şənbə günü, 24 oktyabr 2026
     

Bu milli həyəcan qorunub saxlanmalı və zamanı itirmədən faydalı işə çevrilməlidir - Fərəc Quliyev yazır

Image


Son Tovuz olayları da bir daha göstərdi ki, bütün cəmiyyət  Qarabağ məsələsində barışmaz mövqedədir və hər hansı bir super güc,beynəlxalq qurum,hərbi blok   onu təslimçiliklə, torpaq itkisi ilə razılaşmağa məcbur edə bilməz.  Azərbaycanda nəsillər  dəyişib,  amma cəmiyyətin Qarabağ haqda rəyi dəyişməyib.  Prezident İlham Əliyevin qətiyyətli,qərarlı,milli mənafelər naminə savaşçı davranışı,heç vaxt olmadığı qədər hamını ordu-millət halına gətirib.

Millət –ordu halına çatdığımıza hakimiyyət Tovuz olaylarında tam əmin oldu. Bu mühüm test idi .Azərbaycan cəmiyyəti də bir çox sualların cavabını aldı.Hakimiyyətin  diplomatik sahədəki işlərinin sonuclarını, dünyadakı reaksiyaları , ordusunun gücünü,diasporasının fəaliyyəti,ölkədəki siyasi qüvvələrin dərhal və qeyd şərtsiz bir yerdə olmasını,tək-tük sapı özümüzdən olan baltaları da,və.s.

Artıq torpaqlarımızın işğalına son verəcək,milli varlıq və inkişafımızın yeni mərhələsinin başlnğıcı olacaq müqəddəs müharibə üçün bütün şərtlər qənaətbəxşdir.  Bu gün mövcud olan daxili, istərsə də xarici ,hərbi-siyasi və iqtisadi vəziyyət, hərbi potensial və müttəfiqlər balansı, Qarabağla bağlı beynəlxalq aləmdə formalaşmış fikir, rəy  bizim xeyrimizədir. Belə olan təqdirdə, bir dövlət olaraq  fürsəti əldən verməyərək torpaqlarımızın işğaldan azad olunmasında qətiyyətli addımlar atmalıyıq.

Çox məsuliyyətli,həssas dövrə qədəm qoyduq.Müttəfiqlərimiz də, bitərəf olanlar da  və düşmənlərimiz də gerçək əhvalımızı hiss etməlidir.Həm ehtiyatlı (yersiz risklərsiz) , həm də çox qətiyyətli (qorxmağa bəhanə axtarmadan) mövqe sərgilənməsi vacibdir.Söhbət cəmiyyətin bütün kəsimlərinin münasibətindən gedir.Həm də bu münasibətlər çox ahəngdar və biri-birini tamamlayan olmalıdır.Bəzən özümüzü aldatmaqla guya qarşımızdakı dövlət və ya Beynəlxalq qurumları rahatladırıq. Bu görüntünü yaratmaq heç nəyə yaramaz.Qarabağ çözümündə super aktyorlardan Rusiya  və Türkiyə indi daha açıq münasibətlər sərgiləmək mərhələsindədirlər.Tərəzinin hansı gözünün ağır olması Azərbaycanın hansı mövqedə və əhvalda  olacağından daha çox asılıdır.

Azərbaycan cəmiyyətinin  ortaq fakir məcmusu budur ki,məhz  indi Moskvanın  necə davranması  ədalətli status-kvonun bərpasından sonrakı dönəm üçün yeni Moskva –Bakı münasibətlərinin  təməlidir.Bu baxış ictimai rəy məhsulu kimi Rusiya cəmiyyətinə ,hakimiyyətinə təqdim olunmalıdır.

Nədənsə , Rusiya amilindən yan keçmək və onun Ermənistan-Azərbaycan müharibəsindəki dünənki,bu günkü,sabahkı təsir və imkanlarından danışmaq ehtiyatsızlıq sayılır.Bu susqunluqla guya hakimiyyətin işinə dəstək verilir.Əslində bəzi məmurlar,deputatlar sadəcə özlərinin şəxsi və qrup maraqları baxımından bu məsələdən yan keçirlər.Prezident məcbur olub Milli Məclisin ilk iclasında cəsarətli olmağa,hər hadisəyə adekvat cavab verməyə çağırsa da kiçik istisnalarla danışmalı olanlar “orta-ağır vəziyyətdə reanimasiyadadırlar”.Vəzifə kreslosu adlı süni tənəffüs aparatına bağlanıblar.Danışa bilmirlər. Nəsimi demişkən “ bir barmağın kəssən dönüb haqqdan qaçanlar” barmağını uzadb həqiqəti  göstərmək istəmədikcə Prezident bütün ağırlıqları üzərinə götürmək məcburiyyətində qalır.

Rusiyaya məsləhət vermək,Ermənistanın onları satacağını təkrarlamaq kimi bəsit yanaşma və Rusiyanın bu fikirlərdən qənaət hasil edəcəyini düşünmək əlbəttə ki, sadəlövhlükdür.İndi Rusiyanın siyasətinə yön vermək təklifləri də dəbdədir.Paşinyanın qərbə meyilli olması və .s kimi Rusiyanın yerinə narahatlıqlar da aşırı bəsitdir.Heç bu amilin üzərində bizim özümüzün də nəinki “A” ,heç “B”,və ya 5-ci ehtiyat variant qurmağımız belə doğru deyil.Paşinyanı istənilən an Ter-Petrosyanın taleyi gözləyə bilər.Ona görə Azərbaycan Prezidentinin “bizi yarımçıq həll variantı qane etmir “deməsi çox doğru yanaşmadır.

Biz Rusiyaya iki müstəvidə aydın və təsirli olmalıyıq.1)Biz indiki status –kvonu ədalətli status-kvoya dəyişdikdən sonra  Rusiyaya nə qədər faydalı olacağıq; 2)Bu status –kvonu dəyişməyə nə qədər istəkliyik.

Birinci məsələyə münasibət-bu müstəvidə də əvvəllər nə olub,ikinci dünya savaşında nə qədər neft verdik və nə qədər insanımız həlak olub kimi  əslində unudulması mümkün olmayan məsələlərin də Rusiya üçün heç bir önəmi yoxdur.Gözlənti tərəflərin maraqlarını özündə ehtiva edən rasionallıqdır.

Ona görə də iradlarımızda da,təkliflərimizdə də açıq,birbaşa olmalı ,tərəfə anlatmalıyıq ki,Rusiya siyasətçilərinə və siyasətinə olan münasibət Rus xalqına  olan münasibət kimi qəbul olunmamalıdır.Həm də dönəm hakimiyyətinin münasibətini bütün dövrlərdə hakimiyyətlərə aid etmək də olmaz.Biz  Azərbaycana yaxşı münasibət göstərən istənilən dövrdəki Rusiya hakimiyyəti ilə ,Xocalı soyqırımında iştiraka razılıq vermiş hakimiyyəti eyni tutmuruq və hakimiyyətdə olanlar da bunu bilməlidir.Tərəfimizdən yaxşını da yaxşı,pisi də yaxşı kimi sərgiləmək bizə yaxşı münasibətdə olanların sayını azaldar.Özümüzə hörmət etmədiyimiz mənasın daşıyar və haqlı olaraq da bizə hörmət etməzlər.Sadə misal.1992-ci ildə Xocalı soyqırımında iştirak etmiş Rusiya ordusunun  366 –cı alayı nədən bütün sənəd və tariximizdə olduğu kimi tarixləşdirilməsin?Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı müraciətdə bu alay SSRİ ordu hissəsi kimi göstərildi.Mən qətiyyətlə bunun əleyhinə çıxdım.Bildirdim ki,o dönəmdə SSRİ artıq yox idi.Hər hadisə öz adı ilə göstərilməlidir.Axı bu müraciət qəbul ediləndə hamı –müraciəti qəbul edənlər də,müraciət göndərilən ünvanlar da,Rusiya da   və  Azərbaycan da  hər kəs həqiqəti bilirdi.Nəyi kimdən gizlədirdik?Dünya bilməlidir ki,bu xalqa olan yaxşılıq da, pslik də unudulmur.Azərbaycanın haqlı mövqeyini müdafiə edən Rus generalı ,Rusiya Dumasında müdafiə komitəsinin sədri Vladimir Şamanov tərəfimizdən sonsuz rəğbətlə qarşılandığı kimi,20 yanvar qırğınını törədənlərin başında olan  marşal Yazov da nifrətlə tariximizdə təsbit olunmalı və yaddaşlara həkk olunmalıdır.Bu gün Rusiya -Azərbaycan  parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev obyektiv mövqeyinə görə tərəfimizdən sayğı ilə qarşılanır.Eyni Dumada  Azərbaycana qarşı qərəzli olan Zatulin isə tərəfimizdən qınanır.Eyni millətin nümayəndələrinin-hərbçi və deputatlarını müqayisə etdik.Yəni ,söhbət millətdən və dövlətdən getmir.Münasibət mövqeyədir,yürüdülən siyasətədir,millətə deyil.Hətta şəxslərə də deyil.Zatulinin əvvəlki davranışları qınağımıza səbəb idisə, Ermənistanın son davranışlarına  münasibəti fərqli olduğundan ona da münasibət fərqli oldu.

Nə Rusiyanın Azərbaycan xalqına iradı ola bilər,nə də Azərbaycanın Rus xalqına.Çünki Azərbaycanda yaşayan yüzminlərlə rus digər vətəndaşlarımızla eyni hüquqdadırlar.Yüzlərlə təhsil müəssisəsi,kilsəlri.və s qaydasındadır.Rusiyada yaşayan Azərbaycanlılar da həmçinin ticarət sahələri,təhsil və səhiyyədə, digər sahələrdə geniş imkanlara malikdirlər.Afinadan fərqli olaraq Moskvada və digər iri şəhərlərdə məscidlər fəaliyyət göstərir və s. Sadəcə qəbul edək ki, siyasi institutların fəaliyyətinə  münasibəti xalqlar arası münasibət kimi ictimai rəyə qərəzli və zərərli sırıma cəhdi var.Ölkəmə qarşı istənilən ölkənin siyasətinə  münasibətimiz də o ölkələrin xalqlarına qarşı deyil.Milli maraqlarımız vaz keçilməzdir və bunu hamı qəbul etməlidir.  Bax bu baxış Rusiyada dərk olunmalıdır.Buna çalışmalıyıq.

Gizlədiləsi bir şey yoxdur.Dost çətin gündə seçilər.Dost olmamaq da olar,amma bu halda düşmən olmaq da mütləq deyil.Həm də bütün mənalarda perspektivsiz Ermənistana görə.Biz sadəcə uğrunda ölümünə döyüşəcəyimiz işğal olunmuş torpaqlarımızda işğalçı Ermənistandan başqa heç bir ölkənin əsgəri ilə qarşılaşmaq  istəmirik.

Moskva onu da anlamalıdır ki, işğalçı Ermənistana  dəstək nəinki Rusiyanın Azərbaycanla isti münasibətlərini təhdid edər, eyni zamanda Bakını Qərbdən kömək axtarmağa itələmiş olar. Kremlin Dağlıq Qarabağa baxışları onun post sovet məkanındakı  digər dondurulmuş münaqişələrə dair mövqeyindən əhəmiyyətli ölçüdə fərqlənir. Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyir:” biz Dövlət Dumasında ərazi bütövlüyünün toxunulmazlığına qarşı çağırışlara görə cəza haqqında qanun qəbul etdik. Bu qanunu Rusiya vətəndaşlarının necə böyük məmnunluqla qarşıladığının şahidi oldum. Ona görə də, sadə azərbaycanlıların ölkənin ərazi bütövlüyü ilə bağlı ağrısını, dərdini çox yaxşı başa düşürəm.”

Bizdə isə ərazi  bütövlüyü Ermənistanın işğalı nəticəsində pozulub.Hansı məntiqlə Rusiya ərazi bütövlüyümüzün bərpasına mane olmalıdır?Azərbaycan XİN yeni diplomatik dil axtarışında olmalı və yeni çağırışlara uyğun fəaliyyət qurmalıdır.

Rusiyanın yanlışlarını naxışa çevirmək üçün  manevr imkanları da sərhədsizdir. Azərbaycan cəmiyyətinin narazı olmasına baxmayaraq hələlik ATƏT-in Minsk Qrupu mövcuddur.Rusiya Minsk qrupunda hakimlərdən biridir.Ədalətli,bitərəf  mövqe nümayişindən  başqa umacağımız yoxdur.Bu gercəklər xarici siyasət idarəmiz tərəfindən indiyə qədər Kremldə baxış bucağı kimi qəbul etdirilməli idi.Görünən budur ki,XİN bu sahədə də ümidləri doğrultmayıb.

Prezidentin Tovuz hadisələrində xarici işlər nazirliyinin və nazirinin işinə verdiyi  qiymətdə də  bu aydın göründü.Prezident özü nazirliyin işini görüb o günlərdə.Əslində xarici siyasət sahəsində uğurlar Prezidentin birmənalı olaraq şəxsi fəaliyyətinin nəticəsidir.Münhündə Paşinyana dərs verəndə də əslində xarici mətbuatda- xaricdə məşhur qazet, jurnal ,xarici televiziyalarda, seminar,konfrans və başqa tədbirlərdə, Avropa parlamentarilərinin elektron poctalarında materiallar sərgiləməli olanların işini Prezident təkbaşına  görürdü.Son açıqlamalarının birində Ermənistana xitab edərək:Qorxmursunuzsa tanıyın “DQR”-I deyəndə də güc nümayişini müxtəlif platformalarda ,müxtəlif formalarda etməli olan ən müxtəlif nazirliklərin rəhbərlərinin işini görürdü.Mən illər öncə Parlamentdə bu istiqamətdə dəfəflərlə məsələ qaldırmışam və Hökumətin prezidentlə ayaqlaşa bilmədiyini açıqca söyləmişəm.Hesab edirəm ki,vəziyyət hələ də tam düzəlməyib.

Bu gün Ermənistanın forpost olduğunu,öz gücü ilə ərazilərimizi işğal etmədiyini və əldə saxlamaqda davam etdiyini inkar etmək təkcə absurd deyil,həm də çox zərərlidir.Prezident Ermənistana çağırış edir ki,gəlin təkbətək döyüşək. Ermənistan tək döyüşmür deməkdir bu.Absurd olan bunu inkarçılıqdır.Zərərli olansa “əgər Ermənistanın arxasında heç bir qüvvə dayanmırsa ,nədən 3 milyonluq (onun da yarısı xaricə köçüb) əhaliyə,Azərbaycandan qat-qat zəif ordu və iqdsatyyata malik işğalçını qovub çıxarmırıq” kimi cavabsız sual yaradılmasıdır. “Ayı xidməti” edən , özlərinin şəxsi və qrup maraqları baxımından qorxmağa bəhanə axtaranlar bu sualı yaratmaqla  iqtidara kömək etmir, zərbə vururlar.

Biz Rusiya ilə çox yaxşı münasibətlər  qurmaqda, səmimi, mehriban qonşuluq şəraitində yaşamaqda maraqlıyıq.Faydalı əməkdaşlıq hər iki ölkə üçün cox vacibdir.Bunu ifadə eləmək ,əməldə göstərmək lazımdır və vacibdir .Bu istiqamətdə də xeyli iş görülüb.Amma xeyli həqiqətlər də deyilməli,xalqımızın taleyinin həll olunduğu bu dönəmdə milli əhval hamıya doğru anladılmalıdır.

Ikinci məsələyə münasibət- Biz indiki  status –kvonu dəyişməyə nə qədər istəkliyik.Qisaca.

Bizim müqəddəs savaş zamanı necə davranacağımızın anonsu Ermənistanın özünün də,müttəfiqlərinin də hansı davranış variantı seçimi üçün əsas olacaqdır.

Dünya bilməlidir ki,biz bütün şərtlər daxilində ərazi bütövlüyümüzü təmin edəcəyik.

Biz həm də Millət  olaraq kütləvi qəhrəmanlıq göstərəcəyimizə hər kəsi inandırmalıyıq.Prestij  üçün yox,gerçekdən, Tovuz olaylarında olduğumuz kimi.

Prezident İlham Əliyevin əhvalı da tam olaraq milli əhval və milli iradəni ifadə edir  : “Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil.Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar”.

Bu milli həyəcan qorunub saxlanmalı və zamanı itirmədən faydalı işə çevrilməlidir.

Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı partiyasının sədri,
istiqlalçı deputat



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ