çərşənbə günü, 11 noyabr 2026
     

Yeni Aİ missiyası Ermənistanı Rusiya və Qərbin savaş alanına çevirir...

Image


Xəbər verildiyi kimi, Avropa İttifaqı Şurası Ermənistan ərazisində mülki missiyanın yaradılmasını razılaşdırıb. Bununla bağlı qurumun yaydığı məlumatda qeyd edilir: “Missiyada məqsəd Ermənistanın sərhəd bölgələrində stabilliyin bərqərar edilməsinə töhfə vermək, yerli etimadı gücləndirmək və elə bir atmosfer yaratmaqdır ki, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərinə dəstək olsun”.

O da vurğulanır ki, bu missiyanın yaradılması həm də Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyətinin yeni erasından xəbər verir. Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Cozep Borrel deyib ki, Aİ bu regionda gərginliyin azaldılması və davamlı sülhün bərqərar edilməsi məqsədilə hər iki tərəflə -Azərbaycan və Ermənsitanla birgə işləməkdə davam edəcək. Məlumatda deyilir ki, missiya Ermənistanın ricasına cavab olaraq rutin patrul keşiyi çəkəcək, vəziyyət barədə məruzələr hazırlayacaq: “Ermənistanın istəyinə cavab olaraq, Avropa İttifaqının missiyası müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək, bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya, həmçinin, Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək”. Missiyanın müddətinin iki il olacağı vurğulanıb: " Avropa İttifaqının missiyasının ilkin mandatı iki il olacaq və onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti departamentinin idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən missiya rəhbəri təyin ediləcək". Qeyd edək ki, bir müddət öncə Aİ Ermənistan-Azərbaycan sərhədinə iki aylıq missiya yollamışdı. Amma indiki missiya iki illiyə gəlir və bütün Ermənistan ərazisini əhatə edir. Azərbaycanla razılaşdırlmadan yeni missiyanın göndərilməsi rəsmi Bakını narazı salır. Rəsmi Bakı iki aylıq missiyadan fərqli olaraq bu missiyanı təsdiqləməyib. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, ötən il oktyabrın əvvəlində Praqa görüşündə 40 nəfərlik missiya üzrə razılıq əldə olunub: “Ancaq sonra nədənsə bu danışıq, yəni bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksəkvəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın? Aİ bu addımıyla təhlükəsizliyə töhfə vermir, Ermənistanla Aİ prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışırları şübhə altına qoyur. Əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa”. Məsələ ilə bağlı Rusiyanın “Vestnik Kavkaza” portalı yazır: “Qərbin Cənubi Qafqaza qayıtmaq layihəsinin yeni mərhələsi, ilk növbədə, ötən il reallaşan iki aylıq missiyanın əsl funksiyalarına işıq salmağa imkan verir. Təbii ki, bu, Ermənistanın Azərbaycan sərhədinin monitorinqinə həsr olunmurdu: onun işi zamanı erməni əsgərləri mütəmadi olaraq odlu silahlarla təxribatlar törədirdilər, lakin onların heç biri nə fakt kimi, nə də Azərbaycanın transsərhəd atışmasında saxta ittiham kimi qeydə alınmayıb. Qonşu Gürcüstandan Ermənistana gələn müşahidəçilər Abxaziya və Cənubi Osetiya sərhədlərində 14 ildir etdiklərini ötən ilin noyabr və dekabr aylarında etdilər - onlar sadəcə burada olduqlarını nümayiş etdirdilər. Lakin belə mövcudluğun həm məqsədi, həm də səbəbi var idi. Məqsəd ötən ilin oktyabrına qədər belə strukturların mövcud olmadığı Ermənistan ərazisində Avropa missiyası institutunun yaradılmasıdır. Səbəb Aİ-nin Azərbaycanı öz geosiyasi kampaniyasına cəlb etmək istəyidir. Ermənistan Qərbin regiona qayıdışı üçün məqbul başlanğıcdır, lakin onun üçün hələ də tək Ermənistan kifayət deyil: İrəvan nə qədər Qərbin protektoratı altına girməyə çalışsa da, Ermənistan hakimiyyətinin Brüsselə təklif edə biləcəyi heç nə yoxdur. Azərbaycanla isə iqtisadi əməkdaşlığın faydaları böyükdür. Məhz bu məqsəd və səbəblərə görə 40 Aİ müşahidəçisi iki ay sərhəddə dayandı və nə Bakının, nə də İrəvanın xoşuna gəlməyəcək bəyanatlar verməmək üçün açıq-aşkar heç bir iş görmədi.

 Ardıcıl olaraq müstəqil xarici siyasət yürüdən Azərbaycan bu missiyanın öz ərazisinə genişlənməsinə razılıq vermədi. Onlar Azərbaycan torpağında “sadəcə dayanmaq” istədiklərini desələr də, respublikanın suverenliyini faktiki məhdudlaşdıran əcnəbilər Bakıya lazım deyil. İki aydır ki, Azərbaycan hakimiyyətinin mövqeyində heç nə dəyişməyib, ona görə də Brüssel Avropa İttifaqını enerji resursları ilə təmin edən Bakı ilə qarşılıqlı faydalı iqtisadi əlaqələri qoruyaraq siyasi cəhətdən diqqəti tamamilə İrəvana yönəldib. Beləliklə, iki illik missiya gəlir. Bununla Qərbin Ermənistanda mövcudluğu üçün platforma yaradılıb, onu inkişaf etdirmək lazımdır. Brüssel heç bir şəkildə müşahidəçilərin bütün Ermənistanda nə edəcəklərini dəqiqləşdirmir. Yeganə izah edilən təfərrüat budur ki, avropalılar İrəvandan müşahidəçilər və Rusiya hərbçiləri arasında baş verə biləcək insidentlərin həllini öz üzərinə götürməsini tələb edirlər. Tələb etmək belə hadisələrin baş verəcəyini gözləmək deməkdir, ona görə də missiya üzvləri rus əsgərlərinin harada olduqlarını “izləyəcək”. Bu isə o deməkdir ki, söhbət ümumiyyətlə “dinc müşahidə missiyası”ndan yox, Cənubi Qafqaz regionu üçün daha problemli bir şeydən gedir. Aİ-nin Ermənistandakı Monitorinq İnstitutu Cənubi Qafqazda yeni münaqişənin avropalı tərəfdarları üçün missiya ehtiyacları bəhanəsi ilə Ermənistan ərazisinə hərbi ləvazimatlar idxal etmək üçün qapı yaradır. Missionerlər sırasına hərbi təlimatçılar da daxil ola bilər. Dekabrın 12-dən eko-fəalların etiraz aksiyası sayəsində Laçın yolunun 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozan nəqliyyatın hərəkəti üçün bağlanmasını burada ancaq alqışlamaq olar. Ermənistana silah və muzdlular daşımaq mümkün olacaq, lakin Qarabağa artıq bunu daşımaq qeyri-mümkündür. Azərbaycan buna imkan verməyəcək. Demək olar ki, hazırda missiya hazırlayan avropalı rəsmiləri narahat edən Laçın yolunun silah və yaraqlılar üçün blokadaya alınmasıdır. Brüsselin bir əli ilə Azərbaycandan qaz və neft almaqla (və elektrik enerjisi idxalı da onlara tezliklə əlavə olunacaq) digər əli ilə Ermənistanı silahlandırmasında ziddiyyət yoxdurmu? Həqiqətən yox. Birincisi, Avropa bürokratiyası və ayrı-ayrı Avropa ölkələrinin hakimiyyət orqanları tamamilə fərqli strukturlardır. İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya Azərbaycanın tədarüklərində maraqlıdır. Fransa nüfuzlu diaspor ucbatından erməni illüziyaları ilə sövdələşmə aparmaqla məşğuldur. Avropa Komissiyası və Avropa Şurası Rusiya ilə geosiyasi qarşıdurmadan narahatdır. Formal olaraq bunların hamısı müttəfiqdir, amma reallıqda söhbət maraqların rəqabətindən və Avropadaxili mübarizədən gedir. İkincisi, Aİ formal olaraq Ermənistanla Azərbaycan arasında yeni müharibə təşkil etmək fikrində deyil. “Müşahidə missiyası” adı altında gələn silahların, təlimatçıların və muzdluların çatdırılması İrəvanın Moskva ilə münasibətləri kəsmək üçün istədiyi qiymətdir və Brüsselin de-yure Ermənistan hakimiyyətinin belə bir ödənişdən necə istifadə edəcəyi ilə heç bir əlaqəsi olmayacaq. Standart silah alverçisi məntiqidir. Məhz bu vəziyyət Cənubi Qafqaz üçün ən böyük risqləri yaradır: Avropa İttifaqı öz ziddiyyətli maraqlarının tam spektrini həyata keçirərkən, region üçün mümkün nəticələrə əhəmiyyət vermir və bununla da dağıdıcı qüvvələri gücləndirir. İki il ərzində Ermənistana daxil olan Aİ sonrakı hadisələrə görə məsuliyyət daşımır, çünki missiya, sənədlərə əsasən, yalnız “müşahidə” edir. Və qorxulu hadisələr mütləq baş verəcək”. O da qeyd edilir ki, Rusiya da baş verənlərə görə Ermənistana siyasi, hərbi təzyiqlərini artırmalı olacaq.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ