yerinə yetirəcəkləri barədə öhdəliklər götürüblər. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri elə ilk günlərdə Rusiya sülhməramlılarının gözü qarşısında yerinə yetirməyə başlayıb. Laçın dəhlizində Ermənistan və Qarabağ arasında humanitar yüklərin daşınması üçün şərait yaradılıb. Hərbi əsirlər qaytarılıb, atəşkəsə əməl olunur və s. Ancaq ötən müddət ərzində Ermənistan öz öhdəliklərinin yalnız bir qismini yerinə yetirib. Bunlara Ağdam, Kəlbəcər və Laçın rayonlarının boşaldılması daxildir. Halbuki, Azərbaycan ərazisindən Ermənistana məxsus qoşunlar çıxarılmalı, müvafiq vaxtda nəqliyyat kommunikasiya dəhlizləri açılmalı, minalanmış ərazilərin xəritələri təhvil verilməli, sərhədlərin demarkasiyası ilə bağlı danışıqlar başlanmalı idi. Lakin Ermənistan ona aid olan qoşunları bu muddət ərzində çixartmadi. Deyirlər ki, bu birləşmələr seperatçı rejimin tabeliyindədir. Nəqliyyat-kommunikasiya xətləri açılmadı. Danışıqlar isə elə "danışıqlar naminə" davam etdirilir. Səbəblər bəllidir, Paşinyan iqtidarı onu Ermənistanda hakimiyyətə gətirmiş bəlli dairələr tərəfindən yönləndirir. Məqsəd bölgədə geosiyasi reallıqların Qərbin maraqları çərçivəsində dəyişdirilməsinə nail olmaqdır. Həmçinin Rusiyanı moderatorluqdan kənarlaşdırmaq və regiondan uzaqlaşdırmaqdır. Hazırda Paşinyan Qərb və Rusiya arasında Ukraynada yaşanan qarşıdurmanın Cənubi Qafqaz regionuna məlum təsiri ilə bağlı amillərə ümid edir. Məhz buna görə Ermənistanda anti-Rusiya ovqatı qızışdırılır. Rusiyanı və Putinin hövsələdən çıxara biləcək avantürust açıqlamalar verilir. Avroittifaqın mülki müşahidəçiləri Azərbaycanla təmas xəttinə monitorinqə dəvət edilir. Halbuki, Moskva razılaşmasının şərtlərinə görə, belə bir monitorinqi aparmaq Moskva və Ankaraya həvalə edilib. Nəhayət ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin şefi İrəvana səfər edir və əlbəttə, Paşinyanın sonrakı addımları ilə bağlı mesajlar verilir. Bu zaman səfərin məqsədi barədə erməni mətbuatında heç bir rəsmi xəbər verilmir. İstisna deyil ki, Qərb ikili standartlardan çıxış edib regionu növbəti qarşıdurmaya sürükləmək istəyir. Əsas məqsəd Cənubi Qafqazda Rusiya ilə İranı Qərb və İsraillə qarşıdurmaya sürükləməkdir. Burada dolayısı yolla Çinin də hədəfə götürüləyəcəyi bəllidir. Ermənistan isə Qərbin bu layihəsində əvvəlki kimi detonator, ən pis halda isə ötürücü qayış rolunda çıxış edir”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər