Bazar günü günü, 15 noyabr 2026
     

Etibar Əliyevin yarıtmaz layihəçiliyi, çörək-çörəkçi məsələsi və Prezidentin bütün fitnələri kəsən bir sözü… Aydın QULİYEV yazdı...

Image


Pis və yaxşı fikirlər olmur, fikirlərin pis və yaxşı təqdimatı olur. Jurnalistlərin binası ətrafında Etibar Əliyevin böyük qalmaqal yaratmış təklifi kimi. Orda-burda guya kiminsə sifarişini yerinə yetirmək məcburiyyətində qaldığını söyləməklə özünə haqq qazandırmağa çalışsa da, artıq mənasızdır, qatar gedib, ölkənin həssas sosial qrupları arasında sarsılmaz həmrəyliyin mövcudluğunu və bunun daha çox mənəvi prinsiplər üzərində qurulduğunu bütün dünyaya bir daha göstərmək şansını buraxdıq, müstəsna dövlətçilik əhəmiyyəti kəsb edə biləcək bir ideya kobud, vulqar və qıcıqlandırıcı təqdimatın qurbanı oldu.

Jurnalistlərin binasının qazilərə və şəhid ailələrinə verilməsi barədə Etbar Əliyevin ilk yazısı yayılan anda artıq uzaqgörən adamların heç birinə sirr deyildi ki, ideya çox dərin qıcıq yaradacaq, çat verəcək. Ona görə yox ki, jurnalistlərin mənzillərinin digər həssas təbəqə təmsilçilərinə verilməsi ideyası özlüyündə qıcıqlandırıcıdır. Ona görə ki, ideya çox ziyanlı, zəkasız və siyasi fəhmsiz üslub və tonla təqdim edilmişdi. Təsəvvür edirsinizmi, Prezidentin çağırışı ilə bir can kimi qucaqlaşaraq erməni gülləsinin qarşısına çıxan, bir-birlərinin yolunda hər şeylərini qıymağa hazır olan jurnalistlər və qeyri-jurnalist döyüşçü-hərbçilər dünənki silah yoldaşına MƏNZİL güzəşt edə bilməyəcək dərəcədə hərislik həddinə gəlmişdilər. Beş ay, ya bir il sonra paylanılacaq mənzili gözünə almadan nə qədər jurnalistlərimiz könüllü və ya ümumi səfərbərlik xətti ilə müharibəyə getdilər. Onlar həmin anda mənzil haqda yox, öz ailələri haqda yox, hamımızın vətəninin azad edilməsini düşünürdülər. Şəhid olanlar da oldu, yaralı qazi kimi qayıdanlar da. Həmin günlərdə erməni gülləsinin, mərmisinin üstünə birlikdə atılmağa hazır olan döyüşçü jurnalistlər və qeyri-jurnalist döyüşçülər, hərbçilər bir-birindən heç nəyi əsirgəməyən bir vəhdət halında idilər. Eyni sözləri arxa cəbhədə öz peşə qabiliyyətlərini döyüşən əsgərlərimizin qələbə çağırışlarına tam uyğunlaşdırmağa çalışan jurnalistlərimiz haqqında da demək olar. Həmin günlərdə jurnalist və hərbçilərimiz bir nəfər kimi görünürdü, nə mənzil, nə sənin, nə mənim kimi mübahisələrə heç ehtimal da verilə bilməzdi. Azmı oldu ki, həmin günlərdə Gəncədən, Tərtərdən, Bərdədən erməni raketlərinin məcburi köçkün etdiyi çoxlu sayda vətəndaşımız Bakıda qəbul olundular, kimsənin təşkilatçılığı ilə yox, vicdan, soydaşlıq və vətən təəssübkeşliyinin təhriki ilə qəbul olundular. Onlar lap aylar, illərlə burada qalmalı olsaydılar, kimsə onlara verdiyi sığınacaqları geriyəmi alacaqdı? Əsla... Neçə jurnalistimiz öz mənzilində tanıdığı, tanımadığı "raket köçkünlərinə" sığınacaq verməyə hazır idi, dəvətlər səslənirdi...

Bəs nə baş verdi ki, cəmi 8-9 ay əvvəl bir-birinə hətta canını qurban etməyə hazır olanlar indi mənzil üstündə "mənim-sənin" mübahisəsinə düşdülər? Axı onlar dünən səngərdə birinə tuşlanmış erməni gülləsinə öz sinəsini verməyə hazır olan qardaşlar deyildilərmi? İndi onların biri qazi kimi, gözü yaşlı şəhid ailəsi kimi, o biri isə mənzil gözləyən jurnalist kimi bir-birinə xor baxanlar oldular. Daha doğrusu, onları belə etmişdilər...

Etibar Əliyevin siyasi fəhmsizlik və naşılıqla təqdim etdiyi ideya onları bu duruma salmışdı. Təbiidir ki, jurnalistlər də, qazi və şəhid ailələri də mənzil haqqına mübahisəsiz şəkildə sahibdirlər. Ancaq birinin haqqını başqasının haqqına girməklə ödəmək şəklində kobud həll yolu təklif etmək yaxşı nəyəsə gətirib çıxara bilməzdi. Üstəlik deyəsən ki, jurnalistlər, media, mətbuat dəyərini itirdiyi üçün onlara çatası şeyləri başqalarına vermək lazımdır. Etibar Əliyevin təqdimat üslubu həm jurnalistlərin, həm də qazilərin mənzil haqqını param-parça edərək yerlərə sərdi. Yaxşı ideyanın pis və dağıdıcı təqdimatı məhz belə olur. Etibar Əliyev jurnalistləri "ölsəm də vermərəm" iddiası ilə süngüyə sardı, qaziləri isə "özgəyə ad edilmiş əmlaka sahiblənib qarğış yiyəsi ola bilmərəm" kimi haqlı düşüncədə imtina ovqatına köklədi. Etibar Əliyevin belə nəhəng sosial pozucu gücə malik "ideologiyanı" məqsədli, ya düşünmədən yaydığını söyləmək hələ çətindir. Aydın olan odur ki, jurnalistlərlə qazilərin ev məsələsini onları qarşı-qarşıya qoymaqla yox, onları dünən ayrıldıqları səngərlərdəki kimi "bir ürək, bir can" vəziyyətinə gətirərək həll etmək lazım idi.

Təəssüf, müstəsna həmrəylik nümunəsi yarada biləcək unikal bir layihə siyasi fəhmsizlik üzündən uğurlu sonluğa yetişə bilmədi. Etibar Əliyev bütün cəmiyyət miqyasında sağlam müzakirələr doğurmalıykən aləmi bir-birinə vuran dağıdıcılığa səbəb oldu. O, lap əvvəldən ya "bu mənim yüküm deyil" deyərək ideyanı cəmiyyətə təqdim etmək fikrindən daşınmalı idi, ya da bu ideyanı hansısa jurnalistə, hansısa media orqanına qarşı qərəzli qisas silahına çevirmək kimi kəmfürsət düşüncədən uzaq durmaqla müzakirəyə çıxarmalı idi. Bax onda özü də yanmazdı, iki həssas qrupun arasını da soyutmazdı, həm qazilərin, həm də jurnalistlərin gözündən düşməzdi. O öz aləmində jurnalistlərdən qisas alıb qazilərin gözündə yaxşı olmaq istədi. Nəticədə hər ikisini itirdi, qaş düzəltdiyi yerdə vurub gözü də çıxardı...

Həvəslə müzakirə edilən nüanslardan biri Etibar Əliyevin yarıtmaz olsa da, bu işi şəxsi iradə və ya tapşırıqla başlamasıdır. Hətta tapşırıq icraçısı olmuş olsaydı belə, bu icraçılığı Etibar müəllim üçün qəbahət saymaq siyasi olaraq düz olmazdı. Çünki dünyanın bütün ölkələrində mühüm daxili və hətta xarici siyasət layihələrinə "xod" verməzdən öncə müxtəlif yollarla ictimai nəbz yoxlamaları çox normal idarəçilik taktikası kimi özünü göstərir. Sadəcə olaraq Etibar Əliyevin öz gücünü qiymətləndirmədən qaldıra bilməyəcəyi yükün altına niyə girməsinə izah və haqq verməkdə böyük çətinlik var. Daha böyük çətinlik odur ki, eyni ideyanın sonrakı davamçılarının da yoluna ağır daşlar diyirlətdi... Etibar Əliyevdən sonra 38 nəfər tanınmış şəxs də Prezidentə müraciət etdilər. İnsafən onların müraciəti nisbətən arqumentli və mötədil analitik tonda yazılmışdı. Lakin qəribədir ki, 38-lərin müraciəti daha artıq qıcıq yaratdı. Çünki Etibar müəllimin fəhmsiz təqdimatı öz ziyanlı rolunu artıqlaması ilə oynamışdı. Böyük ehtimalla demək olar ki, Etibar Əliyevin təşəbbüskarlığı ümumən olmasaydı, 38-lərin müraciəti xeyli fərqli ictimai reaksiya doğura bilərdi... Doğrudan da "çörəyi gərək çörəkçiyə verəsən"...

Ancaq jurnalistlərimiz də, qazilərimiz də hər şeyin vaxtını və üsulunu hamıdan məsuliyyətlə dəyərləndirə bilən Prezident İlham Əliyevin daha böyük layihələrinin "bir naşının şikəst qələm məhsulu" üzündən pozulmasına imkan verməz dərəcədə həssas və yetkindirlər. Yaranmış vəziyyətdə sözsüz ki, çox çətin də olsa rəsmi bir qərar olacaq. Nə qədər mürəkkəb olsa da əminəm ki, Prezident ən müdrik variantı tapacaq. Çünki Prezidentin bir sözü yüzlərlə belə naşının fitnəsini yox etməyə, bir fitnədən incimiş bütün həssas qrupları eyni sapın boyunca düzərək yenidən böyük hədəflərə doğru aparmaq gücündədir…

İndi müzakirə və mübahisələrin içində olan hər kəsin borcu ölkə başçısından gələcək rəsmi qərara formal yox, ürəkdən uymaqdır, ən müdrik variant kimi...

Bir də "çörək üçün çörəkçi axtaranda" Etibar bəyin yarıtmaz "layihəçi" olduğunu qulağımızda sırğa etməyi bacaraq...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ