Bazar günü günü, 15 noyabr 2026
     

Türk qıpçaq qədim əlyazmaları ermənilərin Matenadaranına necə düşüb...

Image


Ermənilər uzun illərdir iddia edirlər ki, Qafqaz xalqlarına aid olan qədim əlyazmaları toplayaraq Matendarana yığıblar. Hətta onlar deyirlər ki, Matendaranda çoxlu türk qipcaq əlyazmaları var.

Türk qıpçaq əlyazmaları Matenadarana necə düşüb? Onlar da ermənilərin əlinə keçən alban irsidir, yoxsa başqa yolla ora gətirilib?

Yeri gəlmişkən onu da bildirək ki, Matenadaran, yaxud Mesrop Maştoç adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzi adlandırılan bu qurumda həm də qədim əlyazmalar “tədqiq edilir” daha dəqiq desək, saxtalaşdırılır, ermənilərin xeyrinə dəyişdirilir. Əgər doğrudan da iddia edildiyi kimi Matenadaranda türk qıpçaq abidələri, əlyazmaları varsa, heç şübhəsiz, onlara da ermənilər öz xeyirlərinə əl gəzdiriblər.

  • “Biz artıq Azərbaycan irsi ilə bağlı Matendaranda gizlədilən alban, türk-qıpçaq, oğuz yazılı abidələrini ermənilərdən tələb etməliyik, onları ortaya çıxarmalıyıq...”

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca vacib və aktual mövzudu: “Çünki bilirsiz ki, zaman-zaman ermənilər Azərbaycanın, xüsusilə də islama qədərki maddi-mənəvi abidələrini mənimsəyiblər, erməniləşdiriblər, saxtalaşdıraraq öz adlarına çıxmağa başlayıblar. Məhz bu yazılı maddi-mədəni abidələr, mənbələr əsasında saxta erməni tarixini yazıblar. Qeyd etmək istəyirəm ki, ermənilərin Azərbaycanın tarixi abidələrini saxtalaşdırma prosesi islamdan əvvəlki maddi və mənəvi, mədəni-tarixi abidələrimizə gedib söykənir. Bilirsiz ki, 30 illik erməni işğalı dövründə Azıx mağarasında apardıqları qanunsuz arxeoloji tədqiqatlar nəticəsində əldə etdikləri qədim maddi-mədəniyyət nümunələrimizi avropalı alimləri də cəlb etməklə saxtalaşdırıb, onları “qədim erməni abidələri” kimi beynəlxalq aləmə təqdim ediblər. Hətta 2014-cü ildə Azıx mağarası ilə bağlı saxta bir kitabları da çap olunub. O saxtakarlıq əsasında yazdıqları kitabı dünyaya təqdim edirdilər. Sözsüz ki, ermənilərin Azərbaycan tarixində “sahib çıxdıqları” ən həssas nöqtə xristianlıq dövrü  abidələridir. Bilirsiz ki, islama qədər Şimali Azərbaycanda, Albaniya ərazisində  yaşayan əhali xristian dininə tapınıb. Və ona görə də, Şimali Azərbaycanda islam dini VIII əsrdən sonra yayıldığı üçün bu dinin hökmü ilə xristian dini abidələrindən uzaqlaşmağa başladıq. Məsələ burasındadır ki, ermənilərin xristian abidələrinə iddiasının təməli hələ VIII əsrdə qoyulub. Düzdür, onlar həmin dövrdə Qafqazda yaşamasalar da, kilsə vasitəsilə prosesləri izləyirdilər. Ərəb işğalından sonra erməni kilsə rəhbərləri ərəb xəlifələrinə məktub yazırlar. Həmin məktubda göstərilir ki, guya alban kilsə başçıları Bizans imperiyası ilə birləşərək Ərəb xilafətinə qarşı müəyyən təbliğatlar aparır və ərəb xiafətinin əleyhinə siyasi-hüquqi addımlar atır...”

Alban kiləsəsinin erməni Qriqorian kiləsəsinin tabeliyinə verilməsindən sonra bizim əlyazmaların, tarixi irsimizin erməni kilsəsi tərəfindən alt-üst edildiyini deyən M.Ağalarlının sözlərinə görə, erməni kilsəsi bizim irsimizi erməniləşdirib: “Alban kilsəsi erməni Qriqorian kilsəsinə tabe edildikdən sonra alban kilsəsinə aid olan bütün xristian mənbələri, mətnləri, yazılı abidələri, maddi-mədəniyyət nümunələri erməni kilsəsinin nəzarətinə keçib. Bundan öz xeyirlərinə hərtərəfli istifadə edən ermənilər alban dövrü xristian abidələrininin, tarixi mənbələrin böyük əksəriyyətini erməniləşdirib, digər hissəsini isə istifadə etdikdən sonra məhv ediblər. Hətta tarixi qaynaqlarda məlumatlar var ki, çoxsaylı alban yazılı abiələri ermənilərin fitvası ilə Ərəb xəlifəsinin əmrinə əsasən Tərtər çayına tökülərək məhv edilib. Bu haqda da məlumatlar var.

Bir faktı da deyim ki, ermənilər alban-xristian abidələrinin məhvinə nail olmaqla yanaşı, albanlara məxsus olan yazılı abidələri qrabarcaya tərcümə ediblər. Erməni kilsə xadimlərinin qrabarcaya çevirdikləri qədim alban əlyazmaları arasında Musa Kalankatlının “Alban tarixi” əsəri də var.  Bunun orjinalı alban dilindədir. Təəssüflər olsun ki, alban dili və əlifbası zaman-zaman məhv edildiyi üçün bu haqda əlimizdə tutarlı, ciddi məlumatlar yoxdur. Çoxc ehtimal ki, Musa Kalankatlının “Albaniya tarixi” əsərinin orijinalı Matenaadarandadır, onu üzə çıxarmırlar. Əsərin qrabarcada olan varinatını isə onlar təbliğ edir, tərcümə edib yayırlar. Bu kitab qrabarcadan rus dilinə, rus dilindən isə akademik Ziya Bünyadov tərəfindən Azərbaycan dilinə çevrilib. Bu kitabın məzmunu nədən ibarətdir? Onlar kitabı saxtalaşdıranda buradan alban, hun, qıpçaq, türk izlərini tamamilə silməyiblər, kitaba ermənilərin Cənubi Qafqazda qədimdən “yaşadıqları”nı əlavə ediblər, öz adlarını kitaba salıblar. O kitaba ermənilərin Cənubi Qafqazda, UTİ və “Arsax” “vilayətində”, indiki Ermənistan ərazisində guya yaşadığını əlavə ediblər. Bununla göstərməyə çalışıblar ki, guya erkən orta əsrlərdə ermənilər bu ərazilərdə “yaşayıb”. Ermənilər əllərinə fürsət keçən kimi Azərbaycan tarixini saxtalaşdırıblar”.

M.Ağalarlının sözlərinə görə, Azərbaycan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra 1836-cı ildə alban kilsəsi ləğv olundu və onun maddi-mənəvi, siyasi-hüquqi resursları erməni Qriqorian kilsəsinin tabeliyinə verilib. “Bu dövrdə də külli miqdarda alban yazılı abidələrinin, qaynaqlarının, maddi-mədəni irsinin böyük əksəriyyəti talan edildi, məhv olundu, qalan hissəsi isə erməniləşdirildi. Təbii olaraq da Matenadaranda alban, türk-qıpçaq dilində, hətta oğuz əlibbasında, dilində də yazılı abidələr var. Bilirsiz ki, indiki Ermənistan ərazisində çox sayda oğuz türklərinə məxsus abidələr var. Şübhəsiz ki, ermənilər indiki Ermənistan ərazisindən tapılan türk-oğuz yazılı abidələrini, qaynaqlarını da, tarixi irsi də Matenadaranda gizlədiblər. Orada qədim dövrdən mövcud olmuş qoç, at heykəlləri, eləcə də başqa abidələr  Azərbaycan-türk xalqının tarixi-mədəni irsidir. Ermənilər bizim abidələri, yazılı qaynaqları oğurlayaraq Matenadaranda gizlədiblər. Bunu özləri də etiraf edirlər. Sovet dövründə Azərbaycanın bəzi alimləri Matenadaranda işləyiblər, orada bizim abidələrimizə çox rast gəliblər, onları oxuyublar. Hətta gürcü alimlərinin vasitəsilə də SSRİ dövründə bu məlumatları əldə ediblər. Təəssüflər olsun ki, Sovet dövründə Matenadaranda əlyazmalar saxlanılan kitabxanaya azərbaycanlıları buraxmayıblar, ümumiyyətlə, başqa xalqların alimlərinin ora girişi qadağandı. Çünki onlar buna icazə versəydilər, bizim alimlər orada gizlədilən alban, Azərbaycan, türk abidələrini görüb oxuya bilərdilər. Bizim islama qədərki irsimizi təhrif etdiklərinə, saxtalaşdırdıqlarına görə bunun Azərbaycan və dünya alimlərinə təqdim edilməsində maraqlı deyillər. Ermənilər əgər bu irsi dünyaya tədqim etsə, dünya elm cameəsinin ixtiyarına versə, ermənilərinin bizim tarixi saxtalaşdırdığı, öz tarixlərinin isə birmənalı şəkildə saxta olduğü üzə çıxacaq. Matenadaranda çox sayda alban abidələri, qıpçaq, bütövlükdə türk xalqına aid olan yazılı abidələr saxlanılır, daha doğrusu, gizlədilir. Hesab edirəm ki, biz İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbədən, uğurlardan sonra kifayət qədər siyasi-ideoloji üstünlüyümüz var. Sonrakı mərhələlərdə biz artıq Azərbaycan irsi ilə bağlı Matenadaranda gizlədilən alban, türk-qıpçaq, oğuz yazılı abidələrini ermənilərdən tələb etməliyik, onları ortaya çıxarmalıyıq...Çox təəssüflər olsun ki, bu gün Azərbaycanın iki kitabxana sistemi əsirlikdədir. İslama qədərki Azərbaycan kitabxanası Matenadaranda gizlədilib, islamın gəlişindən sonra Azərbaycan tarixinin ən qiymətli Şeyx Səfi kitabxanası isə 1828-ci ildə Azərbaycanın parçalanmasından sonra Ərdəbil şəhərindən oğurlanaraq Rusiyaya aparılıb. Əlyazmalar, tarixi irs nümunələrimiz Rusiyanın Milli Kitabxanasında saxlanılır. Matenadarandakı əlyazmalardan istifadə edilməsinə imkan verilmədiyi kimi, Rusiyada da Azərbaycandan oğurlanmış kitabxananın materiallarından istifadə edilməsinə imkan verilmir. Ehtimal var ki, orada Şeyx Səfi kitabxanasından aparılmış orta əsrlərə aid Azərbaycan dilində yüzlərlə mənbə var...”

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ