şənbə günü, 03 oktyabr 2026
     

Həm Ermənistan, həm də Qarabağ erməniləri Azərbaycan qarşısında diz çökür...

Image


44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ münaqişəsinin tarixə qovuşmasına nail oldu. İndi bu konfliktlə bağlı qalan yeganə məsələ Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan və ermənilərin yaşadığı ərazilər üzərində Azərbaycanın nəzarətinin bərpa edilməsidir. Bunun üçün Azərbaycan bütün imkanlara malikdir. Elə bu fonda ermənilər özləri də etiraf edir ki, Qarabağ yaxın tezlikdə tam şəkildə Azərbaycanın nəzarətində olacaq.

Xankəndi də Bakının nəzarətinə keçir

Erməni tərəfi bu gün ona da xüsusi diqqət yetirir ki, Qarabağda varlıqları yalnız Rusiya sülhməramlı qüvvələrinin sayəsində mümkündür. Rusiya sülhməramlıları buranı tərk etdikdən sonra Qarabağ erməniləri ya Azərbaycan vətəndaşılığını qəbul edib burada yaşayacaq, ya da bu yerləri birdəfəlik tərk etməli olacaqlar. Elə Ermənistanın “1in.am” nəşri də məsələyə bu prizmadan yanaşır: “Ermənistanın yeni reallıqlara hazırlaşmaq üçün beş il zamana sahib olduğu barədə tez-tez danışılır. Bu dövr rus sülhməramlıların Qarabağda yerləşmə müddəti ilə “müəyyənləşir” ki, bu da beş ildir.

Məlum olduğu kimi, razılaşmaya görə, beş il tamam olmazdan altı ay əvvəl tərəflərdən biri etirazını bildirmirsə, sülhməramlıların yerləşdirilməsi avtomatik olaraq daha beş il müddətinə uzadılır. Beləliklə, Qarabağda rus sülhməramlıların mövcudluğu müddəti Ermənistanda, belə desək, nisbi cəhətdən az-çox etibarlı müddət kimi nəzərdən keçirilir, bu müddət yeni reallıqlara və problemlərə hazırlaşmaq, bərpa olmaq üçün bizə lazımdır. Bu gün Qarabağda rus sülhməramlıların mövcud olmasının sabitlik probleminin təmin edilməsi vacib hallarını şərtləndirdiyi şübhəsizdir. Lakin bütün məsələ odur ki, biz beş il zamana sahib deyilik. Biz ümumiyyətlə zamana sahib deyilik və hazırkı geosiyasi reallıqları Qarabağdakı Rusiya sülhməramlılarının yerləşdirilməsi müddəti ilə ölçmək olduqca qeyri-adekvatdır”. O da etiraf edilir ki, Rusiya sülhməramlıları olmadan Azərbaycan qarşısında ermənilərin hansısa müqavimət imkanı olamayacaq. Bu fonda xatırlanır ki, Qarabağda ermənilərin hansısa ciddi hərbi qüvvəsi də yoxdur. Elə bu günlərdə də Ermənistan ordusunun Xankəndidə yerləşən birliklərinin Azərbaycanı tərk etməsini göstərən daha bir video yayılıb. Sosial şəbəkələrdə yayılan videoda ermənilərin ağır texnikanı yük maşınları ilə daşıdığı əks olunub.

Sözügedən videoda hərbi avtomobil karvanı və hərbçilərin Azərbaycan şəhərini Laçın dəhlizi ilə tərk etdiyi əksini tapıb. Ermənilər bildirir ki, bunlar fonunda, Xankəndi də daxil olmaqla, Qarabağda ermənilər qalan bütün digər ərazilərə Azərbaycan nəzarət edəcək. Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyan da bunu açıq etiraf edir: “İnsanlar artıq açıq şəkildə danışır ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək. Hesab edirəm ki, ortada sadə bir azərbaycanlı-türkonikol (Nikol Paşinyan) anlaşması mövcuddur. İnsanlar bu səbəbdən gizlətmir ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək. İndi Ermənistanda hər şey edilməlidir ki, “türkonikol” seçkilərdə mümkün qədər az səs alsın. Bütün güc sərf olunmalıdır ki, seçkilərin saxtalaşdırılmasının qarşısı maksimum alınsın. Anlamaq lazımdır ki, istənilən türkonikol – düşməndir”. Xatırladaq ki, 20 iyunda Ermənistanda növbədənkənar seçkilər keçiriləcək. Bu seçkilərdə məhz Paşinyanın qalib gəlməsi gözlənilir. Ermənistanda real vəziyyətin və cəmiyyətin siyasi qüvvələrə münasibətinin təhlili parçalanmış “Qarabağ klanı”nın, eləcə də digər müxalif qüvvələrin hansısa ciddi sosial dəstəyə malik olmadığını göstərir. Ermənistanda Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin mart ayında keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Nikol Paşinyanın ölkə üzrə reytinqi 40 faizdir. Rəy sorğusu reytinq üzrə ikinci olan sabiq prezident Robert Köçəryanın 3 faiz dəstəyə malik olduğunu göstərib. ABŞ-da mənzillənən qeyri-hökumət təşkilatı olan Beynəlxalq Respublikaçılar İnstitutunun bu ilin fevralında keçirdiyi rəy sorğusuna görə, seçicilərin 33 faizi Paşinyanın parlamentdəki “Mənim addımım” fraksiyasını dəstəkləyir. Robert Köçəryana isə cəmi 1 faiz etimad edir. “Gallup International Association” konsaltinq şirkətinin mart ayının sonunda keçirdiyi sorğunun nəticələrinə əsasən, seçicilərin 52 faizi 20 iyun seçkilərində iştirak edəcək. Onlardan 31,7 faizi Paşinyan və komandasına səs verəcək. İkinci və üçüncü yerlərdə gələn “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” partiyalarına isə müvafiq olaraq seçicilərin 4,4 faizi və 2,4 faizi səs verəcəyini bildirib. Bu həmin partiyaların parlamentə düşə bilmək üçün 5 faizlik baryeri belə keçə bilməyəcəklərini göstərir. Sorğuların nəticələrindən o da bəlli olur ki, digər siyasi qüvvələrə də cəmiyyət tərəfindən göstərilən etimad çox aşağıdır və əksər hallarda heç 1 faizi belə keçmir. Bu vəziyyətdə Paşinyan və komandasının seçkilərdə qalib gəlmək ehtimalı yüksək qiymətləndirilir. Müxalifətdə əsas qüvvə hesab edilən “Qarabağ klanı”nda yaşanan parçalanma Paşinyanın qalibiyyət şanslarını daha da artırır.

Ermənistanda revanşistlərin iflası qaçılmaz durumda...

Ekspertlər bildirir ki, Paşinyanın digər qüvvələrlə müqayisədə hələ də erməni cəmiyyətində yüksək reytinqə malik olmasının səbəbi onun revanşist mövqedən uzaq olması, daha çox Azərbaycanda imzalanmış razılıqlar əsasında əməkdaşlığa meyllənməsidir. Bir neçə müxalifət partiyasının birləşdiyi revanşist mövqeli “Vətənin xilası uğrunda hərəkat” da geniş sosial dayaqdan məhrum olduğu üçün seçkilərdə Paşinyan iqtidarına ciddi rəqib hesab edilmir. Sözügedən hərəkatın lideri Vazgen Manukyan real nüfuza və ciddi siyasi ambisiyalara malik deyil. Sorğuların nəticələrinə əsasən, cəmiyyətdə ona etimad səviyyəsi 1 fazidən aşağıdır.

Qeyd edilənlər Ermənistanda revanşist mövqedən çıxış edən müxalif qüvvələrin, xüsusən də “Qarabağ klanı”nın növbədənkənar parlament seçkilərində məğlubiyyətlərinin qaçılmaz olduğunu nümayiş etdirir. Bunu şərtləndirən başlıca səbəb revanşistlərin cəmiyyətdə ciddi dəstəkdən məhrum olmasıdır. Postseçki dövründə, “Qarabağ klanı” da daxil olmaqla, revanşist qüvvələrin mövqeyinin Ermənistanda daha zəif hala gələcəyi, onların ümumiyyətlə siyasi səhnədən silinəcəyi istisna olunmur. Klanın əsas təmsilçiləri olan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan arasında ixtilaflar və fərqli qüvvələrlə seçkilərə qatılmaları da onların zəifləməsinin əsas səbəbləri sırasında yer alır. Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri haqda qərar qəbul edilərkən Robert Köçəryan və Serj Sarkisyanın birləşərək blok şəklində seçkilərə qatılacaqları gözlənilsə də bu baş vermədi. Məlum oldu ki, İkinci Qarabağ müharibəsindən sonra revanşist mövqedən çıxış edən bu şəxslər və onlara bağlı qüvvələr arasında ciddi fikir ayrılığı hökm sürür. Robert Köçəryan daşnaklarla birləşib seçkilərə qatılmaq niyyətindədir və artıq bu istiqamətdə fəal iş aparır. Serj Sarkisyan və rəhbəri olduğu Respublika Partiyası isə Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, Vətən Partiyasının sədri Artur Vanetsyanla seçki bloku yaradır. Robert Köçəryan və Serj Sarkisyanın fərqli qüvvələrlə birləşib seçkilərə qatılması “Qarabağ klanı” arasında parçalanmanın olduğunu təsdiq edir. Bu da seçkilərdə Paşinyanın qalibiyyət şansını artırır. Hesab edilir ki, Paşinyan hakimiyyətdə qaldığı halda Qarabağ məsələsinin tam həlli üçün imzalanan üçtərəfli bəyanatların şərtlərini yerinə yetirəcək. Bu, Ermənistanın iqtisadi problemlərinin həlli üçün də əsas şərtdır.

Qarabağ erməniləri tam çarəsizdir...

Seçkilərdə qalib gəldikdən sonra Paşinyanın Ermənistanı lazımı inkişaf müstəvisinə yönəltməsi üçün onun Qarabağ yükündən tam xilas olması vacibdir. Ekspertlər Paşinyanın məhz bu istiqamətdə fəal siyasət yürütməyə çalışacağını, Azərbaycanla, Türkiyə ilə normal münasibətlər qurmağa can atacağını proqnozlaşdırır.

Təbii ki, bu şəraitdə Qarabağ erməniləri üçün iki çıxış yolu qalacaq. Onlar ya bu yerləri tərk edəcək, ya da Azərbaycan qanunlarını qəbul edib, ölkəmizin vətəndaşları olacaqlar. Xankəndidə separatçı “deputat”lardan olan Metaxe Akopyanın Ermənistan mediasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər də bunu təsdiq edir. Onun dediyinə görə, müharibədən 6 ay keçsə də, erməni əhalisinin həyatında heç bir irəliləyiş yoxdur, əksinə, sosial problemlər artıb. Separatçı rejim isə problemlərin həlli ilə məşğul olmur, bu fonda əhalinin bölgəni tərk etməsi perspektivi aktualdır. Akopyan iddia edir ki, Xankəndi ətrafında zaman-zaman atəş səsləri eşidilir. Elə bu da erməniləri qorxudur və onların böyük əksəriyyəti mümkün qədər tez Qarabağı tərk etmək istəyir: “Rəhbərlikdən” atəşlə bağlı soruşanda bizə deyirlər ki, bu normaldır, çünki ən azından, bu şəhərin Azərbaycanın olduğunu nəzərə almalıyıq. Sülhməramlıların nə etdiyini soruşanda bildirirlər ki, onlarla danışmışıq, bunu tənzimləməyə çalışırlar”. Akopyan bildirir ki, bu gedişlə Azərbaycanın Xankəndi və Qarabağda ermənilər yaşayan digər ərazilər üzərində nəzarəti ələ alması təbii proses olacaq. Qarabağ erməniləri tam çarəsiz olduqlarından, onların Azərbaycana qarşı hansısa müqavimətindən söhbət gedə bilməz. Bütün bunlar o deməkdir ki, Qarabağ məsələsi ilə bağlı proseslər tam olaraq Azəbaycanın istədiyi məcrada inkişaf edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 

 


 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ